Icma.az
close
up
RU
Gənclər texnologiyadan ifrat dərəcədə istifadə edir TƏHLÜKƏ

Gənclər texnologiyadan ifrat dərəcədə istifadə edir TƏHLÜKƏ

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İnsanlar öz narahatlıqlarını ailə və dostları ilə paylaşaraq rahatlıq tapmalıdırlar".

Bu barədə ekspert Fərid Əliyev sosial media hesabında paylaşım edib.

"Son zamanlarda xüsusən də gənclər arasında stress və narahatlıq hallarının yayılması çox rast gəlinən bir problemdir. Belə vəziyyətin olması sosial gözləntilər, gələcək ilə bağlı narahatlıq və şəxsi problemlərdən qaynaqlana bilir. Sosial media və texnologiyanın həddindən artıq istifadəsi narahatlıq hissini daha da artıra bilir. Gənclər sosial mediada göstərilən mükəmməl həyat tərzlərini özləri ilə müqayisə edərək müəyyən narahatlıqlar hiss edə bilərlər. Buna görə sosial mediadan istifadəni mümkün qədər azaltmaq və texnoloji vasitələrdən konstruktiv şəkildə istifadə etmələrini tövsiyyə edərdim. Həyatda hər şeyin mükəmməl olmayacağını qəbul edərək özünü tənqid və narahatlığı azaltmaq lazımdır. Kiçik müsbətlərə görə, minnətdarlıq hissini çoxaltmaq, böyük problemləri isə kiçik və həll edilə bilən hissələrə bölmək də narahatlğı müəyyən qədər azaldacaq", deyə o, bildirib.

Ekspert hazırda gənclərin texnologiyadan ifrat dərəcədə istifadə etdiyini deyir.

"İndi gənclərə baxdığımız zaman demək olar ki, texnologiyadan ifrat dərəcədə istifadə edirlər. Lakin müəyyən hobbilərlə məşğul olsalar məsələn musiqi, rəsm və.s bu da narahatlıq baxımından mümkün qədər onlara kömək olacaq. Başqalarına kiçik belə olsa yardımlar edərək özünü faydalı hiss etdirmək də mənəvi rahatlıq gətirəcək. Bir də, fiziki ünsiyyəti çoxaltmaq mütləqdir. İnsanlar öz narahatlıqlarını ailə və dostları ilə paylaşaraq rahatlıq tapmalıdırlar. Valideynlər də öz növbələrində övladlarının emosional vəziyyətini başa düşərək onları dinləməli və dəstəkləməlidirlər. Məktəb və universitet idarəçiləri psixoloqların dəstəyilə, stressin idarə etməsi ilə bağlı seminarlar, təlimlər təşkil etməli və belə halların necə idarə olunmasını gənclərə öyrətməlidirlər. Ən önəmlisi, gənclər özlərinə qarşı anlayışlı və mehriban olmalıdır. Sağlam həyat tərzi və emosional dəstək onların psixoloji rifahını gücləndirəcək", F.Əliyev əlavə edib. /milli.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri