Icma.az
close
up
RU
Gənclərin problemi Vağzalı dırmı?

Gənclərin problemi Vağzalı dırmı?

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin deputatı, professor, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə APA-ya müsahibəsində bildirib ki, ən böyük vəzifələrdən biri Azərbaycan mədəniyyətini qorumaqdır: “Gənc nəsil də bunu başa düşməlidir. Mən toylarımızda gəlinin “Vağzalı” ilə yox, bizə yad olan Qərb musiqisinin sədaları altında zala daxil olmasını qəti qəbul etmirəm. Bu necə ola bilər! Biz “Vağzalı”nı başqa musiqi ilə necə əvəz edə bilərik?”

Ziyad Səmədzadə əlavə edərək vurğulayıb: “Qarmon sənətinin böyük ustadı Teyyub Dəmirovun oğlu ilə dostluq eləmişəm. O deyirdi ki, “Vağzalı” tam Azərbaycan musiqisidir. Bəlkə inqilabdan qabaq Azərbaycanda vağzal sözü işlədilmirmiş, amma bu musiqinin tarixi çox qədimdir”.

Toylarımızın "Vağzalı" ilə başlayıb "Vağzalı" ilə bitməsi ənənəsinin kökü nədir? Toyun Qərb musiqisi ilə başlanması və ya bitməsi haqda nə düşünürsünüz?

Sosioloq Naib Niftəliyev Bizimyol.info xəbər portalına bildirib ki, əslində problem gənclərin işsizlik, məşğulluq və karyera məsələləridir: “Bununla bağlı mən mediada danışmışam. "Vağzalı" məsələsi Ziyad Səmədzadənin gündəmə gətirməsindən əvvəl də diqqətdə olan bir məsələdir. Ziyad Səmədzadənin yadına bu məsələ düşübsə, hər halda milli hissləri oyanıb və narahatlıq keçirir. Bir millət vəkilinin narahatlığı başadüşüləndir. Amma problem gənclərin "Vağzalı" və Mendelsonun sədaları altında toy məclisinə, kafe və ya restorana daxil olub nikahlarını rəsmiləşdirməsi deyil. Problem tam başqadır. Problem gənclərin işsizlik, məşğulluq və karyera məsələləridir. Bir çox gənc bu problemləri ifadə edə bilmədiyi üçün kənar təsirlərə məruz qalır, xoşbəxtliyini ölkə xaricində axtarır və təhsilini də xaricdə davam etdirməyə çalışır. Yəni "Vağzalı"nın hansısa musiqi ilə əvəz olunması, əlbəttə, bizim üçün xoşagəlməzdir. Amma ən əsas məsələlərdən - gənclərin getdikcə qarışıq nikahlara üstünlük verməsi, milli hisslərdən daha çox qlobal və liberal düşüncəyə keçid almaları, milli maraqlardan çox, inkişaf naminə kosmopolit düşüncələrə meyl etmələri kimi mövzulardan danışmaq lazımdır. Düzdür, bu meyillər kütləvi xarakter daşımır. Çox vaxt gənclər bunu məcburiyyətdən edir -maddi çətinliklər, ölkədə yaşayış şəraitinin ağır olması, işsizlik və yoxsulluq səviyyəsinin yüksəkliyi buna səbəb olur. O biri tərəfdən, ənənəvi musiqi sahələri, məsələn, qarmon, saz, kaman və ya tar kimi sənətlər vasitəsilə insanlar sosial statuslarını və maddi rifahlarını istənilən səviyyədə yaxşılaşdıra bilmirlər”.

Naib Niftəliyev vurğulayıb ki, ac topluma təsir etmək və onu istənilən istiqamətə yönəltmək daha asandır: “Düşünürəm ki, bu məsələdə Milli Məclisdə sosial paketlər və sosial qanunvericilik sistemi üzərində daha ciddi işlənməlidir. Ziyad Səmədzadə iqtisadçıdır. Özü də yaxşı bilir ki, hər şeyin əsasında insanların maddi tələbatları dayanır. Maddi rifah və təminat olmadan sosial, milli və mədəni inkişaf mümkün deyil.

İlkin tələbatlar ödənməlidir ki, insanlar öz sosial, milli və siyasi hədəflərini düzgün müəyyənləşdirə bilsinlər. Əks halda, ac topluma təsir etmək və onu istənilən istiqamətə yönəltmək daha asandır. Bu gün gənclərin böyük bir hissəsi işsizlik, məhdudiyyətlər və yoxsulluq problemləri geniş bir sosial təbəqəyə aiddir.

Təbii ki, bu məsələ ən çox risk qrupları sırasındadır. Əgər biz bu gənclərdən millilik gözləyiriksə, o zaman bu milliliyi qoruyan ədalətli rifahı, maddi imkanları və inkişaf mühitini təmin etməliyik ki, onlar bu mühitdə özlərini rahat ifadə edə bilsinlər; həm şaquli, həm də üfüqi istiqamətdə inkişaf edərək imkanlarını genişləndirsinlər. Eyni zamanda rifaha qovuşsunlar, daha uzun və daha yaxşı yaşasınlar, ailələrini, valideynlərini və övladlarını normal qazanc hesabına təmin edə bilsinlər. Bu, artıq məcburi bir fəaliyyət deyil, real rifah göstəricisi olmalıdır. İnsanlar ona görə çalışmalıdırlar ki, bu əmək onlara həm inkişaf, həm də məmnunluq gətirsin. Əks halda bu, boş və mənasız söz yığınına çevrilən manipulyasiyadır”.

Naib Niftəliyev həmçinin qeyd edib: “Vağzalı" ilə bitən toyla Mendelson musiqisi ilə keçirilən toy arasındakı fərq də yalnız o zaman hiss olunacaq ki, insanlar milli geyimi geyinərək özlərini daha rifahlı və təminatlı hiss etsinlər. Əks halda, xaricdəki rifah və sosial inkişaf modelləri daha cəlbedici, daha real, daha uyğun göründükcə, istər-istəməz gənclər xaricə meyillənəcək, xarici musiqini də qəbul edəcək, xarici vətəndaşlarla da çox böyük həvəslə evlənəcəklər.

Nəticədə qızlarımızın xarici vətəndaşlarla, oğlanlarımızın isə məcburiyyət qarşısında xarici qızlarla evlənib genetik nəsil qarışdırması baş verir. Sonra kimin azərbaycanlı, kimin qeyri-azərbaycanlı olduğunu da müəyyənləşdirmək çətinləşəcək”.

Naib Niftəliyev əlavə edib: “Gənclərin “Vağzalı” problemi ilə deyil, onların rifahı, milliliyi, dövlətə bağlılığı, siyasi və sosial hədəfləri, həmçinin azadlıq, demokratiya və şəffaflıq kimi anlayışlar üzərində həyatı haqda düşünməli və fikir mübadiləsi aparmalıyıq. Milli Məclis də bu istiqamətdə qanunvericilik səviyyəsində də daha ciddi fəaliyyət göstərməli və demokratik azadlıqlara şərait yaratmalıdır.”

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 May 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri