Icma.az
close
up
RU
Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 sentyabr, AZƏRTAC

İqtisadiyyatın sürətlə rəqəmsallaşdığı və biznes proseslərinin texnologiya üzərindən qurulduğu bir mərhələdə süni intellektə yalnız gələcəyin texnologiyası kimi yanaşmaq düzgün deyil. Azərbaycan şirkətləri üçün də süni intellekt tədricən əlavə imkan olmaqdan çıxaraq rəqabət qabiliyyətinə, məhsuldarlığa və biznesin inkişafına təsir edən strateji alətə çevrilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında süni intellekt üzrə ekspert Dilarə Zamanova deyib.

O bildirib ki, əvvəllər şirkətlər süni intellektdən istifadəni daha çox innovativ layihə və ya əlavə üstünlük kimi qiymətləndirirdilər, bu gün isə süni intellekt daha praktik məqsədlərlə tətbiq olunur.

“Məsələn, müştəri müraciətlərinin avtomatlaşdırılması, satış və marketinq məlumatlarının təhlili, maliyyə proseslərinin optimallaşdırılması, sənədlərlə iş, hesabatların hazırlanması, insan resurslarının idarə edilməsi və gündəlik əməliyyatların sürətləndirilməsi kimi proseslərdə süni intellekt şirkətlərə ciddi vaxt və resurs qənaəti verə bilər. Burada vacib məqam ondan ibarətdir ki, süni intellekti tətbiq etmək özü-özlüyündə uğur göstəricisi deyil. Şirkət sadəcə trend olduğu üçün süni intellektdən istifadə edirsə, bunun real biznes nəticəsi olmaya bilər. Əsas məsələ şirkətin hansı problemi həll etmək istədiyini müəyyənləşdirmək və həmin problemə uyğun süni intellekt həllini seçməkdir. Bəzi şirkətlər üçün bu, müştəri xidmətlərinin avtomatlaşdırılması ola bilər, digərləri üçün isə məlumatların analizi, proqnozlaşdırma və ya iş proseslərinin optimallaşdırılması daha faydalı ola bilər”, - deyə Dilarə Zamanova vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan şirkətləri üçün digər mühüm məsələ insan kapitalıdır: “Süni intellektin biznesə inteqrasiyası yalnız texnologiyanın alınması ilə bitmir. Əməkdaşların süni intellekt alətlərindən düzgün istifadə etməsi, nəticələri yoxlaması və bu texnologiyanı mövcud iş proseslərinə inteqrasiya edə bilməsi də vacibdir. Bu baxımdan süni intellekt savadlılığının artırılması şirkətlərin qarşısında duran əsas məsələlərdən birinə çevrilir. Eyni zamanda, şirkətlər süni intellekt tətbiq edərkən məlumat təhlükəsizliyi, məxfilik, müəllif hüquqları və süni intellekt tərəfindən yaradılan məlumatların düzgünlüyü kimi məsələləri də nəzərə almalıdırlar. Çünki AI sürətli nəticə versə də, onun təqdim etdiyi hər məlumat avtomatik olaraq doğru hesab edilə bilməz. İnsan nəzarəti və nəticələrin yoxlanılması xüsusilə biznes qərarlarında vacib olaraq qalır. Buna görə, süni intellekti nə sadəcə bir trend, nə də bütün problemləri həll edən universal vasitə kimi qiymətləndirmək lazımdır. Düzgün strategiya ilə tətbiq edildikdə süni intellekt Azərbaycan şirkətləri üçün məhsuldarlığın artırılması, yeni məhsul və xidmətlərin yaradılması və daha çevik biznes modellərinin qurulması baxımından mühüm imkan yaradır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri