Icma.az
close
up
RU
Geoffrey Hinton: “Süni intellektin bəşəriyyəti məhv etmə ehtimalı 20 faizə yüksəlib” KONKRET

Geoffrey Hinton: “Süni intellektin bəşəriyyəti məhv etmə ehtimalı 20 faizə yüksəlib” KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Süni intellektin atası” kimi tanınan professor Geoffrey Hinton süni intellektin bəşəriyyətin sonunu gətirməsi ehtimalı ilə bağlı proqnozlarını yeniləyib.

KONKRET.az xəbər verir ki, “BBC Radio 4”ün Today proqramında danışan Hinton vurğulayıb ki, daha əvvəl bu ehtimalı yüzdə 10 olaraq görüb. Lakin bu nisbəti yüzdə 20-yə yüksəlib.

“The Guardian” yazır ki, Hinton bu dəyişikliklə bağlı belə deyib: “Çox da fərq yoxdur, 10 ilə 20 arasında”. Verilişin aparıcısı bu faizlərin getdikcə qorxulu hala gəldiyinə diqqət çəkib.

Hinton bəşəriyyətin süni intellektə qarşı vəziyyətini bir bənzətmə ilə izah edib. O, bəşəriyyəti və süni intellekti “üç yaşlı uşaq” və böyük insanla müqayisə edərək, gələcəkdə insanların da uşaqlar kimi süni intellektə qarşı müdafiəsiz qalacağını bildirib.

Geoffrey Hinton uzun müddətdir ki, nəzarətsiz süni intellektin inkişafını tənqid edir. O, bu ilin əvvəlində Google-dakı vəzifəsindən istefa verərək narahatlığını daha açıq şəkildə dilə gətirib.

Hinton süni intellektin insanlardan daha ağıllı olmasının mümkün olduğunu və bu ehtimalın əvvəlcə çox az adam tərəfindən ciddi qəbul edildiyini vurğulayıb. Bununla belə, o, bu keçidin gözləniləndən daha tez baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Geoffrey Hintonun süni intellektlə bağlı xəbərdarlıqları texnologiya liderləri və qanunvericilər üçün həyəcan təbili çalır. Hinton süni intellektin sürətlə inkişaf etdiyini, bəşəriyyətin gələcəyini qorumaq üçün daha sərt nəzarət mexanizmləri və etik qaydaların ən qısa zamanda işə salınması lazım olduğunu deyib.
Son illərdə Çinin süni intellekt sahəsindəki irəliləyişləri də diqqəti cəlb edir. Xüsusilə böyük dil modelləri (LLM) və açıq mənbə layihələri ilə ABŞ-a rəqib olan Çin süni intellekt texnologiyasındakı bu yüksəlişi üstünlük olaraq görür.
Geoffrey Hintonun xəbərdarlıqları süni intellektin təhlükələri haqqında daha geniş məlumatlılığın artırılmasının vacibliyini vurğulayır. Bu sahədə görüləcək tədbirlər bəşəriyyət üçün kritik dönüş nöqtəsi ola bilər.
Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Dekabr 2024 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri