Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Kənddə yaşayanların diqqətə Bu 10 qaydanı bilməlisiniz

Gənclərimizin şəhidlərin ehtiramını yüksək tutması milli qürur hissidir

Gənclərimizin şəhidlərin ehtiramını yüksək tutması milli qürur hissidir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Şəhidlər xiyabanında ziyarət qaydaları sərtləşir. Təklif olunur ki, foto, video və geyim qaydaları hüquqi tənzimlənməlidir”


Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi


Ölkəmizdə gənclər siyasətinin əsasən milli dəyərlər üzərində formalaşmasının necə vacib olduğu bu günlərdə bir daha təsdiqini tapdı. Xalqımızın and yeri, müqəddəs məkanımız – Şəhidlər xiyabanında əcnəbi turistlərin qeyri-etik davranışlarına gənclər də daxil, bütün xalqımız sərt reaksiya verdi. Cəmiyyət yumruq kimi birləşərək şəhidliyin ən yüksək zirvə olduğunu, xalqın öz şəhidlərinə yüksək dəyər verib ehtiram göstərdiyini sübut etdi. 

Təbii ki, cəmiyyətin reaksiyası belə də olmalı idi. Şəhidlər xiyabanı 1990-cı ilin qanlı yanvar gecəsindən etibarən xalqımızın qürur yeridir. 20 Yanvar müstəqilliyə, azadlığa, suverenliyə atılan ilk addım idi. Sonra bu müqəddəs məkanda Vətən uğrunda canından keçənlər - Qarabağ müharibəsinin şəhidləri dəfn edildi. Həm istiqlal, həm də Vətən uğrunda şəhid olanların uyuduğu məkan, əlbəttə ki, ən yüksək ehtirama layiqdir. Belə bir yerdə kimlərinsə nalayiq davranışlara yol verməsinə cəmiyyətin, xüsusən də gənclərin sərt münasibəti anlaşılandır. Gənclərimizin belə bir milli dəyərlərə sadiq, vətənpərvər ruhda tərbiyələnməsində dövlət siyasətinin əhəmiyyəti böyükdür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev gənclərə böyük etimad göstərdiyini çıxışlarında dəfələrlə vurğulayıb: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə “Gənclər Günü”nün təsis edilməsindən başlayaraq sonrakı dövrlərdə gənclərlə bağlı bir çox vacib qərarların verilməsi, “Gənclər ili”nin elan olunması, “Gənclər evi” və Gənclər Fondunun yaradılması, “Yüksəliş” müsabiqəsinin təşkili... bütün bunlar Azərbaycan gənclərinin imkanlarını artırmaqla, həm də onların dövlətçilik və milli ruhda, vətənpərvər vətəndaş kimi yetişmələrində böyük əhəmiyyətə malik olub. Bu məsələdə bütün xalqımızın, ən kiçik yaşlı uşaqlarla bərabər məktəblilərin də Şəhidlər xiyabanını xalqımız üçün müqəddəs olan günlərdə ziyarət etmələri qan yaddaşımızın möhkəmlənməsinə xidmət edib. 


Bu mənada toplum olaraq Şəhidlər Xiyabanında hər hansı qeyri-etik hərəkətə sərt reaksiya tamamilə təbii və gözləniləndir.  Xüsusən gənclərimizin şəhidlərin ehtiramını yüksək tutması milli qürur hissi yaşatdı. Bu məqamda 44 günlük Vətən müharibəsini yad etməmək olmaz. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdırdı. Onların qəhrəmanlığı sayəsində əldə olunan zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətinə son qoydu. Bu gənclər müstəqilliyimizin bərpasından sonrakı dövrdə yetişənlər idi, hansı ki vətənpərvərlik ruhunda tərbiyə almışdılar və bunun nəticəsi olaraq da tarixi qələbəni Azərbaycan xalqına bəxş etdilər. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev ölkə gənclərinə güvəndiyini bildirir və onlardan dövlətçiliyin daha da möhkəmlənməsi istiqamətində fəal olmalarını tələb edir. Həqiqətən də bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Prezident İlham Əliyevin ritorikasında, xüsusilə gənclər ilə görüşən zaman etdiyi çıxışlarda ideoloji amil prinsipial olaraq vurğulanır. Dövlətimizin başçısının Kəlbəcərdəki çıxışında digər ideoloji vurğular da öz əksini tapıb: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır”. Beləliklə, Prezident İlham Əliyev “ədalət” və “milli iradə” kimi məfhumları da milli dövlətçilik təfəkkürümüzün əsas keyfiyyətləri sırasına daxil etmiş oldu. Yaş, cins və sosial durumundan asılı olmayaraq hər kəs etiraf edə bilər ki, “ədalət” hissi sabaha ümid yaratdığı kimi, “milli iradə” də cəmiyyətin tükənməz güc mənbəyidir. Biz bu ideoloji təbliğatın bəhrəsini gənclərimizin dövlətçilik və milli məsələlərdə vətənpərvər mövqedən çıxış etmələrində görürük. Bu mövqe özünü Şəhidlər xiyabanında baş vermiş son hadisəyə gənclərin münasibətində də sərgiləndi. Azərbaycan gənci sərt münasibəti ilə təsdiq etdi ki, milli dəyərlər toxunulmazdır. Və Azərbaycan gənci xalqın müqəddəs bildiyi dəyərlərini qorumağa hər zaman hazırdır, buna qadirdir. Himnimizdə səsləndiyi kimi: “Namusunu hifz etməyə cümlə gənclər müştaqdır”. Bu sözlər Azərbaycan gəncliyinin şüarıdır.   


Şəhidlər xiyabanında əcnəbi turistlərin nalayiq hərəkətləri bu məkanda çəkilişlər və digər məsələlərlə bağlı daha konkret və sərt tənzimləmələrə ehtiyac olduğunu da göstərdi. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanovanın sözlərinə görə, Milli Məclisin payız sessiyasında bu məsələ ilə əlaqədar yeni qanunvericilik təşəbbüsləri irəli sürməyi planlaşdırırır: 

- Hesab edirəm ki, şəhid məzarları, dini və tarixi abidələr, memorial komplekslər və milli əhəmiyyətli digər məkanlarda ictimai davranış qaydaları hüquqi şəkildə müəyyən edilməli, bu məkanlarda nalayiq hərəkətlərə yol verən şəxslər üçün inzibati və daha sərt cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Eyni zamanda, bu məkanlarda video və foto çəkilişlərə məhdudiyyət də qoyulmalıdır. Yalnız ziyarət, xüsusi günlər və digər zəruri hallar istisna olmaqla, şəxsi maraqlara xidmət edən çəkilişlərə icazə verilməməlidir. Həmçinin ölkəmizdəki Şəhidlər xiyabanlarını ziyarət zamanı geyimlə bağlı da müəyyən məhdudiyyət tətbiq olunmalıdır. Həmin yerləri şortla, qısa geyimlərlə ziyarət etmək qadağan edilməlidir. S.Salmanova Azərbaycan xalqının tarixən şəhidlərinə və qəhrəmanlarına dərin hörmətlə yanaşdığını vurğulayıb: “Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bizim milli kimliyimizin, vətənpərvərlik ruhumuzun əsas dayaqlarından biridir. Şəhidlər xiyabanı isə bizim üçün sadəcə ziyarətgah deyil, həm də xalqımızın milli yaddaşını əks etdirən müqəddəs məkan, qürur yerimizdir. Bu səbəbdən də belə halların cəmiyyət tərəfindən qəbuledilməz hesab olunması, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində geniş müzakirə olunması təbiidir”.


Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu isə bildirib ki, cəmiyyətdəki bəzi münasibətlər hüquqla tənzimlənə bilmir: 

- Şəhidlər xiyabanında əcnəbi turistlərin yol verdiyi hərəkətlər birbaşa cinayətdir. Bu hərəkətlər Azərbaycan xalqına, onun dəyərlərinə qarşı hörmətsizlikdir. Hər şeydən əvvəl biz təşəkkür edirik ki, bu cür qeyri-etik hərəkət edən turistləri dərhal Azərbaycanın hüquq-mühafizə orqanları layiqli şəkildə cəzalandırmaq üçün addımlar atdılar. Cəmiyyətdə elə münasibətlər var ki, onların hamısını hüquqla tənzimləmək olmur. Yəni bizim qanunla qadağan olunmayan fəaliyyətlərimiz azadlıqlarımızdır. Hər bir cəmiyyətin hüquqla tənzimlənən münasibətlər sistemi var. Eləcə də hər bir cəmiyyətin adət-ənənə, mənəviyyat, əxlaq və dəyərlərlə tənzimlənən ictimai münasibətlər sistemi mövcuddur. Ona görə mən düşünürəm ki, 3 ərəbin hərəkətlərinə görə biz cəmiyyətimizdə formalaşmış çox dəyərli ənənələrimizə hansısa məhdudiyyətlər gətirməli deyilik. Məsələn, Şəhidlər xiyabanını ziyarət edib şəkillər çəkirik, mətbuatda paylaşılır. Rəsmi protokol tədbirləri zamanı da yenə şəkillər və video çəkilir. Hər birimiz fərdi qaydada şəhidlərimizi ziyarət edir və eyni qaydada paylaşımlar edirik. Bunların hamısı dəyərlərimizə hörmət və rəğbətlə, şəhidlərimizə sonsuz hörmətlə edilir. Ona görə də, əlbəttə, hansısa ərəblərin hərəkətlərinə görə Şəhidlər xiyabanında foto və video çəkilişlərini qadağan edə bilmərik.


H.Babaoğlu geyimlə bağlı təkliflərə isə belə reaksiya verib:

 “Geyim formasına gəldikdə, heç bir azərbaycanlı heç vaxt Şəhidlər xiyabanına uyğun olmayan geyim formasında getməz. Bunu biz yaxşı bilirik. Ona görə biz üç ərəbə görə bu günə qədər tarixən formalaşıb gələn əxlaqi, mənəvi, milli və dini dəyərlərimizi, mənəvi ictimai müstəvidən hüquqi müstəviyə keçirə bilmərik. Təşəkkür edirik ki, Daxili İşlər Nazirliyi hadisəyə operativ reaksiya göstərərək əxlaqsız hərəkətlərə yol verənləri cəzalandırıb. Bu da gələn bütün turistlər üçün dərs mahiyyəti daşıyır. Təklifim isə budur ki, Şəhidlər xiyabanı boyunca kameralar quraşdırılsın ki, bu cür hərəkətlər dərhal qeydə alınsın və uyğun hərəkət etməyən kimsə varsa, dərhal məsuliyyətə cəlb edilsin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Avqust 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see171

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see145

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see140

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see133

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see130

Kənddə yaşayanların diqqətə Bu 10 qaydanı bilməlisiniz

13 Yanvar 2026 03:24see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri