Icma.az
close
up
RU
General Ramiz Zeynalovun qardaşı oğlunun Dubaydakı mülkləri üzə çıxıb SƏNƏDLƏR FOTO

General Ramiz Zeynalovun qardaşı oğlunun Dubaydakı mülkləri üzə çıxıb SƏNƏDLƏR FOTO

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəisi, general-polkovnik Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalov Dubayda ümumi dəyəri 620 min manat olan iki mənzilini yeli əmlak satışı platformasında  satışa çıxarıb.

Hurriyyet.az xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli yazıb.

Dubayın əmlak portalında yerləşdirilmiş elana görə mənzillərdən biri "Əzizi Rivera”da yerləşir və dəyəri 700 min BƏƏ dirhəmidir (təxminən 324 min manat). İkinci mənzil isə Xalianın (Dubay) 18-ci rayonunda yerləşir, qiyməti 640 min BƏƏ dirhəmi (296 min manatd).

O qeyd edib ki, mənzillər Aqil Zeynalovun Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş "ZEYNALOVS REAL ESTATE L.L.C” (Zeynalovlar Daşınmaz Əmlak MMC) şirkəti tərəfindən satışa təqdim edilib. Daşınmaz əmlak bazarında 5 ildən bəridir ki, fəaliyyət göstərən şirkətin özünün internet səhifəsində isə daha bir neçə mənzil satış və ya kirayə məqsədilə təklif olunur.

 

Daşınmaz əmlak şirkətinin ofisi Dubayın Bay meydanındakı Bay Business binasında yerləşir.

Qeyd edək ki, Aqil Zeynalovun adı Azərbaycanda "YükTaksisi.Az” və "Evakuator.Az” şirkətinin rəhbəri, "Evakuasiya.az” MMC-nin qanuni təmsilçisi olaraq da çəkilir.

"Generalın qardaşı oğlunun 2 il əvvəl İngiltərədə ortaqlıq əsasında qeydiyyatdan keçirdiyi "VERSATILE BUSINESS VENTURES LTD” isə bu ilin yanvarında fəaliyyətini dayandırıb. Şirkət proqram təminatı və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib. Cavanşir Həsənli bildirir ki, onun şəriki Cəfər Nəcəfov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının sabiq rəis müavini Xosrov Nəcəfovun oğludur. Cəfər Nəcəfov 50-dən çox mobil oyun və tətbiqin müəllifidir. Zeynalovla Nəcəfovun daha bir ortaqlığı "NEXTOOL” layihəsinə bağlı şirkətdə təmin olunub. Nextool layihəsi hazırda 10 mindən çox süni intellekt (AI) alətini təqdim edən kataloqa malikdir. Ortaqlar hazırda "NEXTOOL” süni intellekt alətləri platformasını genişləndirmək üçün 1 milyon dollar vəsait toplayır. Cəfər Nəcəfov 2010-cu ildə ABŞ-da, San Fransiskoda onlayn ticarət platforması kimi "JOOPZY LLC”ni təsis edib, 2017-ci ildə onu Gürcüstanda da qeydiyyatdan keçirib.

Azərbaycanda evakuator, Dubayda əmlak, İngiltərədə süni intellekt biznesi ilə məşğul olan Aqil Zeynalov Polşa paytaxtında yükdaşıma xidməti ilə də məşğuldur. "166 CARGO AND LOGİSTİCS Sp. Z O.O.” 2023-cü il mayın 11-də qeydiyyatdan keçib və aktiv statusa malikdir. Fəaliyyət sferasına yükdaşıma ilə yanaşı anbar, lizinq və icarə xidmətləri də daxildir. 2023-cü il maliyyə hesabatında göstərilir ki, şirkətin balansında olan nəqliyyat vasitələrinin dəyəri 457.915,71 zloti (124 min dollar) təşkil edir”, – Cavanşir Həsənli yazır.

Jurnalist qeyd edib ki, Zeynalovun investor kimi çıxış etdiyi ölkələrdən biri də Özbəkistandır. 2024-cü ildə Zeynalov Daşkənddə 100 milyonluq nizamnamə kapitalı ilə "AZ PAK” MAS’ULIYATI CHEKLANGAN JAMIYAT-ini (AZ-PAK MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ) qeydiyyatdan keçirib. Təbii ki, Özbəkistan somu valyutası ilə. Bu cəmi 8239 dollar təşkil edir. Şirkətin rəsmi təsisçisi 100 faiz payla Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalov, direktoru isə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının keçmiş komandir müavini polkovnik XOSROV ADİL OĞLU NƏCƏFOVdur. Xosrov Nəcəfov xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.

7news.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri