Livanın türkman gəncləri 20 Yanvar faciəsi barədə məlumatlandırılıb
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Livanın Akkar vilayətinin türkmanlar yaşayan Kavaşra kəndindəki Azərbaycan Evində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan maarifləndirici tədbir keçirilib. Tədbirdə gənclərə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, günahsız insanların qətlə yetirilməsi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə barədə ətraflı məlumat verilib. Bu tarixin Azərbaycan xalqının yaddaşında təkcə faciə kimi deyil, eyni zamanda milli iradə, birlik və qəhrəmanlıq simvolu kimi qaldığı qeyd olunub.
XQ xəbər verir ki, tədbir Azərbaycan həqiqətlərinin təbliği, tariximizin türkman gənclərə öyrədilməsi və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Qeyd edək ki, Kavaşra kəndində fəaliyyət göstərən Azərbaycan Evi 2025-ci ilin may ayında fəaliyyətə başlayıb. Burada türkman gənclərə və uşaqlara Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti tədris olunur. Milli bayramlara və tarixi günlərə həsr edilən tədbirlər keçirilir. Eyni zamanda diasporla əlaqələrin gücləndirilməsi məqsədilə müxtəlif layihələr gerçəkləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Yanvar 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















