Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Pendirin beyinə faydası

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Gənclərimizin bir çoxu təhsil şirkətləri nin qurbanına çevrilir

Gənclərimizin bir çoxu təhsil şirkətləri nin qurbanına çevrilir

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət etmək hüququ qazandıran qismən akademik tanınma ilə bağlı 21 nəfərin müraciətinə imtina cavabı verilib. Xaricdə natamam ali təhsil alan şəxslərə şəhadətnamə əldə etmək məqsədilə müəyyən olunmuş 5 iyun-9 iyul arasında 192 nəfər şəxsin müraciəti qeydə alınıb. Həmin müraciətlərdən 171-i barədə müsbət qərar verilərək, qazanılmış Avropa Kredit Transferi və Toplanması Sistemi (AKTTS) sayının qeyd olunduğu müvafiq şəhadətnamələr təqdim edilib, 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb və 15 nəfərin sənədləri isə sənəd çatışmazlığına görə geri qaytarılıb. Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 2 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, 1 fakt üzrə isə dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması təsbit edilib.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması həmin dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqidir.

Qeyd edək ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı və ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilən standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi sahəsində peşəkar və mütəxəssis qurumdur.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, xarici dövlətdə əldə edilən kvalifikasiyanın tanınması şəxsin həmin kvalifikasiyaya Azərbaycan ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etdirmək və həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən qaydalara əsasən, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə də öyrənilən fənlərin həcmi nəzərə alınaraq müəyyən olunur. Bu səbəbdən, xaricdə alınan ali təhsil ixtisasının ekvivalentinin Azərbaycanın mövcud təhsil qanunvericiliyində nəzərdə tutulan ixtisasların təsnifatında olması zəruridir. Əks təqdirdə, qaydalara uyğun olaraq, əldə olunan ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi mümkün hesab edilmir: "Ali təhsil sahəsində əldə edilən ixtisasların tanınması prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən qaydalarda nəzərdə tutulan meyarlar üzrə həyata keçirilir. Sözügedən meyarlar üzrə təhlilin nəticəsi müsbət qiymətləndirilərsə, əldə olunan ali təhsil ixtisasının tanınması mümkün hesab edilir".

Məlumata görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması məqsədilə ərizələrin qəbulu yalnız elektron qaydada həyata keçirilir: "Bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır. Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron ərizədən kənar vasitələrlə göndərilməsi müraciətlərə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər. Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan verildiyi ölkədə leqallaşdırılmalıdır. Sonra ərizəçilər tərəfindən təqdim olunan sənədlərin ekspertizası həyata keçirilir".

Agentlikdən bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında iki göstərici üstünlük təşkil edir. Tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması. Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması: "Yekun olaraq mənfi rəy bir sıra hallarda verilə bilər. Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddət Azərbaycanda təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda. Təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycanda müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa). Xarici ölkələrdə verilən təhsil, istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycanda həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu (təhsil müddətində ciddi fərqlər, təhsil formasının distant olması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və s.) aşkarlandıqda. Verilən qərarla razılaşmadığı təqdirdə, vətəndaşlar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilən qərara dair məhkəmədə iddia qaldıra bilərlər".

Diplomların ölkəmizin ərazisində tanınmasından imtina edilməsi həmin sənədin dövlət nümunəli olmayan sənəd olması mənasına gəlmir: "Tanınma dedikdə vətəndaşın ölkə ərazisində təhsilini növbəti pillədə davam etdirmək və ya sahib olduğu peşə istiqamətinə uyğun olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etməsidir. Bu hüququn əldə edilməsi üçün, dövlət nümunəli sənədin olması kifayət etmir. Xaricdə əldə olunan təhsilin həm də standartlarının yerli ali təhsil üzrə standartlarının uyğunluğu tələb olunur. Bu tələb pozulduqda, saxta olmayan sənədin də tanınmaması mümkündür".

Xaricdə təhsil almaq istəyən abituriyent, tələbə və onların valideynlərini seçim edərkən daha diqqətli olmalıdırlar: "Əvvəlki illərin təcrübəsi göstərir ki, bu sahədə vasitəçi şirkətlərin xidmətlərindən istifadə edən bir çox vətəndaşlar çətinlik və mənfi hallarla üzləşirlər. Belə hallarla rastlaşmamaq üçün vətəndaşlara təhsil müəssisəsini və tədris proqramını (ixtisası) seçməzdən öncə müstəqil olaraq, birbaşa həmin təhsil müəssisəsinin özünə müraciət edərək (rəsmi internet səhifəsi vasitəsilə), qəbul şərtləri, təhsil haqqı, yaşayış xərcləri və digər tələblər barədə ətraflı məlumat əldə etməyi məsləhət görürük. Qeyd edim ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən, xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır".

Təhsil eksperti Kamran Əsədov bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən diplomları tanınmayan universitetlərin hər il siyahısı çıxsa da, bu ali təhsil müəssisələrinə qəbul davam edir: "Elm və Təhsil Nazirliyi cəmiyyəti bu barədə mütəmadi olaraq məlumatlandırır. Buna baxmayaraq, Azərbaycandan hər il yüzlərlə gənc Ukrayna, Gürcüstan və Dağıstandakı ali təhsil müəssisələrinə müraciət edir. Belə demək olar ki, Azərbaycanda gənclər öz gəncliyini mənasız yerə sərf edirlər. Gənclərimizin bir çoxu "təhsil şirkətləri"nin qurbanına çevrilir. Düşünürəm ki, diplomu tanınmayan xarici universitetlərlə bağlı geniş maarifləndirməyə ehtiyac var".

Ekspert deyir ki, bəzən tələbələri diplomu tanınmayan xarici universitetlərlə əlaqələndirən təhsil şirkətləri özlərini reklam edirlər: "Onlar həmin universitetləri təbliğ edirlər. İnsanlar belə təhsil şirkətləri ilə bağlı ehtiyatlı olmalıdırlar. Nəzərə almaq lazımdır ki, bu, xeyli sayda tələbənin həyatı ilə oynamaq deməkdir. Çünki həmin təhsil şirkətlərinin vasitəsilə Ukraynada, Gürcüstanda, Dağıstanda və digər xarici ölkələrdə təhsil alanlar sonda lazımsız sənədə sahib olurlar. Bu gün məhkəmələrdə nə qədər belə işlər var ki, həmin universitetlərin məzunları diplomlarının tanınması üçün çalışırlar".

Ekspert vurğulayıb ki, saxta diplomlu şəxslərin ölkəyə heç bir faydası yoxdur: "Əmək bazarında bu gün diplomlu, amma ixtisası üzrə savadlı kadrlara ehtiyac var. Ona görə də gənclər də bu məqamı nəzərə almalı, savadsız diplomun əhəmiyyətsiz olduğunu anlamalıdırlar. Təəssüflər olsun ki, bu gün də belə şirkətlər fəaliyyətlərini davam etdirirlər. Onlar hüququ şəxs kimi qeydiyyata düşərək tələbə qəbulunda həmin universitetlərə köməklik göstərirlər. Nəticədə özləri də xidmət haqqı alırlar".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyul 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see298

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see204

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see178

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see145

Turan Tovuz Dinamo nu belə darmadağın etdi Video

28 Oktyabr 2025 21:02see144

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see135

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see133

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see128

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see127

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see124

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see123

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see122

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see122

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see120

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see120

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see117

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see117

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see117

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri