Icma.az
close
up
RU
Yeni təhlükəsizlik arxitekturası: Azərbaycanın geosiyasi prioritetləri qlobal çağırışlara adekvatdır

Yeni təhlükəsizlik arxitekturası: Azərbaycanın geosiyasi prioritetləri qlobal çağırışlara adekvatdır

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Müasir beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin artdığı, yeni güc mərkəzlərinin formalaşdığı və ənənəvi diplomatik modellərin aşındığı bir dövrdə Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə çoxşaxəli və dərin strateji məqamlarla zəngindir. Bu çıxış regional və qlobal kontekstdə mühüm siyasi prioritetləri əks etdirir, həmçinin diplomatik yanaşmaların konturlarını aydın şəkildə ortaya qoyur.

XII Qlobal Bakı Forumu bu gün beynəlxalq münasibətlərin təhlili və yeni ideyaların formalaşdırılması baxımından mühüm intellektual məkana çevrilib. Forum iştirakçılarının sırasında 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının olması onun yüksək siyasi və diplomatik nüfuzunu təsdiqləyir.

Fikir müxtəlifliyinin təşviq edilməsi, alternativ mövqelərin açıq şəkildə ifadə olunması bu Forumun əsas üstünlüklərindəndir. Dövlət başçısının qeyd etdiyi kimi, açılış sessiyasından bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur, onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır.

Müsahibədə səsləndirilən əsas strateji məqamlardan biri də dünya nizamının artıq mövcud olmamasıdır. Azərbaycan Prezidenti bildirib ki, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər: “Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq”.

Dövlət başçısının “Hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır” fikri müasir reallıqları əks etdirir. Bu yanaşma dövlətlərin dayanıqlı inkişafını və müstəqil qərarvermə qabiliyyətini ön plana çıxarır. Eyni zamanda, beynəlxalq münasibətlər sistemində güc balansının dəyişkənliyi ölkələrin öz resurslarına əsaslanan siyasət yürütməsini zəruri edir.

Yeni dünya düzənində çeviklik, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq və praqmatizm əsas prinsipə çevrilir. Belə şəraitdə diplomatik əlaqələrin etibarlılığı təşkilatlardan deyil, tərəfdaş ölkələrin siyasi iradəsindən asılı olur. Bu kontekstdə ikitərəfli münasibətlərin dərinləşməsi strateji sabitliyin vacib təminatına çevrilir. Eyni zamanda, çevik diplomatik yanaşmalar milli maraqların müdafiəsində təsirli vasitə kimi çıxış edir.

Cənubi Qafqazın onilliklər ərzində qarşıdurma və düşmənçilik bölgəsi olduğunu xatırladan Azərbaycan Prezidenti bildirib ki, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Sovet dövründə mövcud olan qonşuluq münasibətlərinə istinadla regional dialoqun bərpası ideyası diqqətəlayiqdir.

Yeni təhlükəsizlik arxitekturasının formalaşması üçün münaqişələrin köklü həlli, qarşılıqlı etimad və regional əməkdaşlıq vacibdir. Dövlət başçısının çağırışı bu istiqamətdə siyasi iradənin və strateji düşüncənin önəmini ortaya qoyur.

Milli strategiyanın əsasını təşkil edən amil odur ki, Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmayıb. Bu model dövlətin öz resursları və daxili potensialı hesabına suveren siyasət yürütməsinə əsaslanır. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik və digər münaqişələr fonunda bu yanaşma həm də təhlükəsizlik baxımından rasional və davamlı yoldur.

Müsahibənin sonunda Azərbaycan Prezidenti qeyd edib ki, sülh müqaviləsi imzalanmadan sabitlik mümkün deyil. Yalnız Qarabağ münaqişəsi beynəlxalq hüquq və tarixi ədalət prinsipləri əsasında həll olunub. Bu həll yolu bütün dünya tərəfindən qəbul edilib, Vətən müharibəsinin başa çatmasına baxmayaraq Ermənistanla hələ də sülh sazişinin imzalanmaması sabitliyi təhdid edir.

Prezident İlham Əliyevin “Euronews” müsahibəsi müasir diplomatiyanın, təhlükəsizlik siyasətinin və dövlət suverenliyinin strateji əsaslarını əks etdirən mühüm çıxışdır. Bu müsahibədə təqdim olunan fikirlər qlobal təlatümlər dövründə siyasi uzaqgörənlik, milli dayanıqlılıq və realist yanaşmanın nə qədər önəmli olduğunu bir daha təsdiqləyir. Dövlətlərin taleyi öz əllərindədir və müstəqil qərarlar verə bilən, daxili resurslarına güvənən ölkələr gələcəyin güc mərkəzləri olacaq.

Asif Əsgərov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Mart 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see152

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri