Icma.az
close
up
RU
İdman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

İdman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Məşhur Məmmədov

Milli Məclisin deputatı

2025-ci ilin sonuna yaxınlaşırıq. İlin sonu ərəfəsində ölkənin sosial, siyasi və humanitar həyatında əldə olunan nailiyyətlərə nəzər salmaq, görülən işləri dəyərləndirmək və gələcək perspektivləri müəyyənləşdirmək artıq formalaşmış bir ənənəyə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı təkcə idman sahəsinin nəticələrinin təqdimatı deyil, bütövlükdə dövlət siyasətinin fəlsəfəsini, ardıcıllığını və strateji hədəflərini əks etdirən proqram xarakterli çıxış kimi dəyərləndirilməlidir.

Dövlət başçısının qeyd etdiyi kimi, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq arenalarda 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanıblar. Bu rəqəmlər sadəcə statistika deyil. Bu göstəricilər idmanın inkişafının Azərbaycanda təsadüfi proses olmadığını, əksinə, məqsədyönlü, ardıcıl və sistemli dövlət siyasətinin məntiqi nəticəsi olduğunu açıq şəkildə sübut edir. Əvvəlki illərlə müqayisədə medalların sayının artması, idmançılarımızın daha nüfuzlu yarışlarda qalib mövqedə çıxış etməsi ölkədə formalaşdırılmış sağlam idman mühitinin bariz göstəricisidir.

İdman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə idmanın inkişafı artıq uzun illərdir ki, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sahədə bir sıra dövlət proqramları uğurla icra olunub, idman infrastrukturu faktiki olaraq sıfırdan qurulub. Bu gün təkcə paytaxt Bakıda deyil, regionlarda da müasir idman obyektləri fəaliyyət göstərir. Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bu komplekslərin bölgələrdəki sayı 46-ya çatıb. Bu isə regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, idmanın kütləviliyinin təmin olunmasına mühüm töhfə verir.

Ölkə rəhbərinin çıxışında xüsusi yer tutan məsələlərdən biri sağlam gənc nəslin formalaşdırılmasıdır. Prezident haqlı olaraq qeyd edir ki, sağlam gənclik olmadan nə idman uğurlarını, nə də dayanıqlı inkişafı təmin etmək mümkündür. Uşaqlıqdan idmana marağın formalaşdırılması, məktəblərdə və gənclər arasında idmanın təşviqi gələcək böyük qələbələrin təməlini qoyur. Bu siyasət eyni zamanda əhalinin ümumi sağlamlıq səviyyəsinin yüksəldilməsinə, sağlam həyat tərzinin təşviqinə xidmət edir.

İdman təkcə fiziki güc və yarış meydanı deyil, həm də mənəvi tərbiyə vasitəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, gənclərin sağlam ruhda, vətənpərvərlik ideyaları əsasında yetişdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. İdman bu prosesdə mühüm rol oynayır. Fiziki hazırlıqla mənəvi dəyərlər vəhdət təşkil etdikdə cəmiyyətin davamlı və sağlam inkişafı təmin olunur. Son illərdə xalqımızın nümayiş etdirdiyi yüksək həmrəylik və güclü vətənpərvərlik ruhu bu siyasətin nə qədər düzgün qurulduğunu bir daha təsdiqləyir.

Azərbaycan idmançılarının beynəlxalq arenalarda üçrəngli Dövlət Bayrağımızı ucaltdıqları anlar hər bir vətəndaş üçün sonsuz qürur mənbəyidir. Son beş ildə Azərbaycanın qalib ölkə kimi tanınması, xüsusilə Vətən müharibəsində əldə olunan tarixi Qələbə idmançılarımızın məsuliyyətini daha da artırıb. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara çıxır, bu amil isə onların çıxışlarına əlavə ruh və güc verir.

2025-ci ilin əsas idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının Azərbaycanda keçirilməsi oldu. Bu mötəbər yarışların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkili ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini, regionlarda yaradılmış müasir infrastrukturun səviyyəsini nümayiş etdirdi. Minlərlə xarici qonağın iştirak etdiyi bu tədbir Azərbaycanın qonaqpərvərliyini, bölgələrinin gözəlliyini və potensialını dünyaya tanıtdı. Komanda hesabında ikinci yerə layiq görülməyimiz idmançılarımızın peşəkarlıq səviyyəsinin və hazırlığının göstəricisi oldu.

Bakıda ilk dəfə UFC turnirinin keçirilməsi Azərbaycanın artıq ən nüfuzlu və populyar idman platformalarında da möhkəm yer tutduğunu göstərdi. Dünya mediasının diqqət mərkəzində olan bu yarış ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Formula 1 yarışlarının illərdir uğurla təşkili Azərbaycanın qlobal idman xəritəsində mövqeyini daha da gücləndirib. İlk Formula 1 yarışından sonra turist sayının 20 faiz artması idmanın iqtisadi və turizm baxımından da strateji əhəmiyyətini aydın şəkildə ortaya qoyur.

Dövlət başçısının diqqət çəkdiyi mühüm məqamlardan biri də Qusarda, Şahdağ Xizək Kurortunda ilk dəfə Xizək üzrə Dünya Kubokunun keçirilməsi perspektividir. Bu hadisə Azərbaycanın artıq qış idmanı sahəsində də beynəlxalq idman təqviminə daxil olduğunu göstərir. Şahdağda yaradılmış müasir infrastruktur, yeni traslar, hotellər və özəl sektorun artan marağı regionda minlərlə yeni iş yerinin açılmasına şərait yaradıb. Bu inkişaf təkcə idman sahəsi üçün deyil, ümumilikdə regional rifah və sosial inkişaf baxımından da strateji əhəmiyyət daşıyır.

Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanda idman sahəsində görülən işlərə verilən yüksək beynəlxalq qiymətin təzahürüdür. Bu status ölkəmiz üçün böyük qürur olmaqla yanaşı, eyni zamanda ciddi məsuliyyətdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu ada layiq olmaq üçün indiyədək aparılan siyasət bundan sonra da eyni ardıcıllıqla davam etdiriləcək.

Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş çıxışı bir daha sübut etdi ki, idman Azərbaycanda sadəcə medal və yarış anlayışı ilə məhdudlaşmır. İdman dövlətin gücünün, xalqın birliyinin, gəncliyin sağlam gələcəyinin və ölkənin beynəlxalq nüfuzunun mühüm dayağıdır. Bu sahədə əldə olunan uğurlar göstərir ki, seçilmiş yol doğrudur və bu yol Azərbaycanı həm idman meydanlarında, həm də qlobal miqyasda daha böyük zirvələrə aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Dekabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri