Icma.az
close
up
RU
Gənclərin rəqəmsal savadılığı artırılır

Gənclərin rəqəmsal savadılığı artırılır

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinin icrasına başlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, layihənin əsas məqsədi gəncləri rəqəmsal dünyada etik və təhlükəsiz istifadəyə istiqamətləndirmək, rəqəmsal savadlılıq, saxta xəbərlər (fake news), kiber təhlükəsizlik və şəxsi məlumatların mühafizəsi, süni zəka: təhdidlər və imkanlar mövzuları üzrə bacarıqlarını inkişaf etdirmək. Eyni zamanda onları təhsil və praktik vasitələrlə öz icmalarında davamlı rəqəmsal təşəbbüslərə (məsələn, sosial media kampaniyaları, rəqəmsal resurslar yaradılması) sövq etmək üçün təlimçi kimi gücləndirməyi hədəfləyir. Xüsusilə qeyd olunan nəticələrə çatmaq nəzərdə tutulur:

- Gəncləri rəqəmsal etika, kiber təhlükəsizlik və şəxsi məlumatların mühafizəsi haqqında məlumatlandırmaq;
- Rəqəmsal savadlılıq və kiber təhlükəsizlik üzrə təlimlər keçə biləcək təlimçilər hazırlamaq;
- Fake news ( saxta xəbərlər), xüsusilə süni zəkanın yaratmış olduğu təhlükələrə qarşı gənclərin media savadlılığının artırılması;
- Gənclərlə işləyən Gənclər Evlərinin və təhsil müəssisələrinin əməkdaşlarının “Rəqəmsal Savadlılıq” mövzusunda gücləndirilməsi;
- Rəqəmsal həllərin (məsələn, onlayn təlim modulları, sosial media kampaniyaları) hazırlanmasına şərait yaratmaq.

​Həyata keçirilmiş ilk həftədə gənclər “Gənclərlə işdə rəqəmsal bacarıqlar”, “Kibertəhlükəsizlik”, “Süni zəka: təhdidlər və imkanlar”, “Təqdimat bacarıqları”,  və “Təlimçilər üçün təlim”  təlimləri təşkil olunmuşdur. Təlim proqramının davamında iştirakçılar rəqəmsal təhlükələr, saxta xəbərlərin müəyyən olunması, xüsusilə süni zəka əsaslı manipulyativ məlumatların tanınması, şəxsi məlumatların mühafizəsi, etik onlayn davranış və rəqəmsal kommunikasiya, eləcə də sosial media kapaniyalarının idarə edilməsi  mövzularında həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər.

Layihənin davamlılıq mərhələsində isə iştirakçıların öz icmalarında təlimlər, seminarlar və maarifləndirmə tədbirləri həyata keçirməsi nəzərdə tutulur. Bununla yanaşı, sosial media üzərindən həyata keçiriləcək #RəqəmsalKimlik kampaniyası vasitəsilə minlərlə gəncin rəqəmsal təhlükəsizlik və media savadlılığı sahəsində məlumatlandırılması planlaşdırılır. Qeyd edək ki, artıq layihə iştirakçıları tərəfindən Saatlı və Pirallahı gəncləri üçün maarifləndirmə görüşləri təşkil olunub.

Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyi- Gənclər Evləri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfdaşlığı ilə həyata keçirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri