Gerasimov britaniyalı həmkarının telefonlarına CAVAB VERMİR
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Britaniya münaqişədən yayınmaq üçün Rusiya ilə dialoqa can atır.
Bu proses ekspertlərin və diplomatların Rusiya ilə Böyük Britaniya arasında dənizdə baş verən lokal insidentlərin təsadüfən daha geniş və birbaşa hərbi münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıqları ilə eyni zamana təsadüf edir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.
Britaniya hökumətindəki mənbələri də dialoq imkanlarının mümkünlüyünü təsdiqləyib. Lakin bildirilib ki, təşəbbüs baş tutmayıb: “Çünki rusiyalı həmkarlar zənglərə cavab verməyib”.
Britaniya və Rusiya hərbi liderləri dörd ildir ki, ünsiyyət qurmurlar. “Britaniya müdafiə sisteminin rəhbərləri və hökumət rəsmiləri gözlənilməz eskalasiyanın qarşısını almaq üçün Moskva ilə yüksək səviyyəli rabitə kanallarını yenidən qurmaq istəyirlər.
Britaniya və Rusiya hərbi rəhbərliyi arasında birbaşa dialoq 2022-ci ilin sentyabr ayından bəri təxminən dörd ildir ki, dayandırılıb”,-deyə mənbə bildirib.
O da bildirilib ki, Riçard Nayton Müdafiə Qərargahının rəisi vəzifəsini icra etməyə başladıqdan sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gerasimovla əlaqə saxlamağa çalışsa da, onun zəngləri cavabsız qalıb. Bu isə Britaniya tərəfində Rusiyanın dialoqda maraqlı olmaması təəssüratını yaradıb.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 Avqust 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















