Icma.az
close
up
RU
Şərurda “Gənclərin Yay Düşərgəsi 2025”ə start verilib

Şərurda “Gənclərin Yay Düşərgəsi 2025”ə start verilib

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şərur rayonunda "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Gənclərin Yay Düşərgəsi - 2025"ə start verilib.

SİA-nın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, düşərgədə 50-yə yaxın gənc iştirak edir.

Düşərgə iştirakçıları Şərur şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini, o cümlədən Şəhidlər xiyabanını ziyarət ediblər.

Düşərgənin təşkil olunduğu Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidovun gənclərlə görüşü reallaşıb. Nazir müavini gənclər üçün yaradılan imkanlardan bəhs edib.

Qeyd olunub ki, gənclərin asudə vaxtının səmərəli təşkili, hərtərəfli inkişafına nail olunması məqsədilə müxtəlif layihələr həyata keçirilir, davamlı addımlar atılır. Məcid Seyidov əlavə edib ki, ötən il olduğu kimi, bu il də gənclərin muxtar respublika və ölkə hüdudlarından kənarda təşkil olunan bir sıra düşərgə və ya proqramlarda iştirakı aktualdır. Artıq Quba rayonunda Azərbaycan-Gürcüstan "Gənclər həftəsi" çərçivəsində beynəlxalq düşərgə start götürüb, o cümlədən hər iki ölkədə daha iki düşərgə təşkil olunacaq. Bu tədbirlərə Naxçıvandan qatılacaq iştirakçı sayı, ümumilikdə 34 olacaq.

Qeyd edək ki, iyulun 26-dək davam edəcək düşərgədə müxtəlif şəxsi inkişaf təlimləri, intellekt yarışları, əyləncəli idman oyunları, komanda təqdimatları və digər fəaliyyətlər təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:356
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyul 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see311

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see308

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see306

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see305

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see296

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see291

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see287

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see262

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see258

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see254

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see251

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see251

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see249

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see240

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see238

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see237

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see236

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see207

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri