Icma.az
close
up
RU
Süni intellektin gizli fəsadları KONKRET

Süni intellektin gizli fəsadları KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsanların süni intellektlə dərdləşməsi getdikcə adi hala çevrilir. Bu texnoloji vasitə bəzən insan üçün ana, bacı, dost, yoldaş, hətta ən yaxın sirdaş rolunu oynayır. Lakin bu meyl sadəcə yeniliyə maraqla izah oluna bilməz.

Burada əsas sual yaranır: insanlar həqiqətən psixoloji və emosional boşluq yaşadıqları üçünmü süni intellektə üz tuturlar, yoxsa zamanla bir-birinə qarşı sevgi, inam və empatiya zəiflədiyi üçün insan münasibətləri dəyərini itirir?

KONKRET.az xəbər verir ki, psixoloq Vüsalə Rüstəm məsələni “Yeni Sabah”a belə şərh edib:

“Müasir texnoloji əsrin şübhəsiz ki, müsbət tərəfləri var. Texnologiya insan əməyini yüngülləşdirir, sürətli istehsal sahələri iqtisadi yüksəlişə təkan verir və bir çox sahədə həyatı asanlaşdırır. İnsanlar bu gün süni intellektlə dərdləşir, suallarına cavab tapır, müəyyən mənada rahatlıq əldə edirlər. Burada müsbət cəhətlər mövcuddur. Lakin əsas sual budur: emosional boşluq necə doldurulur? Biz ağlayanda süni intellekt göz yaşımızı silə bilərmi? Bizimlə sevincimizi paylaşa, ürək döyüntülərimizi hiss edə bilərmi? Təbii ki, yox. Bu prosesdə insan beyninin rasional ehtiyacları müəyyən qədər ödənir, emosional ehtiyacları isə cavabsız qalır. Nəticədə insanda əsəbilik, daxili gərginlik və aqressivlik yaranır”.

Psixoloq bildirib ki, insanların məhz insanla deyil, süni intellektlə dərdləşməsinin özü də cəmiyyətdə etimadın azalması, münasibətlərin zəifləməsi, sirr saxlaya bilməmək və insani duyğuların itməsi ilə bağlıdır:

“Texnoloji yüksəliş sanki insan duyğularını məzara basdırır. Tənhalaşan insanlar mənəvi gücü və dayaq nöqtəsini süni intellektdə axtarmağa başlayırlar. Bu məsələ artıq qlobal xarakter alıb. Hətta İngiltərə kralı III Çarlz vətəndaşlarına müraciət edərək telefonları bir kənara qoyub ətrafdakı insanlarla daha çox ünsiyyətdə olmağı tövsiyə edib. O, bunun ciddi problem olduğunu və gələcəkdə yaradacağı fəsadları yaxşı anlayır.

İnsan həm intellekti, həm də hissləri olan bir varlıqdır. Təsəvvür edin ki, ətrafımızda hər kəsin hissləri ölüb – o zaman nə baş verər? Əslində bu proses artıq baş verir. Kimsənin kimsəyə nə mərhəməti qalır, nə də güzəştə getmək istəyi. Ailə dəyərləri zəifləyir, cinayətkarlıq artır. İnsan intellektini cilalayan onun hissələridir. Hiss yoxdursa, insan da yoxdur. Onun yerində sadəcə tələbatları olan, amma duyğusuz bir “robot” qalır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri