Icma.az
close
up
RU
Gənclər üçün ölümcül təhlükə Daha çox yayılmağa başlayıb!

Gənclər üçün ölümcül təhlükə Daha çox yayılmağa başlayıb!

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Gənclər arasında xərçəng halları artır: 11 növ daha çox yayılır. “Yeni Sabah” xəbər verir ki, Böyük Britaniyanın Xərçəng Tədqiqat İnstitutu və London İmperial Kollecinin apardığı araşdırmalar gözlənilməz nəticələr ortaya qoyub.

Tədqiqat yoluxma hallarının artmasının səbəblərini tam izah etməsə də, son onilliklərdə cəmiyyətdə geniş yayılan artıq çəki və piylənmənin mühüm rol oynadığını göstərir. Mütəxəssislər bildirirlər ki, yağ toxuması orqanizmdə insulin kimi hormonların balansını poza bilər və bu da xərçəng riskini artırır.

Bununla belə, alimlər vurğulayırlar ki, təkcə piylənmə bütün halları izah etmir. Məsələn, bağırsaq xərçəngi üzrə hər 100 əlavə haldan yalnız 20-si artıq çəki ilə əlaqələndirilir, qalan 80 halın səbəbi isə hələ də məlum deyil.

Araşdırma nəticəsində müəyyən edilib ki, təkcə bağırsaq xərçəngi deyil, ümumilikdə 11 növ xərçəng gənclər arasında (20–40 yaş aralığında) artmaqdadır. Bunlara aşağıdakılar daxildir:

Bağırsaq və uşaqlıq (endometrial) xərçəngi

Döş və yumurtalıq xərçəngi

Qalxanabənzər vəzi və mədəaltı vəzi xərçəngi

Qaraciyər və böyrək xərçəngi

Öd kisəsi, ağız boşluğu xərçəngi və çoxsaylı mieloma

Bu növlər arasında ən geniş yayılanlar bağırsaq və döş xərçəngidir. Hər il bu iki növ üzrə ümumilikdə təxminən 11 500 yeni hal qeydə alınır. Qeyd olunur ki, xüsusilə bağırsaq və yumurtalıq xərçənglərinin artımı məhz gənc yaş qruplarında daha qabarıq şəkildə müşahidə edilir.

London İmperial Kollecinin professoru Mark Günter qeyd edib ki, alimlər piylənmədən başqa mümkün səbəbləri də araşdırırlar. Bu amillər arasında ultra emal olunmuş qidalar, “sonsuz kimyəvi maddələr” (PFAS), antibiotiklərin istifadəsi, şəkərli içkilər, hava çirkliliyi və bağırsaq mikrobiotası xüsusi diqqət mərkəzindədir.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 May 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri