Icma.az
close
up
RU
Yeni şizofreniya halları son iyirmi ildə üç dəfə artıb TƏDQİQAT

Yeni şizofreniya halları son iyirmi ildə üç dəfə artıb TƏDQİQAT

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 fevral, AZƏRTAC

Yeni tədqiqatın nəticələrinə əsasən, marixuana istifadəsi ilə əlaqəli yeni şizofreniya hallarının nisbəti son iyirmi il ərzində təxminən üç dəfə artıb. Xüsusilə, Kanadanın Ontario əyaləti üzrə 2006-2022-ci illər arasında aparılan araşdırma bu tendensiyanı təsdiqləyib. Mütəxəssislər hesab edirlər ki, marixuananın tibbi və qeyri-tibbi məqsədlə qanuniləşdirilməsi bu artımda mühüm rol oynayıb.

AZƏRTAC “euronews.com” nəşrinə istinadla xəbər verir ki, araşdırma çərçivəsində Ontario əyalətində 14-65 yaş arası 13,5 milyondan çox şəxsin tibbi məlumatları təhlil edilib. Tədqiqatçılar müəyyənləşdiriblər ki, şizofreniya diaqnozu qoyulan şəxslərin artan nisbəti marixuana istifadəsi pozğunluğu üçün daha əvvəl müalicə alıb. Xüsusilə, bundan istifadə ilə əlaqəli yeni şizofreniya hallarının nisbəti 2018-ci ildə Kanadada qeyri-tibbi istifadənin qanuniləşdirilməsindən sonra 3,7 faizdən 10,3 faizə yüksəlib.

Ottava Universitetinin ailə təbabəti üzrə mütəxəssisi Daniel Miranın sözlərinə görə, araşdırma marixuana istifadəsinin hamı üçün təhlükəsiz olmadığını və xüsusilə, gənclərdə psixoz və şizofreniya riskini artırdığını göstərir. Əldə edilən nəticələr göstərir ki, 19-24 yaş arası kişilərdə yeni şizofreniya hallarının təxminən 19 faizi marixuana istifadəsi pozğunluğu ilə əlaqəlidir.

Tədqiqat nəticələri əvvəlki araşdırmaların nəticələri ilə də uyğunluq təşkil edir. 2021-ci ildə Danimarkada aparılan genişmiqyaslı araşdırma marixuana istifadəsi pozğunluğu ilə əlaqəli şizofreniya hallarının nisbətinin 3-4 dəfə artdığını göstərib. Bundan əlavə, 2019-cu ildə Avropanın 11 regionunda aparılan tədqiqat psixozun inkişafının gündəlik narkotik istifadəsi ilə əlaqəli olduğunu ortaya qoyub.

Tədqiqatın nəticələrini dəyərləndirən London Kral Kollecinin narkotiklər, genlər və psixoz üzrə professoru Marta di Forti, Kanada araşdırmasının geniş nümunə ölçüsü və uzunmüddətli təhlili baxımından mühüm dəlil təqdim etdiyini diqqətə çatdırıb. Forti bildirir ki, ağır marixuana istifadəsi ilə əlaqəli psixoz hallarında əsasən paranoya, qorxu və ətraf mühitin düşmən kimi qavranılması müşahidə olunur.

Mütəxəssislər bildirirlər ki, marixuananın qanuniləşdirilməsi ilə yanaşı, narkotik istifadəsi ilə əlaqəli psixoz və asılılıq halları üçün adekvat tibbi və psixi sağlamlıq xidmətlərinin təmin edilməsi vacibdir. Harvard Tibb Məktəbinin psixiatriya üzrə dosenti Jodi Gilman tədqiqatın narkotik istifadəsi ilə artan psixoz riski arasındakı əlaqəyə dair sübutları gücləndirdiyini vurğulayıb. Tədqiqatçılar, həmçinin bildirirlər ki, bu məsələ yalnız fərdlər üçün deyil, həm də ailələr, cəmiyyət və ümumilikdə psixi sağlamlıq xidmətləri üçün ciddi maliyyə və sosial yük yaradır. Nəticə olaraq bu tədqiqat marixuana istifadəsinin, xüsusilə, gənclərdə şizofreniya və psixoz riskini artırdığına dair sübutları möhkəmləndirir və bu sahədə daha geniş tədqiqatların aparılmasının vacibliyini vurğulayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri