Icma.az
close
up
RU
“Ramada Plaza” müştərilərinə “atıb”

“Ramada Plaza” müştərilərinə “atıb”

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncədə fəaliyyət göstərən məşhur “Ramada Plaza” oteli  4 illik təmir və yenidənqurma prosesindən sonra yenidən fəaliyyətə başlayıb.

Gununsesi.info–nun xəbərinə görə, otel bu dəfə “Ramada Plaza by Wyndham Gence” brendi ilə qapılarını müştərilərin üzünə açsa da ciddi problem ortaya çıxıb.

Belə ki, Gununsesi.info-ya müraciət edən bir qrup Gəncə sakini bildirib ki, otelin fitnes xidmətindən istifadə etmək üçün ödədikləri vəsaitə baxmayaraq, otel idarəçiləri onları idman zalına buraxmır.

Müştərilər deyir ki, uzun illər “Ramada Plaza”nın fitnes xidmətindən istifadə ediblər: “Otel təmirə dayananda bildirdilər ki, bu proses 1 il çəkəcək və yenidən idman zalından və hovuzdan istifadə edəcəksiniz. Amma təmir bir neçə il çəkdi. Biz də açılışdan sonra otelə gedəndə fərqli cavab eşitdik. Bildirdilər ki, sistemdə bizim ödəniş görünmür və biz fitnes xidməti üçün yenidən ödənş etməliyik. Müştərilər olaraq bank kartlarımızdan edilən ödəniş qəbzlərini və müqaviləni təqdim etdik. Bu dəfə bildirdilər ki, Bakıdakı rəhbərliklə danışıb bizə cavab verəcəklər. İndi isə verdikləri cavab gülüş doğurur.

Deyirlər ki, indi otel başqa idarəçilərdədir, sizə isə güzəştimiz fitnes üçün  5-10 girişi pulsuz etməkdən ibarətdir”. 

Çıxılmaz durumda qalan müştərilər saytımız vasitəsilə problemin ictimailəşməsini və həllini xahiş edib.

Məsələ ilə bağlı otel rəhbərliyinin  mövqeyini öyrənmək cəhdlərimiz baş tutmayıb.

Mövzuya qayıdacağıq.

Afət Abbasova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Noyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri