Icma.az
close
up
RU
“Gender problemləri” mövzusunda dəyirmi masa keçirilib

“Gender problemləri” mövzusunda dəyirmi masa keçirilib

Azpost saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Ağdam rayonunda “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəyənin icrasına başlayıb. 12.06.2026-cı il tarixində Ağdam rayonu Quzanlı Qəsəbəsində layihə çərçivəsində “Gender problemləri” mövzusunda dəyirmi masa keçirilib.

Layihə rəhbəri Şərqiyə Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verib.

Bildirib ki, “Azərbaycanda, xüsusilə bölgələrdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı bir sıra struktur və ənənəvi problemlər hələ də aktual olaraq qalmaqdadır. Bu problemlər ictimai və özəl həyatın müxtəlif sahələrinə təsir göstərir. Layihənin əsas məqsədi,  bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və həll yollarını tapmaqdır. Layihə çərçivəsində  bölgələrdə sorğular aparılacaq və dəyirmi masalarda müzakirələr aparılacaqdır”.

Layihənin eksperti, Səadət Məmmədova gender problemləri haqqında ətraflı danışdı və bölgələrdə gender problemlərinin təhlilinin, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunması və sosial ədalətin bərqərar olması üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib. Sonra müzakirələr olub. Suallar cavablandırılıb.

Tədbirdə Ağdam Qadın Klubunun rəhbəri Rəna Teymurova, uzun illər Ağdam UADM-ın rəhbəri olmuş Yaqut Qəhrəmanova, “Qarabağa, Kolanıya Qayıdış” İctimai Birliyinin sədri Nəsimə Vəliməmmədova, Sosial iş üzrə mütəxəssis Günel Abbasova, Gülnarə Umudova, Ağdam Dövlət Musiqi Kollecinin pedaqoqu Xəyalə İxtiyarova, İcma lideri Elza Abdullayeva, Gültəkin Məmmədova müzakirələrdə fəal iştirak etdilər və mövzu ilə bağlı fikirlərini bildiriblər. Onlar layihənin mövzusunun çox aktual olduğunu vurğulayıblar.

İştirakçılardan Yaqut Qəhrəmanova , Nəsimə Vəliməmmədova ,Günel Abbasova, Elza Abdullayeva, Rəna Teymurova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür ediblər. Yekunda qiymətləndirmə aparılıb. Tədbirdə 20 nəfər iştirak edib.

Qeyd: Layihə Ağdam,Tərtər, Bərdə,Ağcabədi  və Xocavənd rayonlarında 3 ay müddətində həyata keçiriləcək.

Fotolar

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azpost.info
archiveBu xəbər 16 İyun 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri