Icma.az
close
up
RU
Gender bərabərliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Gender bərabərliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Hər il martın 8-də qeyd edilən Beynəlxalq Qadınlar Günü yalnız qadınların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması üçün bir çağırış deyil, həm də onların cəmiyyətə verdiyi töhfələrin təntənəsidir. Azərbaycanda bu günün xüsusi bir mənası var, çünki ölkəmizdə qadınlar yalnız ailə və sosial həyatın deyil, həm də siyasi, iqtisadi və mədəniyyət sahələrinin inkişafında mühüm rol oynayır.

Azərbaycanın müstəqillik tarixində qadınlar bir çox sahələrdə əhəmiyyətli rol oynamışdır. Ölkəmizdə gender siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Gender siyasətinin tətbiq edilməsi, dövlətin idarə edilməsində qadınların irəli çəkilməsi Ulu Öndərin dövlətçilik siyasətində öz əksini tapmış ən aktual məsələlərdən biri olmuşdur. Belə ki, 1998-ci ildə Heydər Əliyev cəmiyyətdə qadınların durumunu, mövqeyini gücləndirmək üçün ölkə tarixində Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam vermişdir.
1998-ci il sentyabrın 14-15-də Azərbaycan qadınlarının I Qurultayı keçirildi. Bu qurultayda iki mindən çox nümayəndə iştirak edirdi. Məhz bu qurultay Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu.
Qadınların hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda dövlət gender siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Təsadüfi deyil ki, Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də öncül ölkələrdən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə qadınların nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadınları obrazı təqdim olunur. Onun rəhbərliyi ilə bir çox beynəlxalq layihələr həyata keçirilmiş, qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycanın müxtəlif bölgələrində qadınlar həm ailə həyatında, həm də iş dünyasında böyük nailiyyətlər əldə edir. Qadınların təhsil sahəsində əldə etdikləri uğurlar, həmçinin iş həyatında yüksələn mövqeləri, ölkənin iqtisadi və sosial inkişafına ciddi təsir göstərir. Təhsil, səhiyyə və iş həyatında gender bərabərliyini təmin etməyə yönəlmiş bir çox qanunvericilik təşəbbüsləri qadınların iqtisadiyyatda daha fəal iştirakını dəstəkləyir. Azərbaycan qadınlarının siyasi, sosial və iqtisadi həyatda daha da fəallaşması üçün dövlət səviyyəsində ciddi islahatlar həyata keçirilir.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Mart 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri