Icma.az
close
up
RU
Azərbaycanın inkişafında gənclərin rolu

Azərbaycanın inkişafında gənclərin rolu

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İSTİQAMƏT: 6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi 

Hər bir ölkənin gələcəyi gənclərin inkişaf keyfiyyətindən asılıdır.

Savadlı kadr hər bir ölkə üçün lazımlı və vacibdir, amma daha zəruri olan məqam həmin gənc kadrın vətənpərvər ruhda böyüməsidir.

Bu, dövlət və milli maraqların qorunmasında ən önəmli faktor hesab olunur. Azərbaycan uzun illər müharibə şəraitində yaşayan, işğal faktı ilə üz-üzə qalan dövlətdir. 30 ilə yaxın bir dövrdə Azərbaycan bu problemlərin fonunda inkişaf etməyə, güclənməyə səy göstərib. Eyni zamanda, dövlət tərəfindən gənclər siyasəti prioritet elan olunub və bu istiqamətdə ciddi işlər görülüb. 

Nəticədə görülən bütün işlərin məntiqi davamı olaraq 2020-ci ilin 27 sentyabrında Azərbaycan hərbi əməliyyatlarla başlayıb və 44 gün davam edən Vətən müharibəsində torpaqlarını işğaldan azad edib. Bu məqam aparılan siyasətin nə qədər doğru olduğunun göstəricisidir. 

Müharibədən bir müddət sonra, 2021-ci ilin 20 mart tarixində Şuşada - Cıdır düzündə xalqa müraciət edən Prezidenti İlham Əliyev demişdi: 

“Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. 

Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi". 

Göründüyü kimi, gənclərin düzgün istiqamətləndirilməsi, vətənpərvər ruhda böyüməsi bir ölkə üçün nə qədər ciddi önəm daşıyır. Doğrudur, müəyyən sahələrdə gənclərin problemləri ola bilər, amma Azərbaycanın gəncinin milli mənlik şüurunun inkişafında, vətənpərvər olmasında heç bir problem yoxdur və bunu gənclər 44 günlük Vətən müharibəsində göstəriblər. 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deyib ki, gənclərin inkişafı, vətənpərvərlik ruhunda böyüməsi üçün dövlət tərəfindən lazım olan bütün tədbirlər görülür:

“Zəfərlə başa vurduğumuz müharibə günlərində bir deyim var idi: 

“Ana qucağında Qarabağdan çıxan körpələr tank üstündə geri döndülər”. Biz bu 30 il ərzində vətənpərvər, ölkəsini, dövlətini sevən, qədrini, qiymətini bilən böyük bir gənclik yetişdirdik. Bu gənclər 2020-ci ilin 27 sentyabrında ölkə Prezidenti cənab İlham Əliyevin bir çağırışı ilə ön cəbhəyə getməyə hazır oldular. 

İllərdən bəri aldıqları tərbiyə, vətənpərvərlik ruhunda böyümələri gənclərimizdə torpaqlarımızın işğaldan azad edilməsi arzusunu yaratmışdı. Gənclərin vətənpərvər ruhda böyüməsi ilə yanaşı biz həm də gələcəyin qurucularını yetişdiririk. Bu da bir ölkə üçün çox əhəmiyyətlidir”. 

Deputat deyb ki, Azərbaycan gənci ölkənin bütün sahələrində öz sözünü deməyi bacarır: 

“Parlamentdə təmsilçilik yaşı da 18-ə endirilib. Bu da çox əhəmiyyətli məsələdir ki, hər bir gənc özünü artıq gənc yaşlarından siyasətdə də sınaya bilər. Azərbaycan gənci bu gün dövlətin bütün sahələrində yaxından iştirak edir. Gənclərin yaxşı təhsil alması üçün dövlət böyük yatırımlar edir. Azərbaycan gənclərin hərtərəfli yetişməsi üçün dövlət böyük layihələr həyata keçirir və bu istiqamətdə lazım olan hər bir məsələ həll edilir”. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri