Icma.az
close
up
RU
Gənclərin çoxu kiminsə həyatında olmasını istəyir və bunlar da... Psixoloqdan AÇIQLAMA

Gənclərin çoxu kiminsə həyatında olmasını istəyir və bunlar da... Psixoloqdan AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Əhalinin böyük bir təbəqəsi arasında depressiya və stress artıb. Burada gənclər daha çox yer tutsa da, uşaqlarda da, yaşlılar arasında da bu gərginlik müşahidə olunur".

Bu sözləri psixoloq Ülviyyə Murtuzova Redaktor.az-a açıqlamasında dedi. O, gənclər arasında artan depressiya və stressin səbəblərindən danışdı:

"Şəxsiyyət tipinin formalaşdığı bir dönəm olur. Həmin dönəmdə 8-13 yaşında uşaqlarımızın kritikləşmə dövrü başlayır. Onlarda valideynlərdən ayrılmaq arzusu, müstəqillik iddiası baş qaldırır. "Mən özümü bir fərd kimi, bir şəxsiyyət kimi hiss edirəm", "verdiyim qərarlarda yanıla bilmərəm", "hər atdığım addım doğrudur" kimi düşüncələrin onlara basqın etdiyi bir dönəm başlayır. Buna qarşı valideyn tərəfindən nəzarətin olması da aqresiyyalar yaradır".

Psixoloqun sözlərinə görə, insanların istəkləri, çox iddialı olmaları ən öndə gedən məsələdir:

"Gənclərimiz istəklərinin tez həyata keçməsində o qədər iddialıdırlar ki, o qədər tələskəndirlər ki, bir şeyin həyata keçmədiyi dönəmdə aqressiya başlayır. Əvvəllər uzun illərlə mübarizə aparılan və əldə edilən uğurları, illərə söykənəcək bir dönəmin indiki gənclər 15-20 gün ərzində olmasını istəyirlər. Çünki çətinliklə bir yola çıxmaqda konkret maraqlı deyillər. "Karyera qurmaq istəyirsiniz? Kim olmaq istəyirsiniz?" sualını verəndə çox bəsit və primitiv cavablar verilir. Kəsə yollarla pul düşünürlər ki, bu da insanın özünün və fərdi inkişafının göstəricisi ola bilməz. Çox əfsuslar olsun, gənclərin çoxu kiminsə həyatında olmasını, kiminsə onu maliyyələşdirilməsini və kiminsə öhdəsində daima qalıb yaşamağı daha çox seçir və bunlar da aqressiya yaradır".

Ü.Murtuzova qeyd etdi ki, valideynlərin kiçik yaşlarında övladlarınn arzularını həddindən çox tez reallaşdırması isə onlarda kaprizi formalaşdırır.

"Bu kaprizlər sonradan isterik göstəricilərə keçir. Aqressiya ya valideynlərdən intiqam almaq hissidir, ya diqqəti birbaşa öz üzərinə çəkməsidir, ya da ki yetərsizlik və natamamlıq kompleksidir. Üç əsas istək üzərində qurulur. Bunları tam yaşayan, özünə hakim edən övlad, təbii ki, aqressiv olacaq. Bu faktorların hər biriinin kökü birbaşa uşaqlıq dönəmində valideyn tərbiyəsində olan boşluqlardan qaynaqlanır", - deyə psixoloq bildirdi.

Sevinc İBRAHİMZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see253

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see248

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see239

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see230

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see205

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see189

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see184

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri