Uşağımı zəhərləyən düşmənimdir
Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müğənni Zamiq Hüseynov trendə düşən mahnılarla bağlı etiraf edib.
Axşam.az xəbər verir ki, "Afaqla 10lar" verilişində danışan sənətçi trend olan bayağı mahnıları "zəhər" adlandırıb:
"Azərbaycan dilində oxuyuramsa, o demək deyil ki, Azərbaycan musiqisi ifa edirəm. Götürüb özləri düzəldir, söz yazırlar... Elə ifa edirlər ki, bu da Azərbaycan yolu deyil. Yutubda baxışlar da o deyil. Nə qədər pul buraxırlar ki, hit olsun. Hərdən maşınla gedəndə görürəm yandakı avtomobildən elə mahnı səsi gəlir. Pəncərəni açıb deyirəm ki, özünü zəhərlədin, yanındakı uşağa yazığın gəlsin.
Evdə uşağımı zəhərləyən düşmənim ola bilər. Kim bunu edir, deməli bizdən deyil. Uşağımıza hörmət etmir, bizi sevmir. Yaxşı yanaşsa onları zəhərləməz. Nə qədər təhsil alsalar da, bu cür musiqilərlə uşaqlarımızn gələcəyini qura bilməyəcəyik. Diqqətli olun, uşaqlarımıza qarşı bunu etməyək. Xahiş edirəm, qulaqlarımızı korlamayın".
Qeyd edək ki, Zamiqin Zeyn adlı bir övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 01 İyul 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















