Icma.az
close
up
RU
Gənclərimizi “zəhərləyən” “Bizon”u ölkəyə kim gətirir? Deputatdan AÇIQLAMA

Gənclərimizi “zəhərləyən” “Bizon”u ölkəyə kim gətirir? Deputatdan AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Enerji içkilərinin insan orqanizmində bir çox ciddi fəsadlara yol açdığı, hətta, bəzi hallarda ölümcül olduğu məlumdur. Lakin təəssüf ki, ölkəmizdə bu içki növü, xüsusən gənclər arasında çox populyardır.
Azərbaycana “Bizon” və bu kimi digər enerji içkiləri Ceyhun Abbasovun rəhbərlik etdiyi “Avrora” şirkəti tərəfindən gətirilir. 
Bəs gənclərimizin bu zərərli içkilərlə “zəhərlənməsinin” qarşısı necə alına bilər?
Bu barədə Demokrat.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, enerji içkilərinin zərərləri barədə deyilənlərə baxmayaraq, istifadə edənlərin sayında azalma yoxdur, hətta artım var:

“Təəssüflər olsun ki, xüsusən gənc nəsil, yetkinlik yaşına çatmayanlar bu içkilərdən olduqca həvəslə istifadə edir. İlkin dövrlərdə belə bir təbliğat aparılmışdı ki, enerji içkilərindən istifadə əhval-ruhiyyəni yaxşılaşdırır, əmək qabiliyyətini artırır və s. Amma bu, olduqca zərərli vərdişdir. Enerji içkilərinin tərkibi ilə bağlı da ziddiyyətli məlumatlar var”.
Deputat bildirib ki, enerji içkilərinin ölkəyə buraxılmaması və satışının qadağan edilməsi istiqamətində mütləq addımlar atılmalıdır:
“Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vasitəsilə enerji içkilərinin ölkəyə daxil olmasının qarşısının alınması istiqamətində addımlar atılmalıdır. Yetkinlik yaşına çatmayanlara, xüsusən məktəblilərə enerji içkilərinin satılması qadağan edilməlidir. 
Bu içkilərin zərərli olması ilə bağlı maarifləndirmə işləri də artırılmalıdır. İstər ailədə, istər məktəblərdə bu içkilərin insanda ciddi fəsadlara səbəb ola biləcəyi ilə bağlı insanlar maarifləndirilməlidir. Dövlət qurumlarının, xüsusən AQTA-nın prosesə nəzarət etməsi, bir çox mənşəyi bəlli olmayan enerji içkilərinin ölkəyə idxalının qarşısının alınması və satışının qadağan edilməsi bizi bu bəladan qurtara bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Noyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri