Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Gənclərə davamlı diqqət və qayğı göstərilir

Gənclərə davamlı diqqət və qayğı göstərilir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Milli vətənpərvərlik amili xarici zərərli ideologiyaların təsirinə qarşı müqaviməti artırır

Gənclik hər zaman milli gücün aparıcı lokomotivi sayılır. Tarixin bütün dönəmlərində milli ruha, vətənpərvərlik hissinə, dövlətə və millətə bağlılıq kimi ali dəyərlərə malik gənclər öz ölkəsinin inkişafında əhəmiyyətli iştirakla yadda qalıblar. Milli ruhda böyüyən Azərbaycan gəncliyi də ölkəmizin strateji hədəflərinə doğru irəliləməsi prosesində fəal iştirakçı kimi yer alır, iqtisadi, siyasi və sosial həyatda mühüm rol oynayır. Azərbaycanın inkişafı texnoloji tərəqqiyə və iqtisadi resurslarla yanaşı, həm də milli dəyərlər üzərində qurulan güclü mənəvi təməllərə əsaslanır. Bu prosesdə ön sırada çıxış edən gənclər isə ölkələrinin tarixini, mədəniyyətini və ənənələrini mənimsəməlidirlər. Bu şüur onların vətəndaşlıq məsuliyyətini artırır və cəmiyyətdə birliyə, həmrəyliyə töhfə verir. Gələcək nəslin milli ruhda böyüməsi Azərbaycan cəmiyyətinin gələcək inkişafı ilə bağlı praqmatik proqnoz yaradır - paralel olaraq gənclərin ölkə daxilində və xaricdə milli dəyərləri təmsil etmələri, Azərbaycanın beynəlxalq imicinin qorunmasında və gücləndirilməsində mühüm rol oynayır. Paralel olaraq, ölkəmizdə gənclər siyasəti xüsusi bir prioritet təşkil edir.

Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin üzvü Nəsib Məhəməliyev bildirib ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşıb. Millət vəkili deyib ki, Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar: “Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Eləcə də, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı qəbul olunmuş Dövlət proqramları Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar, dövlət idarəçiliyində, eləcə də seçkili orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər”.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev daim gənclərə diqqət və qayğı göstərir, çox dəyərli tövsiyələr verdi. Azərbaycan gəncliyi bu tövsiyələri fəaliyyətlərində daim öndə tutmalıdır: “Gənclərimiz tariximizə sahib çıxmalı, milli adət-ənənələrimizə sadiq olmalıdırlar. Müstəqillik dövründə yaşamaq gənclər üçün böyük xoşbəxtlikdir. Gənclərimiz cəmiyyətin fəal üzvləridir. Ölkəmizdə Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğur və tərəqqinin bariz göstəriciləridir”.

Müasir dövrdə xarici, xüsusilə, qloballaşmanın yaratdığı ideoloji və mədəni təsirlər gənclərin milli ruhda yetişməsini çətinləşdirən amillərə çevrilib. Buna görə də gənclərin xarici təsirə boyun əyməməsi üçün milli şüurun, vətənə bağlılığın və mənəvi dəyərlərin təməlini erkən yaşlardan qoymaq vacib şərt kimi çıxış edir. Azərbaycan gəncliyi həm milli, həm də qlobal məsələlərə dair bilik və bacarıqlara sahib olmaqla yanaşı elmi və intellektual səviyyədə dünyanın digər ölkələrinin gəncləri ilə rəqabət aparmaq qabiliyyətini özündə əxz edir. Milli vətənpərvərlik amili isə xarici zərərli ideologiyaların təsirinə qarşı müqaviməti və immüniteti artırır.  Millət vəkili deyib ki, gəncləri kənar təsirlərdən qorumaq üçün mühüm addımlar atılır və bu davamlı hal almalıdır. Parlament üzvü qeyd edib ki, milli ruhda böyüyən, savadlı və vətənpərvər gənclər Azərbaycanın gələcək inkişafı üçün ən vacib resursdur. Onların xarici təsirlərə müqavimət göstərə bilməsi, milli maraqları qoruyaraq dünya arenasında Azərbaycanı layiqincə təmsil etməsi milli təhsil və ailə sisteminin əsas vəzifələrindən biridir. Bu istiqamətdə atılan hər bir addım, həm ölkənin daxili sabitliyini, həm də beynəlxalq müstəvidə mövqeyini gücləndirəcəkdir: “Vətən müharibəsi zamanı Azərbaycan gəncləri, milli ruhda yetişdirilmələrinin, ölkəyə bağlılıqlarının və dövlətin gənclərə verdiyi dəstəyin nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirdilər. Azərbaycan ordusunun əsas qüvvəsini təşkil edən gənclər öz torpaqlarını azad etmək üçün böyük fədakarlıq göstərdilər. Vətən müharibəsi zamanı döyüş meydanında olan hər bir gənc, illərlə aldığı tərbiyənin, dövlətin ona göstərdiyi diqqətin və milli dəyərlərin gücü ilə irəli atıldı. Onlar düşmənə qarşı təkcə fiziki deyil, həm də mənəvi üstünlüyə sahib idilər”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Mart 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri