Icma.az
close
up
RU
Gənclərimizin gələcəkdə öz həyatını daha səmərəli və rahat şəkildə planlaşdırması üçün imkan yaradılır

Gənclərimizin gələcəkdə öz həyatını daha səmərəli və rahat şəkildə planlaşdırması üçün imkan yaradılır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Hərbi xidmətə çağırışla bağlı dəyişikliklərin müdafiə və təhlükəsizliyimizə heç bir mənfi təsiri yoxdur. Azərbaycan ordusu professionallıq prinsipi ilə inkişaf edir. Bu gün artıq orduda 70 faizdən yuxarı vəzifələrin hamısı müddətdən artıq xidmət edənlərdir. Əsgərlər atıcı kimi təlim görür. Atıcı kimi hazırlanmaq üçün böyük bir zamana ehtiyac olmur. Bir əsgərin hazırlanması üçün demək olar ki, yetərli bir zamandır”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına ali təhsilli və ya təhsilsizlərin hərbi xidmət müddətinin fərqi ilə bağlı açıqlamasında bildirib ki, sovetdən qalan belə bir yanaşmanın heç bir məntiqi əsası yoxdur.

Şair Ramaldanov

“Bu gün Azərbaycanda Müdafiə Nazirliyi tərəfindən beynəlxalq təcrübə öyrənilir. Azərbaycan Ordusunun Silahlı Qüvvələri qarşısında duran vəzifə üzrə öz öhdələrinə düşən vəzifəni icra etmək, gənclərimizin gələcəkdə öz həyatını daha səmərəli və rahat şəkildə planlaşdırması üçün imkan yaradılır”-deyə Şair Ramaldanov qeyd edib.

Hərbi ekspert əlavə edib ki, alternativ hərbi xidmətlə bağlı söhbətlər gəzir və bununla bağlı yeni təkliflər ola bilər.

“Azərbaycan bu sahədə beynəlxalq təcrübədən irəli gələn və qardaş Türkiyədə bununla bağlı tətbiq olunan yanaşmaları öyrənir. Bu gün rəhbər tutulan tələblər sovet vaxtından qalan qanunlardır. İndi biz başqa bir Azərbaycanda yaşayırıq. Qələbə qazanmış bir Azərbaycanda yaşayırıq. Uğurlu, inkişaf etmiş, peşəkar və güclü ordusu olan bir Azərbaycanda yaşayırıq. Ərazi bütövlüyünü tam şəkildə bərpa edərək işğalçı qüvvələri darmadağın edən bir Azərbaycanda yaşayırıq. Bu gün Azərbaycan öz təhlükəsizliyini tam şəkildə təmin etməyə, ərazi bütövlüyünü qorumağa qadirdir”-deyən ekspert bildirib ki, bu günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində aparılan islahatlar çox müsbət qarşılanır, Azərbaycanın müdafiəsinə və təhlükəsizliyinə heç bir mənfi təsiri yoxdur.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Dekabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri