Gənclərin uğurlu karyera planı hazırlamaqlarına dəstək göstərilir
Icma.az, Yenicag portalına istinadən məlumat verir.
Gənclər Həftəsində keçirilən düşərgələrdən biri də Öndə Gənclər (Öndə) İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilir.
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İşıq” Gənclərin Karyera Planlaması düşərgəsi yekunlaşmaq üzrədir. Layihə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində icra edilir. İşıq proqramı daxilində 5 il ərzində davam edəcək layihələr gənclərə müasir əmək
bazarının tələblərinə uyğun bilik və bacarıqlar qazandırmağı hədəfləyir.
İlk İşıq layihəsi Lənkəran gənclərinin iştirakı ilə Lənkəran Olimpiya İdman Kompleksində yaşayışlı təlim formatında hazırlanıb. Düşərgədə 14-24 yaş arası 20 gənc iştirak edir. Onlar hər gün 4 modul olmaqla, karyera planlaması, bazar araşdırması, CV hazırlanması, müsahibə texnikaları və iş axtarışı alətləri üzrə
təlimlərdə nəzəri və praktiki bacarıqlarını inkişaf etdirirlər. Layihənin ikinci mərhələsi olaraq keçiriləcək vorkşoplarla gənclər öz fərdi karyera planlarını hazırlayacaqdır.
Öndənin əsas dəyərlərindən biri davamlılıqdır. Bu dəyər layihə bitdikdən sonra da gənclərlə əlaqənin
saxlanılmasına və dəstək göstərilməsinə imkan yaradır. Layihədən sonra Öndə komandasının üzvləri iştirakçıların karyera planına uyğun olaraq irələliməsinə və çətinlikləri aşmasına mentor dəstəyi göstərəcək.
Layihə haqqında ətraflı məlumat və yenilikləri Öndənin (ondegencler) rəsmi sosial media hesablarından izləmək mümkündür.
www.yenicag.az
Baxış sayı:68
Bu xəbər 15 Fevral 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















