Icma.az
close
up
RU
“Gender problemləri və ondan çıxış yolları” mövzusunda dəyirmi masa keçirilib

“Gender problemləri və ondan çıxış yolları” mövzusunda dəyirmi masa keçirilib

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəni uğurla davam etdirir. 24.06.2026- cı il tarixində Xocavənd rayonunda Xocavənd İH-nin konfrans zalında “Gender problemləri və ondan çıxış yolları” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Xocavənd rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Şirinov açdı. O tədbir iştirakçılarını salamladı, qonaqları təqdim etdi və layihənin mövzusuna uyğun olaraq fikirlərini bölüşüb.  

Dəyirmi masada layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verib. Bildirib ki, “layihənin əsas məqsədi, bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və həll yollarını tapmaqdır.

Azərbaycanda bu sahədə böyük işlər görülməsinə baxmayaraq, bölgələrdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı bir sıra struktur və ənənəvi problemlər hələ də aktual olaraq qalmaqdadır. Gender bərabərliyinin tam təmin olunması və ənənəvi ailə dəyərlərinin müasir çağırışlarla uyğunlaşdırılması istiqamətində təhsil və maarifləndirmə tədbirləri davam etdirilməlidir”.

Tədbirdə Gender bərabərliyi ilə bağlı video çarx nümayiş etdirildi və fikirlər bildirildi.

​Layihənin eksperti, S.Məmmədova “Azərbaycan Dövlət Ailə Siyasəti və Gender Problemləri, Ailə Məcəlləsində dəyişikliklər barədə ətraflı məlumat verib.

Bildirib ki, “Ailə dəyərləri və gender bərabərliyi qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır. Bu iki anlayış bir-birini tamamlayaraq ailə institutunu gücləndirir. Cütlüklərin ev işlərini və qərarları bərabər bölüşməsi, övladların tərbiyəsində hər iki valideynin bərabər iştirakı möhkəm və sağlam ailə mühitinin əsasını təşkil edir”.

​Mövzu ətrafında müzakirələr olub. M.İbrahimova, T.Zalova, T.Mirzəyev layihənin mövzusunun aktual olduğunu və bölgələrdə gender problemlərinin təhlilinin, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunmasında böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. İştirakçıların sualları cavablandırılıb.

Sonra qiymətləndirmə aparılıb. Tədbir iştirakçıları layihənin mövzusunun çox aktual olduğunu və razıqaldıqlarını bildiriblər.  

Tədbirdə layihə rəhbəri tədbirin uğurlu alımasında dəstəklərinə görə Xocavənd RİH-nin Başçısı E. Hüseynova, Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyevaya və iştirakçılara təşəkkür edib. 

​İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür ediblər.

Tədbirdə 22 nəfər iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyun 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri