Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

Ukraynalı deputat Trampın sülh planını açıqladı

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Zirə autsayderə qarşı

Sağlam cəmiyyət, güclü dövlət... TƏHSİL EKSPERTİ GƏNCLƏRİN FİZİKİ VƏ MƏNƏVİ İNKİŞAFI HAQDA

Sağlam cəmiyyət, güclü dövlət... TƏHSİL EKSPERTİ GƏNCLƏRİN FİZİKİ VƏ MƏNƏVİ İNKİŞAFI HAQDA

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kamran Əsədov:  “Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində aparılan işlər dövlətin prioritetinə çevrilib”

“Lakin bəzi hallarda tətbiq mərhələsində koordinasiya və sistemlilik çatışmazlığı müşahidə olunur”

Uşaqlar, yeniyetmə və gənclər hər bir dövlətin gələcəyidir. Belə demək mümkündürsə, dövlətlərin gələcəyi xüsusilə gənc nəslin inkişafından asılıdır. Əlbəttə, burada söhbət fiziki və mənəvi inkişafdan gedir. Əksər mütəxəssislər bu fikirdədir ki, hər bir valideyn övladının tərbiyəsinə körpə yaşlardan başlamalıdır.  Şübhəsiz, uşaq bağçalarında, orta və ali məktəblərdə təlim-tərbiyə proqramı həyata keçirilir ki, bu da valideynlə yanaşı, müəllimlərin də uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafında xüsusi rolunun olduğunu ortaya qoyur.

Məsələyə bir qədər də geniş yanaşsaq, təlim-tərbiyə prosesində cəmiyyətin də öz rolu haqda danışmaq olar. Maraqlıdır, bizim ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı prosesi necə aparılır və bu, qənaətbəxş hesab oluna bilərmi? Bu və ya digər sullara təhsil eksperti Kamran Əsədovla müsahibəmizdə cavab tapmağa çalışdıq.

- Kamran bəy, Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı prosesi haqqında nə deyə bilərsiniz? Bu sahədə görülən işlər qənaətbəxş hesab oluna bilərmi?

- İlk növbədə qeyd edim ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir dövlətin gələcəyinin əsasını təşkil edən strateji sahədir. Cəmiyyətin sağlam inkişafı, insan kapitalının keyfiyyət göstəriciləri və milli dəyərlərin qorunması birbaşa olaraq bu iki istiqamətdə aparılan işlərin səmərəliliyindən asılıdır. Təhlil göstərir ki, son illərdə Azərbaycanda dövlət siyasəti bu məsələyə prioritet istiqamət kimi yanaşır, lakin bəzi hallarda tətbiq mərhələsində koordinasiya və sistemlilik çatışmazlığı müşahidə olunur. Məsələnin həm pedaqoji, həm sosial, həm də hüquqi aspektlərini nəzərdən keçirmək vacibdir, çünki fiziki və mənəvi inkişaf bir-birini tamamlayan, qarşılıqlı asılı proseslərdir.

- Məşhur bir deyim var, “sağlam bədəndə sağlam ruh olar”. Təbii ki, sağlamlıq deyəndə ilk növbədə fiziki hazırlıq nəzərdə tutulur. Siz ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki hazırlıq prosesi haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 24-cü maddəsində qeyd olunur ki, təhsil müəssisələrinin vəzifələrindən biri sağlam həyat tərzinin formalaşdırılması və bədən tərbiyəsinin təşkili ilə uşaqlarda fiziki və mənəvi keyfiyyətlərin inkişafına şərait yaratmaqdır. Lakin mövcud vəziyyət göstərir ki, bu müddəanın tam icrası hələ təmin olunmayıb. Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə məlumatına görə, 7–18 yaş arası uşaqların cəmi 34 faizi müntəzəm olaraq idmanla məşğul olur. Bu, hər üç məktəblidən ikisinin fiziki cəhətdən passiv həyat tərzi keçirdiyini göstərir. Üstəlik, məktəblərin təxminən 40 faizində idman zalları və açıq meydançalar ya yararsız vəziyyətdədir, ya da ümumiyyətlə mövcud deyil. Bu, həm fiziki inkişaf, həm də psixoloji rahatlıq baxımından mənfi amildir.

Əvvəllər təhsil sistemində mövcud olan səhər gimnastikası, açıq hava məşğələləri və məktəblərarası idman yarışları şagirdlərdə həm intizamı, həm də kollektiv ruhu gücləndirirdi. Hazırda bu ənənə demək olar ki, tamamilə aradan qalxıb. Bu, qismən tədris planlarının sıxlığı, qismən isə idman müəllimlərinin say azlığı ilə əlaqədardır. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, 2024-cü il üzrə fiziki tərbiyə ixtisası üzrə müəllim hazırlığına qəbul olanların sayı cəmi 160 nəfər təşkil edib, bu isə ümumi pedaqoji ixtisaslara daxil olanların 2 faizindən azdır. Bu göstərici fiziki tərbiyə müəllimlərinə marağın azaldığını və nəticədə məktəblərdə idman dərslərinin keyfiyyətinə təsir etdiyini göstərir. DİM-in bu sahədə həyata keçirdiyi qəbul və qiymətləndirmə mexanizmləri şəffaflıq və obyektivlik baxımından yüksək səviyyədədir, lakin sistemin özündə bu ixtisasın cəlbediciliyinin artırılmasına ehtiyac qalmaqdadır.

- Təbii ki, uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafı, onların zərərli vərdişlərdən uzaq qalması çox mühüm məsələdir. Xüsusilə, son illərdə ölkəmizdə asılılıqların sayının artdığı indiki dönəmdə bu məsələ daha böyük diqqət cəlb edir. Sizin bu haqda təklifləriniz nələrdən ibarətdir?

- Elm və Təhsil Nazirliyi bu sahədə mühüm addımlar atmaqdadır. Nazirliyin həyata keçirdiyi “Hər məktəbdə bir idman növü” təşəbbüsü, məktəbdənkənar idman dərnəklərinin açılması və “Sağlam məktəbli” proqramı uşaqların idmana marağını artırmağa yönəlib. Nazirliyin məlumatına görə, son iki il ərzində 250-dən çox məktəbdə müxtəlif idman növləri üzrə dərnəklər yaradılıb, 30 mindən çox şagird bu fəaliyyətlərə qoşulub. Bu, müsbət tendensiyadır və dövlətin sosial investisiya kimi fiziki tərbiyəyə yanaşmasının göstəricisidir. Bununla yanaşı, həmin təşəbbüslərin bütün bölgələri əhatə etməsi və davamlı olması üçün infrastruktur təminatı və maliyyələşdirmə mexanizmləri təkmilləşdirilməlidir.

“Bədən tərbiyəsi və idman haqqında” Qanunun 3-cü maddəsində dövlətin vəzifəsi kimi gənclərin fiziki hazırlığının gücləndirilməsi, idman kütləviliyinin artırılması və sağlam həyat tərzinin təbliği qeyd olunur. Bu istiqamətdə müsbət nəticələr mövcuddur: 2024-cü ilin ilk 9 ayında 4000-ə yaxın məktəbli idman yarışlarında iştirak edib, 1500-dən çox uşaq rayon səviyyəsində birinciliklərdə qalib gəlib. Lakin bu göstəricilərin arxasında şəhər və kənd məktəbləri arasında ciddi fərqlər qalmaqdadır. Bakı və Gəncə kimi iri şəhərlərdə məktəb idmanı nisbətən sistemli inkişaf edirsə, regionlarda fiziki tərbiyə dərsləri çox zaman formal xarakter daşıyır. Bu fərqi aradan qaldırmaq üçün Elm və Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir.

Fiziki inkişafla yanaşı, uşaqların və gənclərin mənəvi tərbiyəsi də dövlət siyasətinin ayrılmaz hissəsidir. “Təhsil haqqında” Qanunun 12-ci maddəsində göstərilir ki, təlim-tərbiyə prosesi vətəndaşlıq, milli-mənəvi dəyərlərə hörmət, məsuliyyət və sağlam düşüncə prinsipləri əsasında qurulmalıdır. Lakin son illərdə sosial mediada aqressiv davranış, asılılıqlar və mənəvi boşluqların artması göstərir ki, bu istiqamətdə əlavə tədbirlərə ehtiyac var. Dövlət Statistika Komitəsinin və Səhiyyə Nazirliyinin birgə hesabatına əsasən, 2023-cü ildə 15–25 yaş arasında olan gənclər arasında siqaret və enerji içkiləri istifadəsi 22 faiz artıb, internet asılılığı isə 31 faizə çatıb. Bu rəqəmlər mənəvi tərbiyənin sistemli şəkildə aparılmasının vacibliyini bir daha göstərir.

Elm və Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi “Dəyərlər təlimi”, “Zərərli vərdişlərə qarşı birlikdə” və “Sağlam düşüncə” layihələri, məktəblərdə psixoloq şəbəkəsinin genişləndirilməsi, həmçinin “Məktəb – ailə – ictimaiyyət” modelinin tətbiqi çox müsbət nəticələr verir. Bu proqramlar uşaqlarda sosial məsuliyyət hissini, empatiya və özünüidarə bacarıqlarını formalaşdırmağa xidmət edir. Nazirliyin məqsədi yalnız akademik bilik deyil, sağlam və mənəvi cəhətdən dayanıqlı şəxsiyyət yetişdirməkdir.

Dünya təcrübəsi göstərir ki, uğurlu təhsil sistemləri fiziki və mənəvi tərbiyəni birgə idarə olunan proses kimi formalaşdırır. Finlandiyada hər məktəbdə gündəlik 20 dəqiqəlik fiziki aktivlik məcburidir və uşaqların hər biri psixoloji rifah proqramına cəlb olunur. Yaponiya məktəblərində səhər gimnastikası ilə yanaşı, “sosial məsuliyyət dərsləri” keçirilir. Estoniyada isə “sağlam həyat və dəyərlər” fənni ibtidai pillədən başlayır. Azərbaycan bu modelləri mərhələli şəkildə tətbiq etməyə başlayıb. Elm və Təhsil Nazirliyinin 2025–2028-ci illər üçün “Sağlam və bilikli nəsil” strategiyasının hazırlanması bu baxımdan çox vacibdir və təqdir olunmalıdır.

Hesab edirəm ki, Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqamətində aparılan işlər dövlətin prioritetinə çevrilib, lakin mövcud vəziyyət hələ tam qənaətbəxş deyil. Elm və Təhsil Nazirliyi bu sahədə ardıcıl və məqsədyönlü islahatlarla sistemi canlandırır, məktəblərdə idman dərslərinin məzmununu yeniləyir, mənəvi tərbiyəni formal dərs deyil, sosial prosesə çevirir. Dövlət İmtahan Mərkəzi isə müəllim hazırlığında şəffaf qiymətləndirmə mexanizmini qoruyaraq təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu iki qurumun koordinasiyalı fəaliyyəti nəticəsində gələcəkdə uşaqların və gənclərin həm fiziki, həm mənəvi, həm də sosial cəhətdən daha sağlam inkişafı təmin ediləcək. Bu istiqamətdə aparılan siyasət dövlətin uzunmüddətli məqsədi olan “sağlam cəmiyyət, güclü dövlət” hədəfinə real və dayanıqlı şəkildə xidmət edir.

“Hürriyyət”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see242

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see228

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see228

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see198

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see194

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see170

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see150

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see140

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see134

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

21 Noyabr 2025 03:12see131

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see128

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

21 Noyabr 2025 00:55see128

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see128

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see128

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see128

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see126

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see126

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see124

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri