Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad olunub
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Gənclər və İdman nazirinin müavini Mariana Vasileva vəzifəsindən azad olunub.
Azpost Bakupost.az -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sənəcam imzalanıb.
Qeyd edək ki, bu ayın əvvələrində ölkə mətbuatında Azərbaycan milli komandasının sabiq baş məşqçisi, gənclər və idman nazirinin müavini Mariana Vasilevanın ömürlük diskvalifikasiya edildiyi barədə xəbərlər yayılıb. Həmin xəbərlərdə bildirilirdi ki, o, idmançılara qarşı fiziki zorakılıqda günahlandırılır.
Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.
M.Vasileva 2013-cu ildə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. 2015-ci ildə Birinci Avropa Oyunlarında əldə etdiyi nəticələrə görə, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”, 2019-cu ildə isə Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomu ilə təltif edilib.
2001-2003-cü illərdə bədii gimnastika üzrə Türkiyə milli komandasında, 2003-2008-ci illərdə Bolqarıstanın “Levski” (Sofiya) idman klubunda, 2004-2008-ci illərdə isə bədii gimnastika üzrə Bolqarıstan milli komandasında məşqçi olaraq fəaliyyət göstərib.
2009-cu ildən etibarən, Azərbaycan bədii gimnastika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 16 Yanvar 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















