Icma.az
close
up
RU
General Ramiz Zeynalovun yaxınları milyonluq mülklərini niyə satırlar?

General Ramiz Zeynalovun yaxınları milyonluq mülklərini niyə satırlar?

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalov Dubayda ümumi dəyəri 620 min manat olan iki mənzilini yerli əmlak satışı platformasında satışa çıxarıb. Dubayın əmlak portalı https://www.propertyfinder.ae saytında yerləşdirilmiş elana görə mənzillərdən biri Əzizi Riverada yerləşir və dəyəri 700.000 dirhəm, yəni təxminən 324 min manatdır. İkinci mənzil isə Xalianın (Dubay) 18-ci rayonunda yerləşir, qiyməti 640 min BƏƏ dirhəmi, yəni 296 min manatdır..
Newscenter.az xəbər verir ki, bunları araşdırmaçı jurnalist Cavanşi Həsənli bildirib. O qeyd edib ki, mənzillər Aqil Zeynalovun Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş ZEYNALOVS REAL ESTATE L.L.C (Zeynalovlar Daşınmaz Əmlak MMC) şirkəti tərəfindən satışa təqdim edilib. Daşınmaz əmlak bazarında 5 ildən bəridir ki, fəaliyyət göstərən şirkətin özünün internet səhifəsində (https://www.zeynalovsrealestate.com/) isə daha bir neçə mənzil satış və ya kirayə məqsədilə təklif olunur.
Daşınmaz əmlak şirkətinin ofisi Dubayın Bay meydanındakı Bay Business binasında yerləşir.

Aqil Zeynalovun adı Azərbaycanda “YükTaksisi.Az” və “Evakuator.Az” şirkətinin rəhbəri, “Evakuasiya.az” MMC-nin qanuni təmsilçisi olaraq da çəkilir.
Generalın qardaşı oğlunun 2 il əvvəl İngiltərədə ortaqlıq əsasında qeydiyyatdan keçirdiyi VERSATILE BUSINESS VENTURES LTD isə bu ilin yanvarında fəaliyyətini dayandırıb. Şirkət proqram təminatı və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib. Onun şəriki Cəfər Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının sabiq rəis müavini Xosrov Nəcəfovun oğludur. Cəfər Nəcəfov 50-dən çox mobil oyun və tətbiqin müəllifidir. Zeynalovla Nəcəfovun daha bir ortaqlığı NEXTOOL layihəsinə bağlı şirkətdə təmin olunub. Nextool layihəsi hazırda 10 mindən çox süni intellekt (AI) alətini təqdim edən kataloqa malikdir. Ortaqlar hazırda NEXTOOL süni intellekt alətləri platformasını genişləndirmək üçün 1 milyon dollar vəsait toplayır. Cəfər Nəcəfov 2010-cu ildə ABŞ-da, San Fransiskoda onlayn ticarət platforması kimi JOOPZY LLC-ni təsis edib, 2017-ci ildə onu Gürcüstanda da qeydiyyatdan keçirib.

Azərbaycanda evakuator, Dubayda əmlak, İngiltərədə süni intellekt biznesi ilə məşğul olan Aqil Zeynalov Polşa paytaxtında yükdaşıma xidməti ilə də məşğuldur. 166 CARGO AND LOGİSTİCS Sp. Z O.O. 2023-cü il mayın 11-də qeydiyyatdan keçib və aktiv statusa malikdir. Fəaliyyət sferasına yükdaşıma ilə yanaşı anbar, lizinq və icarə xidmətləri də daxildir. 2023-cü il maliyyə hesabatında göstərilir ki, şirkətin balansında olan nəqliyyat vasitələrinin dəyəri 457.915,71 zloti (124 min dollar) təşkil edir.
İndi isə Avropadan Asiyaya keçid edək. Zeynalovun investor kimi çıxış etdiyi ölkələrdən biri də Özbəkistandır. 2024-cü ildə Zeynalov Daşkənddə 100 milyonluq nizamnamə kapitalı ilə "AZ PAK" MAS'ULIYATI CHEKLANGAN JAMIYAT-ini (AZ-PAK MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ) qeydiyyatdan keçirib. Təbii ki, Özbəkistan somu valyutası ilə. Bu cəmi 8239 dollar təşkil edir. Şirkətin rəsmi təsisçisi 100 faiz payla Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalov, direktoru isə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının keçmiş komandir müavini polkovnik XOSROV ADİL OĞLU NƏCƏFOVdur. Xosrov Nəcəfov xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.

Anar Əliyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:313
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Oktyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri