Norveçdə gənclərimizin Qarabağ öyüncü
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Norveçin Stavanger və Oslo şəhərlərində 8 Noyabr Zəfər Gününə və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) yaranmasının 20 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramları təşkil edilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirlərdə müxtəlif siyasi partiyaların nümayəndələri, türk və çeçen icmalarının üzvləri, eləcə də Fransa, İsveçrə və Latviyadan gələn Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Festivalda Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Samir Bayramov çıxış edib. O, Zəfər Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu və bu əlamətdar günün xaricdə qeyd edilməsinin milli yaddaşın qorunmasına xidmət etdiyini bildirib.
Daha sonra Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib və Qələbəni xalqımıza bəxş edən şəhidlərin xatirəsini ehtiramla anıb.
Oslo şəhərinin meri Anne Lindboe tədbir iştirakçılarına videomüraciət ünvanlayaraq NAYO-nun 20 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
Azərbaycanlı ifaçıların təqdim etdikləri muğam, xalq və müasir musiqi nümunələri, milli musiqi alətlərimizin özünəməxsus səslənişi və rəqs nömrələri tədbirlərə xüsusi bayram ovqatı bəxş edib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 04 Noyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















