Icma.az
close
up
RU
Gəncləri hədəf alan beyin qanaması riski artıq 20 yaşlardan başlayır...

Gəncləri hədəf alan beyin qanaması riski artıq 20 yaşlardan başlayır...

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Beyin qanaması uzun illərdir yalnız yaşlıların problemi olaraq qəbul edilirdi, lakin son dövrlərdə gənclərdə bu xəstəliyin artması diqqət çəkir. Artıq 20 yaşlarında olan gənclər də bu ciddi sağlamlıq problemlə üzləşir.

Bizimyol.info xəbər verir ki, ekspertlər, gənclərdə beyin qanamasının niyə artdığını araşdırır.

Son illərdə aparılan araşdırmalara görə, gənc yetişkinlərdə (16-49 yaş) beyin daxili qanama halları artıb. Məsələn, Helsinki Universitetində aparılan bir araşdırmada, bu yaş qrupunda illik beyin qanaması sayı 100 min nəfərdə 4,9 olaraq müəyyən olunub.

Ekspertlər, gənclərdəki beyin qanamalarının səbəblərinin mürəkkəb olduğunu vurğulayır. Beyin qanamasının artmasında genetik faktorlar ilə yanaşı, obezlik, siqaret, spirtli içkilər və xüsusilə enerji içkilərinin həddindən artıq istehlakı kimi ətraf mühit faktorları da mühüm rol oynayır. Həmçinin, anevrizmalar və damar pozuntuları gənclərdə daha çox rastlanan səbəblərdir.

Xüsusilə son 10 ildə gənclərdəki beyin qanamasının həcmi təxminən 20% artıb. Bu artımın gələcəkdə də davam edəcəyi gözlənilir. Müasir qidalanma vərdişləri və ətraf mühitin damar sağlamlığına təsiri mövzusunda ekspertlər ehtiyatlı olmağa çağırır.

Beyin qanaması sonrası bərpa prosesi gənclərdə daha sürətli ola bilər, çünki gənclərin beyin plastikliyi daha yüksəkdir. Lakin erkən müdaxilə bu prosesin uğurlu olmasında mühüm rol oynayır.

Ekspertlər gənclərin simptomları yüngülləşdirməmələri, müntəzəm sağlamlıq yoxlamalarından keçmələri və sağlam həyat tərzi seçmələri lazım olduğunu vurğulayır. Beyin qanaması riski artdıqca, erkən diaqnoz və müalicə ölümcül nəticələri önləyə bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 Avqust 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri