Icma.az
close
up
RU
Geosiyasi çağırışlara uğurlu cavab

Geosiyasi çağırışlara uğurlu cavab

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan özünü etibarlı tərəfdaş, prinsipial siyasət yürüdən dövlət kimi təsdiq edib. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və çoxşaxəli xarici siyasət Azərbaycanın dünya miqyasında nüfuzunun yüksəlməsində həlledici rol oynayır.

2025-ci il aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin nüfuzlu CGTN telekanalına geniş müsahibə verib. Dövlət başçısının müsahibəsi Azərbaycan-Çin münasibətlərinin tarixi inkişaf mərhələsindən, hazırkı səviyyəsindən və gələcək perspektivlərindən bəhs etməklə yanaşı, iki ölkə arasında strateji əməkdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirdi.

Son səfər və müsahibə göstərir ki, iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə sonuncu görüş 2024-cü ilin iyul ayında baş tutub və bu görüş ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olub. Həmin görüşdə imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldib. Aprel səfəri çərçivəsində isə iki ölkə arasında “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat” imzalanıb. Bu sənədin imzalanması, eyni zamanda müxtəlif sahələri əhatə edən 20-dən çox sənədin qəbul edilməsi, əməkdaşlığın hərtərəfli və dərin olduğunu təsdiqləyir. Milli maraqlara hörmət və qarşılıqlı dəstək də əsas diqqət çəkən məqamlardır.

Azərbaycan və Çin milli maraqlara dair məsələlərdə daim bir-birinə dəstək göstərib. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın “Vahid Çin” siyasətini dəstəklədiyini vurğuladı və Tayvanda keçirilən qeyri-qanuni seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu xatırlatdı. Bu qarşılıqlı dəstək əlaqələrin yalnız siyasi səviyyədə deyil, həm də beynəlxalq platformalarda da sıx əməkdaşlığa əsaslandığını göstərir.

Prezident İlham Əliyev Sədr Si Cinpinlə şəxsi münasibətlərindən də söz açaraq, Çin liderinin onu “Çinin yaxın dostu” adlandırmasını böyük qiymətləndirdiyini bildirdi. İki lider arasında formalaşmış dostluq münasibətləri ölkələr arasında etimadın və səmimi əməkdaşlığın əsasını təşkil edir.

İkitərəfli münasibətlərin tarixi kökləri qədimdir. Müsahibə zamanı Prezident İlham Əliyev mərhum Prezident Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin qurulmasındakı rolunu xüsusi qeyd etdi. Ulu öndər Heydər Əliyevin hələ dövlət başçısı olarkən Çinə etdiyi səfər bu əlaqələrin təməlini qoymuş və bu gün də həmin xətt uğurla davam etdirilir. Ölkə rəhbəri İlham Əliyev qeyd etdi ki, Azərbaycan xarici siyasət prioritetlərində Çinlə münasibətləri hər zaman xüsusi yerə qoyub.

Çin modeli və Azərbaycanda islahatlar barədə də bəzi nüansları qeyd etmək yerinə düşər.

Çinin modernləşməsi və iqtisadi tərəqqisi bir çox ölkələr üçün olduğu kimi Azərbaycan üçün də ilham mənbəyi olub. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın daxili sabitliyi qorumaq, iqtisadi islahatlar aparmaq və sosial rifahı artırmaq siyasəti Çinin inkişaf təcrübəsindən bəhrələnərək həyata keçirilib. Azərbaycanın bu gün malik olduğu möhkəm iqtisadi təməl və aşağı səviyyədə xarici borc, yoxsulluğun və işsizliyin azalması, yaşıl enerji strategiyası da bu müsbət təsirlərin bariz nümunəsidir.

Bərpaolunan enerji sahəsində əməkdaşlıq da xüsusi diqqət çəkir. Müsahibədə Azərbaycanın yaşıl enerji sahəsində Çinlə geniş əməkdaşlıq planlarından da bəhs olundu. Azərbaycan 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji istehsalı gücünə nail olmağı planlaşdırır. Burada Çin şirkətləri mühüm rol oynayır. Azərbaycan artıq günəş və külək enerjisi sahəsində bir sıra iri layihələr həyata keçirir və gələcəkdə enerji ixracını artırmağı hədəfləyir.

İqtisadiyyatla yanaşı humanitar və mədəniyyət sahələrində əlaqələrin genişlənməsi prioritetdir.

İki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Azərbaycanda Çin dili və mədəniyyəti ilə bağlı layihələrin icrası, həmçinin Çində təhsil alan azərbaycanlı tələbələrin sayının artırılması bu siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyev Çində Çin-Azərbaycan Universitetinin yaradılmasını da vacib perspektiv kimi qeyd etdi.

Müsahibənin ən diqqətçəkən məqamlarından biri Azərbaycan və Çin arasında viza rejiminin tamamilə aradan qaldırılması oldu. Azərbaycan bir il əvvəl birtərəfli qaydada Çin vətəndaşları üçün vizanı ləğv etmişdi. İndi isə hər iki ölkə arasında qarşılıqlı vizasız gediş-gəliş tətbiq edilir. Bu addım turizm, xalqlar arasında əlaqələr və iqtisadi əməkdaşlıq sahəsində yeni imkanlar açır. Statistikaya baxanda görünür ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. Prezident İlham Əliyev qeyd etdi ki, Çin hazırda Azərbaycanın idxal baxımından birinci, ümumi ticarət dövriyyəsi baxımından isə dördüncü tərəfdaşıdır. Azərbaycanın Çində açdığı 6 Ticarət Evi isə məhsulların Çinə ixracını təşviq edir.

Hesab edirəm ki, Prezident İlham Əliyevin CGTN-ə verdiyi müsahibədə səslənən fikirlər Azərbaycanın yeni dünya düzənində layiqli yer tutduğunu və beynəlxalq əməkdaşlıqda balanslı siyasət yürütməyə davam etdiyini göstərir. Azərbaycanın prinsipial mövqeyi — suverenlik, müstəqillik və qarşılıqlı hörmətə əsaslanan münasibətlər — ölkəmizi yeni imkanlar qarşısında daha da gücləndirir.

Nəticə etibarilə, dövlətimizin başçısının bu müsahibəsi, Azərbaycanın xarici siyasətinin düzgün, uzaqgörən və dinamik olduğunu bir daha təsdiq edir. Biz inanırıq ki, qarşıdakı dövrdə də Azərbaycanın dünya arenasında rolu daha da artacaq və ölkəmiz strateji hədəflərinə doğru inamla irəliləyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Aprel 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see264

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see260

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see254

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see251

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see239

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see231

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see224

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see215

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see214

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see210

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see202

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see200

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see194

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see193

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see184

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see184

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see176

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see176

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see166

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri