Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı bir xalqın və cəmiyyətin gələcəyini formalaşdıran ən əsas amillərdən biridir. Bu inkişaf, yalnız fiziki sağlamlıqla məhdudlaşmır, həm də şəxsi keyfiyyətlərin, sosial bacarıqların, milli mənəvi dəyərlərə bağlılığın, vətənpərvərlik hissinin və ümumi mədəniyyətin inkişafını əhatə edir. Uşaqlar və gənclər, bir dövlətin gələcək və perspektivlərində ən böyük rol oynayan təbəqədir. Bu dövr onların şəxsiyyətinin əsasını qoyur, həyatlarının uzunmüddətli xətlə inkişafını təmin edir.

Mövzu ilə ilə bağlı Manset.az-a danışan deputat Vüqar İskəndərov bildirib ki, bir xalqın gələcəyi onun uşaq, yeniyetmə və gənclərinin tərbiyəsindən, fiziki sağlamlığından, milli-mənəvi dəyərlərə bağlılığından və vətənpərvərlik ruhunun yüksək olmasından asılıdır:

"Uşaq və gənclər xalqın, bir dövlətin genofondudur və gələcək həyatın, perspektivlərin təcəssüm etdirildiyi yaş qrupudur. Uşaqların kiçik yaşlardan ailədə, məktəbdə və mühitdə qazandıqları biliklər və gördükləri şeylər onların gələcək həyatlarına böyük təsir göstərir.

Təbii ki, ilk növbədə, uşaqların və yeniyetmələrin tərbiyəsi ailəyə bağlıdır. Valideynlər, uşaqlarına düzgün tərbiyə və dəyərləri ötürməkdə əsas rol oynayır. İkinci vacib məsələ isə məktəbdir. Uşaq və gənclər məktəbdə aldıqları təlim və tərbiyəni düzgün şəkildə mənimsəməli və gələcəyə bu keyfiyyətlərlə hazırlıqlı şəkildə çıxmalıdırlar. Ölkəmizdə bu sahədə çox ciddi işlər görülür.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda prezidentlik dövründə təhsil sahəsində etdiyi ilk islahat 1994-cü ilin 26 iyulunda Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Ulu Öndər bu addımı təsadüfi atmamışdı. O, yaxşı bilirdi ki, Azərbaycanın gələcəyi sağlam, təhsilli, tərbiyəli və vətənpərvər gənclərdən asılıdır. Buna görə də, bu nazirliyin təsis edilməsi, gənclərimizin milli ruhda inkişafını, onların milli mənəvi dəyərlərə uyğun yetişməsini, idmana cəlb olunmalarını və bədən tərbiyəsinin inkişafını təmin edirdi.

Hazırda, cənab Prezident İlham Əliyev də gənclərə böyük diqqət və qayğı göstərir. Azərbaycan gəncləri, onlara göstərilən bu etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin müstəsna rolu, onların vətənpərvərliyi və qəhrəmanlığı bütün dünyaya nümunə oldu.

Kiçik yaşlarından vətənpərvər ruhda tərbiyə almış Azərbaycan gəncləri, suverenliyimizin bərpası və torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün öz canlarını sipər kimi düşmənin qarşısında qoydular və qəhrəmanlıq dastanı yazdılar".

Sosioloq Üzeyir Şəfiyev isə qeyd edib ki, Azərbaycanda uşaq və gənclər əhalinin mühüm bir hissəsini təşkil edir:

"Düzdür, əvvəlki illərə nisbətən uşaqların və gənclərin sayında azalma müşahidə olunur. Belə ki, uşaqlar 2005-ci ildə ölkə əhalisinin təqribən 32%-ini təşkil edirdisə, bu gün bu rəqəm 25-26%-ə düşüb. Yəni, bu artıq rəqəmlər də göstərir ki, uşaqların sayında əvvəlki illərə nisbətən enmə müşahidə olunur. Bu, şübhəsiz ki, qlobal miqyasda və eyni zamanda ölkəmizdə təbii artımın ləngiməsi və azalma dinamikası ilə izah olunur.

Eyni zamanda, gənclərin sayında da azalma müşahidə olunur. Qeyd edim ki, 10 il əvvəl gənclər Azərbaycanda əhalinin təqribən 29-30 faizini təşkil edirdilər. Bugün isə ölkə əhalisinin 21-22 faizini gənclər təşkil edir. Bu tamam başqa bir mövzudur, çünki ümumiyyətlə insanların düşüncə transformasiyası fonunda ailə planlaşdırması ilə bağlı dəyişikliklər baş verir və bunun müxtəlif səbəbləri də var, amma uşaq və gənclərin fiziki və mənəvi inkişafından söhbət gedirsə, əlbəttə ki, bununla bağlı Azərbaycanda çox mühüm işlər aparılır.

İlk növbədə qeyd etmək lazımdır ki, həm uşaqların, həm də gənclərin hüquqları ilə bağlı Azərbaycanda qanunlar fəaliyyət göstərir. Uşaq və gənclərlə bağlı dövlət strategiyası mövcuddur. Bu strategiya hər zaman dini və qlobal çağırışlara uyğun yanaşmalarla zəngindir. Azərbaycan, həmçinin, uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulub. Uşaqların inkişafı ilə bağlı fəaliyyət planı mövcuddur və eyni zamanda oxşar siyasət gənclərlə bağlı da var.

Bunlar dövlət, qanunvericilik səviyyəsində yüksək səviyyədə tənzimlənir. Lakin qeyd etməliyəm ki, uşaq və gənclərin bir sıra qayğıları da var. Bu qayğılar yalnız uşaqların təminatı ilə bağlı məsələlərlə bitmir. Biz nəzərə almalıyıq ki, uşaq və gənclərin inkişafı həm də ailə durumundan asılıdır. Çox təəssüf ki, bu gün ailələrdə boşanma halları çoxalır. Bu da şübhəsiz ki, uşaqların sosiallaşmasında neqativ təsir göstərir.

Yəni, uşaq münaqişəli, boşanmış və natamam ailədə böyüyərkən, bu onların deviant və delikvent davranışları üçün şərait yaradır. O baxımdan, uşaqların və gənclərin fiziki və mənəvi inkişafından söhbət gedirsə, ilk növbədə biz sosiallaşma institutlarının sağlamlığından danışmalıyıq. Sosiallaşma institutu olaraq ilk yada düşən məhz ailədir. Ona görə də biz maksimum çalışmalıyıq ki, ailələrdə sağlam mühit olsun ki, uşaq da sağlam ortamda böyüsün.

Bu məqsədlə ailələrlə psixoloji və sosial işlər aparılmalıdır. Burada da psixoloq və sosial işçilərin akreditasiyası və lisenziyalaşması məsələsi ortaya çıxır. Çox yaxşıdır ki, bu istiqamətdə işlər görülür. Yəni, uşaqların sosiallaşma mühiti institutları kimi ailədən sonra məktəblər, orta məktəblər, ali məktəblər də bu mühitdə sağlam olmalıdır ki, uşaq yoldaşları və sinif yoldaşları tərəfindən mənfi təsirə məruz qalmasın. Bu da şübhəsiz ki, məktəbə qədərki müəssisələrdə, orta və ali məktəblərdə həyata keçirilməlidir.

Digər mühüm məqam, mən deyərdim ki, ailə və məktəb mühitindən daha çox təsir imkanına malik olan sosial şəbəkələr, sosial media platformaları və kütləvi informasiya vasitələridir. Bu günün uşaqları, Z nəsli və sonra gələn Alfa nəsli, əsasən, sosial media və sosial şəbəkələr vasitəsilə sosiallaşır. İndiki dövrdə uşaqlar və gənclər daha çox bu platformalardan təsirlənirlər, yəni sosial şəbəkələrin təsiri altındadırlar.

Çox təəssüf ki, bu gün sosial şəbəkələr və kütləvi informasiya vasitələrində sosiallaşma institutları kimi mənfi və təhrif olunmuş məlumatlar çoxdur. Bu, uşaqların psixologiyasına mənfi təsir göstərir. Məsələn, cinayət aləminin insanları bəzən təbliğ olunur, onların həyat tərzi kimi təqdim edilir. Bu da gənclər və uşaqlar üçün pis örnəkdir və onları belə davranışlara yönləndirə bilər".

Sosioloq vurğulayıb ki, məktəblər, sosial şəbəkələr, kütləvi informasiya vasitələri sağlam məlumatlar yaymalı, dəyərli və təhsilverici məzmunlar təqdim etməlidir:

"Sosial şəbəkələr və kütləvi informasiya vasitələri barədə qanunvericilik tənzimlənməlidir, çünki bu platformalar vasitəsilə uşaqlara zərərli təsirlər yönəldilə bilər.

Həmçinin, uşaq və gənclərin fiziki və mənəvi inkişafını təmin etmək üçün onların fəaliyyətini şaxələndirmək lazımdır. Burada orta məktəblərin, ailələrin və digər müvafiq qurumların üzərinə böyük məsuliyyət düşür. Uşaqlar yalnız telefon və smart qurğulara fokuslanıb qalmamalıdır. Onların enerjisi düzgün şəkildə yönləndirilməli, milli dəyərlərlə tərbiyə edilməlidir.

Milli oyunlar, nağıllar və uşaq ədəbiyyatı bu baxımdan çox mühümdür. Uşaqlar milli kimliklərini qoruyaraq sağlam şəkildə sosiallaşmalıdırlar. Bu, xüsusilə qloballaşma dövründə vacibdir. Biz uşaqlarımızı, həmçinin, milli mənəvi dəyərlər əsasında formalaşdırmalıyıq. Həmçinin, məktəblərdə, ali məktəblərdə, fiziki tərbiyə dərsləri və əmək təlimi kimi dərslər keyfiyyətli şəkildə tədris olunmalıdır.

Ümumiyyətlə, uşaq və gənclərin sosiallaşması və formalaşması cəmiyyətin özündən asılıdır və bütün institutlar – ailə, məktəb, sosial tərəfdaşlar bu prosesdə iştirak etməlidir. Bu, kollektiv məsuliyyət tələb edir. Bu zaman uşaq və gənclərin mənəvi və fiziki tərbiyəsi ilə bağlı bütün qurumlar birgə çalışmalıdır ki, gələcək nəsillər sağlam və dəyərlərə dayanan vətəndaşlar kimi yetişsinlər".

Seyranə Quliyeva

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 01 Aprel 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri