Icma.az
close
up
RU
General mayor Yücel Karauz: Türkiyə Azərbaycan münasibətlərini pozmaq cəhdləri bağışlanmazdır

General mayor Yücel Karauz: Türkiyə Azərbaycan münasibətlərini pozmaq cəhdləri bağışlanmazdır

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Eyni tarixi kökdən gəldiyimiz stratejik müttəfiqimiz olan Azərbaycan Türkiyə ilə bir-birindən ayrılmayan ətlə dırnaq kimidir. Dolayısı ilə Türkiyə və Azərbaycan münasibətlərini bilərəkdən və ya bilmədən, yaxud başqalarının maşası olaraq pozmağa çalışan şəxslər, qruplar, sosial medya qrupları, qəzet və televiziyalar bu dostluğa, strateji müttəfiqliyə zərər verə bilməzlər. Çünki biz Balkan müharibəsində, Çanakkaledə çiyin-çiyinə idik. Qafqaz İslam Ordusu və Azərbaycanın Vətən uğrunda şəhid olan əsgərləri bir yerdə uyuyurlar. 44 günlük Vətən müharibəsində mənəvi olaraq bərabər idik, yanğında, zəlzələdə bir yerdəyik. Mənəvi və tarixi dəyərlərimizlə birlikdə, cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin münasibətləri ən yüksək səviyyəyə çıxardıqları Şuşa Bəyannaməsi ruhu ilə hərəkət edildiyi bir vaxtda heç kimin bunu pozmasına, buna fitnə qarışdırmasına və başqa ölkələrin beşinci kolonu olaraq zərbə vurmasına imkan verə bilmərik"

Bu sözləri Oxu.Az-a son vaxtlar Azərbaycana qarşı başladılan dezinformasiya, qarayaxma kampaniyası ilə bağlı danışan Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

General-mayor sözügedən kampaniyanı başladan güclərin məqsədlərindən bəhs edərək bildirib ki, Türkiyə ilə Azərbaycanın bəzi məsələlərdə fərqli siyasət yürütmələri tamamilə təbiidir:

"Bunları edənlər Rusiya və İranda bəzi çevrələrə və fərqli imperialist qüvvələrə xidmət edənlərdir. Ələlxüsus da sosial mediada yayılan iftiralar və bunlara nəzarət edilməməsi belə təsir agentlərinin zaman-zaman ön plana çıxmasına və gündəm formalaşdırmasına şərait yaradır. Təbii ki, bu kimi halların qarşısını almaq vəzifəsi Türkiyə və Azərbaycandakı səlahiyyətli şəxslərin öhdəsinə düşür. Çünki hadisə baş verəndən sonra tədbir görmək bəzən böyük çətinliklər yaradır. Bu problemlər həm də daha çox hər bir ölkənin suveren hüququ kimi öz milli maraqlarına uyğun hərəkət etmək hüququ və mühakimələrindən, xüsusən də Yaxın Şərqdə baş verən son proseslərdə başqa ölkələrin və dövlətlərin siyasətlərində yalnız öz düşüncələrini və ya perspektivlərini görmək istəyindən irəli gəlir.

Türkiyə və Azərbaycan müstəqil ölkələrdir. Şəksiz ki, müttəfiq ölkələrik, qardaşıq, qlobal, regional və ikitərəfli münasibətlərimizin 90 faizinə dair eyni mövqedən çıxış edirik, lakin bəzi məsələlərdə fərqli düşünmək və hərəkət etmək hüququna malikik. Yəni öz baxışlarını yeritməyə çalışan, başqaları üçün beşinci kolon rolunu oynayan, sosial medianın sərhədsiz boşluğunda fikir bildirmək imkanı əldə edənlərin bu münasibətləri pozmağa, başqa ölkələrin maraqlarına xidmət etməyə cəhd etməsi qəbuledilməz, bağışlanmaz və dözülməz haldır. Ermənistanın, İranın, Rusiyanın Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qüvvələrinin maraqlarına xidmət etmək heç kimə fayda verməz".

Yücel Karauz bu cür fəaliyyətlə məşğul olanların öz mənfur məqsədlərinə çata bilməyəcəklərini vurğulayaraq deyib:

"Bu baxımdan belə halların qarşısının alınması, ictimaiyyətin yetərincə məlumatlandırılması, insanların bilərəkdən və ya bilməyərəkdən yanlış yola düşməmələri üçün təmkinli davranmaq, bir növ zərgər dəqiqliyi ilə hərəkət etmək lazımdır. Bunlar keçici hallar, boş fəaliyyətlərdir. Yuxarıda vurğuladığım kimi, Türkiyə-Azərbaycan qardaşlığı əzəldən əbədiyyətə qədər sarsılmaz qalacaqdır. Bu cür nifaq toxumu səpmək cəhdləri, məqsədli fəaliyyətlər nə ölkələrimizin liderləri arasında münasibətləri, nə dövlətlərarası münasibətləri, nə də xalqlarımız arasındakı qardaşlıq, müttəfiqlik münasibətlərini poza bilər"

Söhrab İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Oktyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri