Icma.az
close
up
RU
Gənclərin cəmiyyətin inkişafındakı rolu hər zaman aktualdır

Gənclərin cəmiyyətin inkişafındakı rolu hər zaman aktualdır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

12 avqust Beynəlxalq Gənclər Günüdür

12 avqust – Beynəlxalq Gənclər Günü də bütün dünyada gənc nəslin cəmiyyətin inkişafındakı roluna diqqət çəkmək məqsədilə qeyd olunur. Bu əlamətdar gün gənclərin qarşılaşdığı məsələlərin müzakirəsi, onların hüquq və imkanlarının genişləndirilməsi, təhsil və inkişaf üçün əlverişli şəraitin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Gənclik yalnız gələcəyin deyil, həm də bu günün ictimai, sosial, iqtisadi, mədəni və intellektual həyatında fəal iştirak edən vacib sosial qüvvədir. Azərbaycanda da gənclər ölkənin ictimai-sosial həyatının aparıcı iştirakçılarından birinə çevrilərək müxtəlif sahələrdə öz potensiallarını nümayiş etdirirlər. Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin gənclərə ünvanladığı fikirlərdə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə bağlılıq və Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımaq xüsusi yer tuturdu. Sonrakı illərdə də gənclərin ictimai-siyasi fəallığının artırılması, onların təşkilatlanması, təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, beynəlxalq layihələrdə iştirakının dəstəklənməsi və potensiallarının reallaşdırılması istiqamətində müxtəlif proqram və layihələr həyata keçirilib.

Gənclər yeni ideyaların, yaradıcılığın, innovasiyanın və sosial dəyişikliklərin əsas hərəkətverici qüvvələrindən biridir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə yeni bilik və bacarıqlara yiyələnən, müasir texnologiyalardan səmərəli istifadə edən, yaradıcı və tənqidi düşünmə qabiliyyətinə malik gənclər ölkənin intellektual və insan kapitalının mühüm hissəsini təşkil edir.

Azərbaycanda dövlət gənclər siyasətinin əsas məqsədlərindən biri gənclərin hərtərəfli inkişafına şərait yaratmaq, onların potensialından səmərəli istifadə etmək və ictimai həyatda fəallığını artırmaqdır. Gənclərin təhsil, elm, mədəniyyət, idman, innovasiya, sahibkarlıq və digər sahələrdə inkişafına xüsusi diqqət yetirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində də gənc nəslin inkişafına xüsusi diqqət ayrılır. Gənclərin bilik və bacarıqlarının artırılması, onların vətənpərvər və savadlı kadr kimi yetişdirilməsi, məşğulluğunun təmin olunması, sosial və mədəni həyatda fəallığının dəstəklənməsi bu siyasətin mühüm istiqamətlərindəndir.

Bu gün Azərbaycan gənclərinin ictimai-sosial fəallığı müxtəlif istiqamətlərdə özünü göstərir. Gənclər ictimai birliklərin, könüllülük proqramlarının, sosial layihələrin, maarifləndirici tədbirlərin və müxtəlif təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edirlər. Xüsusilə könüllülük fəaliyyəti gənclərdə sosial məsuliyyət hissinin formalaşmasına mühüm töhfə verir. Elm, təhsil, texnologiya, sahibkarlıq, mədəniyyət, incəsənət və yaradıcılıq sahələrində əldə olunan nailiyyətlər də gənc nəslin ölkənin inkişafına verdiyi töhfənin göstəricisidir.

2026-cı il üzrə Prezident mükafatlarının elm, təhsil, mədəniyyət, ictimai-sosial fəaliyyət, innovasiya, sahibkarlıq və gənclərlə iş kimi müxtəlif istiqamətləri əhatə etməsi də gənclərin fəaliyyətinin çoxşaxəli xarakterini nümayiş etdirir.

Nəzərə alsaq ki, müasir dünyada ölkələrin inkişafında insan kapitalı və innovasiya xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan gənclərin keyfiyyətli təhsil alması, müasir peşələrə yiyələnməsi və yeni texnologiyalardan istifadə bacarıqlarının artırılması strateji əhəmiyyət kəsb edir.

Azərbaycan gəncliyinin qarşısında duran əsas vəzifələrdən biri müasir bilik və bacarıqları milli-mənəvi dəyərlərlə uzlaşdırmaqdır. İntellektual, dünyagörüşlü, yaradıcı, vətənpərvər və sosial məsuliyyətli gənc nəslin formalaşdırılması cəmiyyətin davamlı inkişafının mühüm şərtlərindəndir.

Gənclərin beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil etməsi də xüsusi əhəmiyyət daşıyır. Müxtəlif beynəlxalq tədbirlərdə, təhsil və elm proqramlarında, idman yarışlarında və mədəni layihələrdə Azərbaycan gənclərinin iştirakı ölkənin dünyada tanıdılmasına və gənclər arasında beynəlxalq əməkdaşlığın genişlənməsinə imkan yaradır.

Bu gün gənc nəslin üzərinə mühüm sosial məsuliyyət də düşür. İctimai proseslərə biganə qalmamaq, qanunlara hörmət etmək, ətraf mühitin qorunmasına töhfə vermək, ehtiyacı olan insanlara yardım göstərmək, könüllülük fəaliyyətində iştirak etmək və ictimai təşəbbüslərə dəstək vermək vətəndaş məsuliyyətinin mühüm göstəriciləridir. Bu baxımdan fəal gənc həm öz gələcəyini formalaşdırır, həm də cəmiyyətin inkişafına töhfə verir.

Müasir Azərbaycan gəncinin vətənpərvərlik ruhunda yetişməsi dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır. Milli-mənəvi dəyərlərə bağlılıq, dövlətçilik düşüncəsi və Vətən qarşısında məsuliyyət hissi gənc nəslin tərbiyəsində mühüm yer tutur. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə gənclərin göstərdiyi fədakarlıq da bu baxımdan xüsusi qeyd olunmalıdır. 44 günlük Vətən müharibəsində iştirak edən gənclərin göstərdiyi qəhrəmanlıq əsl nümunədir.

Prezident İlham Əliyev də çıxışlarında Vətən müharibəsində iştirak edənlərin böyük əksəriyyətinin müstəqillik dövründə yetişən gənclər olduğunu vurğulayaraq onların vətənpərvərlik və fədakarlıq göstərdiklərini qeyd edib.

Gənclik sağlam düşüncəyə, yüksək mənəvi keyfiyyətlərə, müasir biliklərə və güclü intellektual potensiala malik olduqda cəmiyyət də daha sürətlə inkişaf edir. Çünki cəmiyyətin aparıcı qüvvələrindən biri olan gənclərin inkişafı ölkənin gələcək inkişaf modelini də müəyyənləşdirir.

Bu baxımdan 12 Avqust – Beynəlxalq Gənclər Günü həm də gənclərin qarşısında açılan imkanları, onların üzərinə düşən məsuliyyəti və cəmiyyətin gənc nəslə göstərməli olduğu dəstəyi bir daha gündəmə gətirir.

Könül Nurullayeva 

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Avqust 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri