Generalın idarəsində yoxlama: cəzalandırılanlar var
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində yoxlama aparıb.
Turkustan.az Unikal-a istinadən xəbər verir ki, yoxlama zamanı gömrük orqanına bəyan edilmiş nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı mühərriklərin həcminin düzgün hesablanmadığı müəyyənləşib.
Nəticədə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov ekspert-auditoru Babək İsa oğlu Nəsibovu vəzifəsindən azad edib.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin baş inspektorları, gömrük xidməti polkovnik-leytenantı Mehdi Qadir oğlu Rüstəmova, gömrük xidməti mayoru Qasımbala Məmmədəğa oğlu Tağıyevə, böyük inspektor, gömrük xidməti baş leytenantı Cavid Hikmət oğlu İbrahimliyə və inspektor, gömrük xidməti mayoru Füzuli Səroj oğlu İbrahimova xəbərdarlıq edilib.
“Azərterminalkompleks” Birliyi tərəfindən həmin Birliyin Ərazi şöbələrinin fəaliyyətinin əlaqələndirilməsi idarəsinin Bakı şöbəsinin ekspert-auditoru Rəfail Təvəkkül oğlu Ələkbərov intizam məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 25 Sentyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















