Icma.az
close
up
RU
“Gənclərin psixoloji sağlamlığına diqqət yetirmək vacibdir MÜNASİBƏT BİLDİRİLDİ

“Gənclərin psixoloji sağlamlığına diqqət yetirmək vacibdir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bugün intihar bütün dünyada ciddi problemə çevrilib. Hər il demək olar ki, 800 minə yaxın insan intihar edir". Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, intiharın əsas səbəbləri işsizlik, stres, ailə problemləri və sosial çətinliklərdir: "Kişilər qadınlardan daha çox intihara meyillidir, çünki qadınlar ağlamağı və ürəklərini boşaltmağı bacarır, sosiallaşırlar. Kişilər isə cəmiyyətdə “kişilər ağlamaz” fikri səbəbindən duyğularını ifadə edə bilmir, problemlərini bölüşmür və daxildə yığılan stres intihar cəhdinə gətirib çıxarır.

Ailə və cəmiyyətdə belə insanlara yaxınlaşmaq, onların dərdlərini dinləmək və diqqət göstərmək çox önəmlidir. Xüsusilə yeniyetmələrdə intihar qəbul imtahanları nəticəsində yaranan streslə bağlıdır. Valideynlərin uşaqlara təzyiqi, onları müqayisə etməsi və yalnız ali təhsilə yönləndirməsi gənclərin psixologiyasına mənfi təsir göstərir. Bu baxımdan, peşə təhsilinə daha çox dəstək verməliyik ki, uşaqlar özlərinə uyğun sahədə iş tapa bilsinlər.

Yaşlı insanları tənha buraxmamalı, daim onlarla əlaqədə olmalıyıq. İntiharın qarşısını almaq üçün sevgi, qayğı və anlayışla yaxın olmaq vacibdir. Valideynlər övladlarına düzgün yanaşmalı, ailə daxili münaqişələrə son qoymalıdır. Belə hallara göz yummamaq və ciddi tədbirlər görmək insanlıq borcumuzdur. İşsizlik və sosial problemlər də intihara səbəb olur. Buna görə dövlət iş yerlərinin yaradılması və gənclərin sosial problemlərinin həlli ilə bağlı tədbirlər görməlidir.

Gənclərin, xüsusən də 15-18 yaş arasında olan yeniyetmələrin intihar halları qəbul imtahanlarının nəticələrindən sonra artır. Ailələr uşaqlara çox təzyiq göstərir, onları davamlı müqayisə edir və bu, uşaqlarda stress və depressiya yaradır. Cəmiyyətimizdə hər kəsin ali təhsil almalı olması kimi yanlış fikir mövcuddur. Hər kəsin diplomu olmamalıdır. Peşə təhsili də önəmlidir və uşaqların bacarıqlarına uyğun sənətlərə yönləndirilməlidir. Bu, onların gələcəkdə iş tapıb özünü təmin etməsinə kömək edər.

Son olaraq, ailədə və cəmiyyətdə uşaqlarla, yaşlılarla əlaqə sıx olmalıdır. Onların hərəkətlərinə diqqət etməli, yemək yeməyə gəlmirlərsə və ya otağa qapılıblarsa, səbəbini öyrənməliyik. Valideynlər uşaqlarına qarşı davranışlarında diqqətli olmalıdır, çünki valideynlərin səbəb olduğu stres uşaqları intihara sürükləyə bilər və buna görə məsuliyyətə cəlb olunmalıdırlar. İntihar ciddi psixoloji vəziyyətdir və bu hallara göz yummamaq, insanlıq naminə qayğı göstərmək lazımdır ki, intiharların qarşısı alınsın".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Sentyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri