“Gənclərimizin gələcəyi böyük təhlükə altındadır”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İdman zallarında steoridlərin gizli şəkildə yayılması məsələsi vacibdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Mircəlil Qasımlı Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında bildirib.
“Bu, payız sessiyası və qarşıdakı bütün sessiyalarda ciddi şəkildə müzakirə olunmalıdır. Çünki gənclərimizin gələcəyi böyük təhlükə altındadır. Bəziləri “yaxşı” nəticə əldə etmək üçün gəncləri sterodilərə təşviq edirlər. Təəssüflər olsun ki, bunun gələcəkdəki nəticələri necə olacaq bəlli deyil”, - deputat qeyd edib.
Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deputatın fikirlərinə münasibət bildirib: “Dopinqlə mübarizə bu gün olduqca aktualdır. Bu sahədə hüquqi müstəvidə ciddi addım atılmalıdır. Biz bununla bağlı müvafiq qurumun mütəxəssisləri ilə onlayn görüş təşkil etmişik. Qısa müddət ərzində bir sıra dəyişikliyi komitəyə təqdim edəcəyik”.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 22 Sentyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















