Icma.az
close
up
RU
Gənclərin festivalı “YayFest 2025” ə start verildi 2000 dən çox gənc bir arada

Gənclərin festivalı “YayFest 2025” ə start verildi 2000 dən çox gənc bir arada

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şamaxı, 7 iyul, Rəşad Türkoğlu, AZƏRTAC

Gənclər festivalı “YayFest” bu il də Şamaxıda öz qapılarını gənclərə açıb. 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən festival Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təbiət qoynunda təşkil edilən festivalın əsas məqsədi dövlət gənclər siyasətinin təşviqi, gənclərin şəxsi və peşəkar inkişafına, şəbəkələşməsinə dəstək verilməsi, asudə vaxtın səmərəli və əyləncəli təşkili, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, yaradıcı və təşəbbüskar gəncliyin formalaşdırılmasıdır. Bu il “Konstitusiya və Suverenlik İli”nə həsr edilən festival çərçivəsində Konstitusiya prinsiplərinin təbliği, Qarabağ Zəfərinin 5 illiyinin qeyd edilməsi, gənclərin milli ruhunun artırılması, dövlətçilik dəyərlərinə sadiqliyin möhkəmləndirilməsi, milli ideoloji hazırlığın gücləndirilməsi istiqamətində müxtəlif təlimlər və sessiyalar təşkil olunacaq.

Avqustun 29-dək keçiriləcək festival müddətində “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib diplomatiya” adlı 8 ardıcıl düşərgə olacaq. İki ay boyunca davam edəcək festivalda 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təmin edilib.

Düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı rayonundakı abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Gənclər Fondunun İcraçı direktorunun müavini Yusif Vəliyev çıxış edərək, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının gənclərimizin dövlətçilik prinsiplərinə daha dərindən yiyələnməsi, hüquqi biliklərinin möhkəmləndirilməsi və vətəndaş məsuliyyətinin formalaşması baxımından əhəmiyyətli imkanlar yaradacağını qeyd edib.

Düşərgə müddətində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılmış Zəfərimizə və Azərbaycan dövlətçilik tarixinə həsr olunmuş görüşlər keçiriləcək. Peşəkar təlimçilər tərəfindən açıq havada müxtəlif mövzular üzrə təlimlər və panel müzakirələr, Konstitusiya, suverenlik və milli dəyərlər mövzularında interaktiv sessiyalar və vörkşoplar təşkil ediləcək, master-klasslar, idman yarışları, intellektual oyunlar və konsert proqramları keçiriləcək.

Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək, növbəti düşərgələrdə iştirak üçün seçimlərə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:464
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri