Icma.az
close
up
RU
Gənclərin fiziki inkişafı sağlam gələcəyə xidmət edir

Gənclərin fiziki inkişafı sağlam gələcəyə xidmət edir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Ölkəmizdə yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri xüsusilə diqqət mərkəzindədir. Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır.

Azərbaycan dövləti bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qısa müddət ərzində bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi. Diqqət etsək, iqtisadi cəhətdən ən inkişaf etmiş güclü dövlətlərin, həm də dünyanın qabaqcıl idman dövlətləri kimi tanındığını görərik. Ölkəmizdə ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişafın yüksək tempi idman sahəsinin inkişafı üçün də geniş imkanlar yaradıb. Şübhəsiz, yalnız hərtərəfli inkişaf etmiş dövlətlərdə idman kimi böyük vəsait qoyuluşu tələb edən sahəni inkişaf etdirmək mümkündür.

Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident 

İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Prezident hər zaman  bədən tərbiyəsi və idmanın uşaq və gənclərin fiziki, mənəvi inkişafında mühüm rolunu önə çəkir. 

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin 

Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov  uşaq və gənclərin fiziki inkişafının vacibliyindən danışıb. Onun sözlərinə görə, idman və bədən tərbiyəsi yeniyetmələrin, gənclərin mənəvi və fiziki cəhətdən harmonik inkişafında müstəsna rol oynayır. Məhz onlara aşılanan yüksək mənəvi keyfiyyətlər gənclərin hərtərəfli inkişaf etməsinə, fiziki və mənəvi cəhətdən kamilləşməsinə səbəb olur. Azərbaycanın inkişafında böyük potensiala malik olan gəncliyin cəmiyyətdə rolu getdikcə artır. Bütün bunlar isə sağlam gələcəyimizin təmin olunması üçün çox önəmlidir.

Komitə sədri deyib ki, hər hansı bir idman növü ilə məşğul olmaq üçün uşağın sağlamlığı nəzərə alınmalı, sonra isə bu barədə qərar verilməlidir: “Uşaqları bədən tərbiyəsinə cəlb etməkdə məqsəd, təkcə onlardan peşəkar idmançı yetişdirmək deyil, həm də onların sağlamlığını qorumaq, müəyyən bacarıqlarını inkişaf etdirməkdir. Uşaq və yeniyetmələrin orqanizminin möhkəmləndirilməsində, onun dözümlülüyünün artırılmasında fiziki tərbiyənin xüsusi rolu var. Amma uşaqlara veriləcək fiziki yükün onların gücü və bacarıqlarına uyğun olub-olmaması mütləq nəzərə alınmalıdır. Bədən tərbiyəsi, başqa sözlə desək, fiziki tərbiyə yalnız idman anlamına gəlməməlidir”. Ş.İsmayılovun  sözlərinə görə, Azərbaycanda idmanın inkişafı, həm də əhalinin sağlamlığına hesablanıb. Bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən irimiqyaslı işlər, analoqu olmayan idman infrastrukturu - paytaxt Bakıda, eləcə də regionlarda inşa edilmiş yüksək standartlı, gözəl arxitekturaya malik Olimpiya idman kompleksləri, müxtəlif idman qurğuları, meydançalar gənc nəslin daha sağlam və hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan gənclərinin sağlam, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, şübhəsiz, bütün bunların müsbət rolu var. Təsadüfi deyil ki, nəinki Bakıda, ən ucqar rayon və qəsəbələrdə belə uşaq və yeniyetmələr müxtəlif idman növləri ilə məşğul olub həm sağlamlıqlarını qoruyurlar, həm də yüksək nəticələr əldə edirlər.

Bütövlükdə, ötən illər ərzində idman sahəsində görülmüş işlərə nəzər salsaq, bu istiqamətdə böyük yüksəlişin şahidi olarıq. Olimpiya idman komplekslərinin, bir neçə böyük stadionun, idman zallarının inşası, onların arasında təxminən 70 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzi, eyni zamanda, Bakıda idman şəhərciyinin fəaliyyəti bu sahədə görülən irimiqyaslı işlərin nəticəsidir. İdmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması bu sahədə kütləviliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu komplekslərdə idmanla  məşğul olan uşaq və yeniyetmələr həm sağlamlıqlarını möhkəmləndirir, həm də idman nailiyyətləri əldə edirlər. 

Nardar BAYRAMLI

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə 

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Avqust 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see181

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri