Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Ağdamda Beynəlxalq Forum: Gənclərin regional inkişafda rolu artırılır

Ağdamda Beynəlxalq Forum: Gənclərin regional inkişafda rolu artırılır

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən tədbir “ECO Həftəsi” çərçivəsində baş tutur.Forumun əsas məqsədi gənclərin İƏT regionunun gələcəyinin qurulmasında iştirakını gücləndirmək və onların ideyalarını təşkilatın yeni inkişaf strategiyasına daxil etməkdir. Tədbir gənclərin dayanıqlı inkişaf, iqtisadi inteqrasiya və innovasiya sahələrində fəal rolunu təşviq edəcək, həmçinin onların qərarqəbuletmə proseslərinə cəlb olunmasına töhfə verəcək.
Məlumata görə, forumda iqtisadi və ticarət əməkdaşlığı, dayanıqlılıq və texnologiya, insan kapitalı və digər mövzular müzakirə olunub. Həmçinin, forum gənclərin regional siyasətdə rolunu artırmaq və onların gələcək nəsillər üçün verdiyi töhfələri tanıtmaq baxımından mühüm platforma olacaq.

Milli Məclisin deputatı Naqif Həmzəyev Demokrat.az-a açıqlamasında deyib ki, 2025-ci ilin iyul ayında Ağdamda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu Azərbaycanın regional siyasətində yeni bir mərhələnin başlanğıcını qeyd etdi:
“Prezident İlham Əliyevin təşəbbüsü ilə "ECO Həftəsi" çərçivəsində təşkil olunan bu tarixi tədbir, həm ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirib, həm də gənclərimizin regional qərar qəbuletmə proseslərində fəal iştirakına zəmin yaratdı. Ağdamın ECO Gənclər Forumuna ev sahibliyi etməsi xüsusi tarixi əhəmiyyət daşıyır. Qarabağ bölgəsində keçirilən ilk beynəlxalq tədbir olaraq, forum Azərbaycanın qələbəsindən sonra bərpa olunan ərazilərinin beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsinin parlaq nümunəsidir. Bu, həm də sülh və qarşılıqlı əməkdaşlıq mesajını dünyaya çatdıran güclü simvolik hərəkət kimi qiymətləndirilir. 7 ölkədən 100-dən çox gənc nümayəndənin iştirak etdiyi forum, Azərbaycanın ECO çərçivəsində oynadığı aparıcı rolun təzahürüdür. Forumda Pakistan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Əfqanıstan kimi ölkələrin gənc nümayəndələrinin iştirakı regional əməkdaşlığın genişləndirilməsində Azərbaycanın konstruktiv rolunu nümayiş etdirir”.
Deputat diqqətə çatdırıb ki, forumun əsas məqsədi gənclərin ECO regionunun gələcəyinin formalaşmasında fəal iştirakını təmin etmək və onların yenilikçi ideyalarını təşkilatın strateji inkişaf planlarına inteqrasiya etmək idi:
“Bu yanaşma, ənənəvi diplomatiya çərçivəsini genişləndirərək, gələcək nəsillərə beynəlxalq əməkdaşlıqda söz hüququ verən müasir konsepsiya kimi qiymətləndirilir. Forum "Dayanıqlı və İqlim Dözümlü Gələcək Qurmaq üçün Gənclərin Rolunun Gücləndirilməsi" mövzusunu əhatə edərək, gənclərimizin qlobal çağırışlara hazırlanmasına töhfə verdi. Bu, uzunmüddətli perspektivdə Azərbaycanın beynəlxalq arenada təmsil olunacağı gələcək diplomatik və biznes liderlərinin formalaşması baxımından həlledici əhəmiyyət daşıyır. Forumda iqtisadi və ticarət əməkdaşlığı mövzusunun ətraflı müzakirəsi, gənclərimizin regional ticarət imkanlarını dərinləşdirən bilik və bacarıqlarla təchiz olunmasına xidmət edir. Bu, gələcək dövrlərdə Azərbaycanın ECO ölkələri ilə iqtisadi əlaqələrinin intensivləşməsində mühüm rol oynayacaq. Forumun texnologiya və innovasiya sahəsini əhatə etməsi, gənclərimizin 21-ci əsrin texnoloji çağırışlarına hazırlanmasına kömək edir. Bu, xüsusilə rəqəmsal iqtisadiyyatın inkişafında Azərbaycanın regional liderliyini təmin edən amil kimi çıxış edir”.

Millət vəkili bildirib ki, forum iştirakçılarının müxtəlif mədəni və iqtisadi məkanlardan olan həmyaşıdları ilə əlaqə qurması, gənclərimizin beynəlxalq şəbəkələrə daxil olmasına imkan yaradır:
“Bu şəbəkələr gələcəkdə biznes əməkdaşlığından diplomatik münasibətlərə qədər geniş spektrdə faydalı olacaq. Regional mültipluralizmin qəbulu və müxtəlif mədəni dəyərlərin hörmətlə qarşılanması, gənclərimizin qlobal dünyada uğurla çıxış edə biləcəyi kompetensiyaların əldə edilməsinə kömək edir. 
ECO Gənclər Forumunun Azərbaycanda keçirilməsi, ölkəmizin "soft power" diplomatiyasının gücləndirilməsi strategiyasının tərkib hissəsidir. Mədəni diplomatiya, gənc diplomatiya və təhsil diplomatiyası kimi sahələrdə Azərbaycanın artan nüfuzu beynəlxalq imicinin yaxşılaşmasına xidmət edir. Azərbaycanın forumun institutlaşdırılması və digər ECO üzv ölkələrində keçirilməsi təklifi, ölkəmizin regional təşəbbüslərdə oynadığı konstruktiv rolun növbəti mərhələsini əks etdirir. Bu, Azərbaycanın ECO çərçivəsində liderlik mövqeyini möhkəmləndirən strateji addım hesab olunur. Forumun Azərbaycan üçün uzunmüddətli faydaları müxtəlif sahələrdə özünü göstərəcək”. 

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) bu gün dünyanın aparıcı regional qurumlarından biri hesab olunur:
“Təşkilata üzv olan ölkələrin ümumi əhalisi təxminən 570 milyon nəfər təşkil edir. Bu ölkələrin birgə nominal ÜDM-i 2 trilyon 610 milyard dollar, real ÜDM-i isə 8 trilyon 830 milyard dollar səviyyəsindədir. Bu göstəricilər İƏT-in dünya iqtisadiyyatında 2,5% paya malik olduğunu təsdiqləyir.Bundan əlavə, təşkilata üzv ölkələrdə iqtisadi artım templəri də diqqətəlayiqdir. Belə ki, son on il ərzində orta illik artım faizi təxminən 4%-ə yaxın olub ki, bu da qlobal orta göstəricidən yüksəkdir. Bu dinamika İƏT-in iqtisadi potensialını və gələcək inkişaf imkanlarını bir daha ortaya qoyur. İƏT-in 17-ci Zirvə Görüşünün Azərbaycanda keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu, ölkəmizin artan beynəlxalq nüfuzunun və regional liderlik mövqeyinin göstəricisidir”. 
Deputat vurğulayıb ki, bu tədbir üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi baxımından da strateji əhəmiyyət kəsb edir:
“Samit çərçivəsində əməkdaşlıq əsasən insan kapitalı, texnologiya, iqtisadi və ticarət sahələri, o cümlədən innovativ sektorlar üzrə qurulacaq. Müzakirə ediləcək və imzalanması gözlənilən razılaşmaların da daha çox innovasiya yönümlü sahələri əhatə etməsi proqnozlaşdırılır. Bu yanaşma İƏT ölkələrində rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi modellərin qurulmasına xidmət edəcək. Samitin Xankəndidə keçirilməsi, yalnız iqtisadi əməkdaşlığın deyil, Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsinin və regional proseslərə təsir imkanlarının artmasının bariz nümunəsidir”.
Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;” istiqamətində hazırlanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 İyul 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri