Icma.az
close
up
RU
Gənclərin haqqını yeməmək lazımdır Təhsil eksperti

Gənclərin haqqını yeməmək lazımdır Təhsil eksperti

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Subbakalavr dediyimiz şəxslər, yəni orta ixtisas təhsili almış, bir qədər təcrübə qazanmış insanlar ali təhsilə davam etmək üçün universitetlərə qəbul olunurlar. Onların yaşları bir qədər böyükdür, bəziləri artıq işləyir, bir peşə mühitində müəyyən qədər təcrübə toplayıb. Bu baxımdan onların həyata, təhsilə və ixtisas seçiminə münasibəti daha aydın və məqsədyönlü ola bilər".

Bu barədə Redaktor.az-a açıqlamasında keçmiş deputat, təhsil eksperti Sona Əliyeva bildirdi.

"Amma qəbul zamanı ortaya çıxan əsas məsələ ondan ibarətdir ki, bəzən onlar daha aşağı balla və ya xüsusi kvotalarla universitetlərə daxil olurlar. Bu isə yüksək bal toplayan, universitetə düşmək üçün illərlə çalışan gənclərin haqlı narazılığına səbəb olur. Eyni ixtisas üzrə eyni dərsləri alacaqlarsa, biri niyə daha çox səy göstərib, digəri daha az məsuliyyətlə bu hüquqa sahib olmalıdır? Bu sualın cavabı cəmiyyət üçün də, təhsil siyasəti üçün də vacibdir", - deyə o, əlavə etdi.

Müsahibimiz bildirdi ki, subbakalavrların bir çoxu artıq işlədikləri və ailə məsuliyyətləri daşıdıqları üçün universitet dərslərində davamiyyət problemi yaşayırlar.

"Ali təhsil diplom almaq üçün formal mərhələ olmamalıdır. Halbuki universitet, sadəcə diplom deyil, həm də mühit, intelektual inkişaf, müzakirə və sosiallaşma deməkdir. Davamiyyəti zəif olan tələbə bu fürsətləri də itirmiş olur. Hesab edirəm ki, bu problemi tənqid etməklə yox, sistemli şəkildə həll etməklə nəticə əldə etmək olar. Subbakalavrlar üçün ayrıca proqramlar, axşam və ya distant təhsil formaları təşkil edilə bilər. Beləliklə, onlar həm işləməyə davam edər, həm də təhsildən geri qalmaz. Eyni zamanda abituriyentlər arasında bərabərlik prinsipi qorunar. 
Bu məsələdə əsas olan balansı qorumaqdır. Həm təcrübəli insanların ali təhsil almasına şərait yaratmaq, həm də bu yolda səy göstərmiş gənclərin haqqını yeməmək lazımdır. Təhsil siyasətində sosial ədalət prinsipi hər zaman əsas götürülməlidir", - deyə Sona Əliyeva qeyd etdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyul 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri