Icma.az
close
up
RU
Gənclərin “Plaza dili” Modern danışıq, yoxsa dilin deformasiyası?

Gənclərin “Plaza dili” Modern danışıq, yoxsa dilin deformasiyası?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda “Plaza dili” deyilən yeni bir dəb formalaşıb, təkcə Azərbaycanda deyil, bütün dünyanın iş ortamında mövcuddur. Bu barədə Bizim.Media-ya filoloq, dilçi alim Baba Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, xüsusən  ingilis mənşəli alınma sözlərdən ibarət olan bu danışıq dili heç bir qaydalar olmadan işlənib hazırlanmış və hətta uydurulmuş ünsiyyət formasıdır.
Əsasən paytaxt və meqapolislərdə, böyük şirkətlərdə, xüsusilə bank və digər maliyyə qurumlarında işlədilən ünsiyyət şəklidir.
Məsələn, “Verilmiş taskın deadline tarixi confirm olundu” – “Verilmiş tapşırığın təslim edilmə tarixi təsdiqləndi”,
“Meetinglə bağlı podcast olacaq, sən də join elə” – “Toplantı ilə bağlı ortaq video-müzakirə olacaq, sən də qoşul”,
“Discount var, amma limiteddir” – “Endirim var, amma məhduddur” və s.
Mütəxəssis bildirir ki, bu ünsiyyət forması əsasən şəhər mühitinin və yeni texnologiyanın təsiri ilə gənclər, ofis işçiləri, marketinq, satış və xidmət sahəsində çalışanlarda yayılıb. Digər tərəfdən də “yüksək prestij” effekti yaratmaq, daha müasir, qlobal görünmək üçün bu danışıqdan istifadə olunur.
“Plaza dili” sadəcə söz qarışdırmaq deyil, həm də dilin strukturuna müəyyən təsirlər göstərir. Çoxlu ingilis və rus terminləri Azərbaycan sözlərinin yerini tutur. Sonra isə zamanla bu sözlər əvəzedici kimi işlənməyə başlayır, üstəlik alınma sözlərə Azərbaycan dilində şəkilçi artırılır ki, bu da dilin strukturunu dəyişdirir, hibrid sözlər alınır. Məsələn, “like-lamaq”, “post-lamaq”, “forward-lamaq” və s.
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Sentyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri