Icma.az
close
up
RU
Generaldan yadigar son foto: İyirmi üç gün sonra şəhid oldu...

Generaldan yadigar son foto: İyirmi üç gün sonra şəhid oldu...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq tarixinin mühüm səhifələrindən biridir. 2020-ci ilin iyulunda Ermənistan silahlı birləşmələrinin dövlət sərhədində törətdiyi təxribatların qarşısı qətiyyətlə alındı. Həmin döyüşlər bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən hərbi çağırışa operativ, habelə adekvat cavab vermək iqtidarındadır.

Tovuz döyüşləri həm də Böyük Qələbəyə aparan yolun mühüm həlqəsi, qığılcımı oldu. 

Modern.az saytı Vətən uğrunda canından keçən, bizə miras qalan qəhrəmanlarımızın əziz xatirəsini anmaq üçün "Şəhiddən qalan son foto" rubrikasına başlayır. 

Rubrikamızın ilk təqdimatını da elə məhz Tovuz döyüşlərində şəhid olmuş əfsanəvi general Polad Həşimova həsr edirik.

21.06.2020-ci il, Şəmkir

Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovanın sözlərinə görə, bu foto Polad Həşimovun övladları ilə çəkilmiş son şəklidir:

“Dedi ki, böyük bir göl var, onun kənarında çox gözəl bir yer tanıyıram. Yeməkləri də, havası da əladır. Gedək, bir az hava alaq.

Yol boyu çəmənlikləri, yaşıl-boz təpələri göstərir, maraqlı söhbətlər edirdi. Barmağını böyük bir buluda uzadıb “Baxın, nə maraqlı görünür”, - dedi. Yemək süfrəsi arxasında isə durmadan uşaqların gələcəyindən danışırdı. Çox vaxt "Aybəniz xanım" deyə çağırdığı bircəcik qızımızın bir ildən sonra verəcəyi qəbul imtahanından, həkim olacağından söz açırdı. Övladlarına dünyanın bütün sərvətlərindən daha qiymətli olan ata nəsihətləri verirdi.

Bir ara gölün kənarına çəkilib uzun-uzadı uzaqlara baxdı. Dərin düşüncələrə daldı…

Sən demə, o bulud da, uzaqlara dikilən gözlər də Poladın artıq yeni və bizsiz bir yola girdiyinin xəbərçisi imiş.

İyirmi üç gün sonra şəhid oldu”.
General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.

P.Həşimov 2003-cü ildə mayor rütbəsində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü ildə III dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi şücaətə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

Polad Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bundan əlavə, generalın adı qardaş Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2026 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri