Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Gənclərə diqqət və qayğı dövlət siyasətində prioritetdir Vüqar Rəhimzadə

Gənclərə diqqət və qayğı dövlət siyasətində prioritetdir Vüqar Rəhimzadə

Icma.az bildirir, Sia Az portalına istinadən.

Azərbaycan gəncləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsinin, diqqət və qayğısının təcəssümü olan 2 fevral-Gənclər Gününü qalib, bütövləşən Azərbaycanın qürurlu vətəndaşları kimi böyük sevinc hissi ilə qeyd edirlər. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin çağırışlarında bu məqam xüsusi qeyd edilirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Hakimiyyətinin hər iki dövründə Ümummilli Lider gənclərə xüsusi diqqət göstərirdi. Bildirirdi ki, gələcəyimiz gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.

Gənclərə diqqət və qayğının dövlət siyasətimizin əsas tərkib hissəsinə çevrilməsi onlarda məsuliyyət hissini daha da artırdı. Gənclər onlara göstərilən bu etimadı, onlardan gözləntiləri bütün sahələrdə qazandıqları uğurları ilə doğrultmağa çalışdılar. Ümummilli Lider Heydər Əliyevin hələ hakimiyyətinin birinci mərhələsində Azərbaycanın gələcəyini düşünərək gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi onlara göstərilən diqqətin bariz nümunəsi idi. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra isə əvvəldə vurğuladığımız kimi, bu diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindən biri oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı. Gənclərin sosial, iqtisadi, məişət, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadlarının aşkara çıxarılmasına imkan yaradan sərəncamlar əsasında Dövlət proqramları qəbul edildi. Bu gün Ulu Öndərin gəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdə davam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini real addımları ilə təsdiqləyir. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. Gənclərə etimad bugünümüzün reallıqlarında təsdiqini tapır. Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan imkanlar gənc nəsli daha da ruhlandırır, malik olduqları potensialdan səmərəli istifadə etməyə çağırışlar edir. Bunu Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı 2003-cü ildən ötən 22 ildən artıq dövrdə gənclərin inkişafı istiqamətində atılan addımların xronologiyası bir daha təsdiq edir. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər İli” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu. Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı müvafiq sərəncamları ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır. Gənclərimizin xaricdə təhsili, həmçinin Azərbaycanın təqdimatı deməkdir. Onlar təhsil aldıqları ölkələrdə Azərbaycanın fəal təbliğatçısına çevrilir, həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasına səy göstərirlər.

Vüqar Rəhimzadə bu mühüm məqamı da vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gənclərimizin hərtərəfli inkişafına, onların məşğulluğunun təmin edilməsinə yönələn layihələri davamlıdır. Gənclərin tariximizin, milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğində fəal iştirakını təmin etmək istiqamətində də mühüm layihələr icra edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti Azərbaycan gənclərinə nümunədir. Onun təşəbbüsü ilə ölkəmizdə və xaricdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında mühüm rol oynayır.

Millət vəkili qeyd edib ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. Elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları ilə güclü intellektual potensiala malik olduqlarını dövlətə xidmətlərində təsdiqləyən Azərbaycan gəncliyi ən müasir texnologiyaların öyrənilməsində və tətbiqində də fərqlənir. Bu gün gənclərimizin qalib Azərbaycanı idman yarışlarında yüksək səviyyədə təmsil etmələri hər birimizi qürurlandırır. Onlar bu yarışlarda ikiqat məsuliyyət daşıyırlar. Tarixi Zəfəri, suverenliyinin tam bərpası ilə yeni reallıqlar yaradan, bütün sahələrdə zəngin təcrübəsi, inkişaf modeli ilə diqqətdə olan Azərbaycan, eyni zamanda, idman ölkəsidir. Son beş ildə gənclərimiz Zəfərimizin yaratdığı böyük ruh yüksəkliyi fonunda idman yarışlarına, tədbirlərinə qatılır, qazandıqları medallar ilə Azərbaycanın təqdimatına əlavələr edirlər. Azərbaycan Bayrağı bu qalibiyyət əsasında yuksəklərə qaldırılır, Dövlət Himnimiz səsləndirilir. Dövlət başçısı İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bu çağırışı etdi ki, bizim siyasətimizin əsas istiqamətlərindən biri gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.

Hansı sahəyə baxsaq Azərbaycan gənclərinin qürurverici uğurlarını görürük. Gənclərin intellektual, fiziki və mənəvi inkişafı ilə əlaqədar qəbul edilən sənədlərin uğurlu icrası nəticələrdə özünün aydın ifadəsini tapır. Müasir dövrün çağırışları hər sahədə olduğu kimi, gənclər siyasətində də yenilikləri, təkmilləşməni şərtləndirir. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edildi. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs veriblər, ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərin həyata keçirilməsində fəal iştirak ediblər. Könüllük gənclərimizin həyat tərzinə çevrilib.

Vüqar Rəhimzadə vurğulayıb ki, gənclərimiz 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlıqları, şücaətləri ilə tarix yazdılar. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Vətənpərvər gəncliyimiz 30 illik işğala cəmi 44 günə son qoydu . Məhz onların rəşadəti sayəsində qazanılan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərərək, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında daim bu reallığı xüsusi qeyd edir ki, çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib: “Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

Millət vəkili bildirib ki, Azərbaycan gəncliyi ilə qürur duyuruq. Onların malik olduqları potensialdan Azərbaycanın bu günü və gələcəyi üçün səmərəli istifadə etmələri uğurlu nəticələrini verir. Gənclərin ictimai-siyasi fəallığı yüksək səviyyədədir. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasının sıralarında da gənclər böyük çoxluq təşkil edirlər. YAP gənclərin siyasi fəallığına xüsusi diqqət göstərir. Ümummilli Lider Heydər Əliyevin “Gənclər bizim gələcəyimizdir” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur. Ulu Öndər, eyni zamanda, bildirmişdir ki, hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Dövlət başçısı İlham Əliyevin mütəmadi olaraq gənclərlə görüşü, onları düşündürən məsələlərlə yaxından tanış olması, gəncliyin hərtərəfli inkişafına xidmət edən addımlarının davamlılığı onların yeni-yeni hədəflərə doğru inamla irəliləmələrinə stimul verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Yanvar 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri