Icma.az
close
up
RU
Gerçək ekstrasenslə saxtasını necə ayırd etməli? Məşhur öncəgörən bütün sirləri açdı

Gerçək ekstrasenslə saxtasını necə ayırd etməli? Məşhur öncəgörən bütün sirləri açdı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qədim dövrlərdə olduğu kimi, müasir zəmanəmizdə də uzaqgörənlər, gələcəkdən xəbər verənlər az deyil. Xüsusən də sosial şəbəkələrdə özlərini “ekstrasens”, “medium”, “cadugər” və s. adlandıranlar tez-tez qarşımıza çıxır. Bəziləri bunun haram, bəziləri Allah vergisi, bəziləri də tam izahı olunmayan təbiət hadisəsi olduğunu iddia edirlər. Ortada isə bir həqiqət var – yuxarıda sadaladıqlarımız şəxslər həmişə olublar”.

Bu sözləri Globalinfo.az-a kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

O, hər sahədə olduğu kimi, burada da dələduzların mövcudluğunu qeyd edib:

“Bu sahələrdə əksəriyyəti dələduzlar təşkil etsələr də, bəzən elələri olur ki, bizləri düşünməyə vadar edir. Buna misal olaraq dünya şöhrətli Vanqanı, amerikalı Edqar Keysini, Nostradamusu göstərmək olar. Ola bilsin, adlarını çəkdiyimiz tanınmış qeyri adi və birmənalı qarşılanmayan kəslərə inanmayanlar da olsun. Bu, normaldır. Təbii ki, hər kəsin belə insanlara öz yanaşması var. Ancaq ortada olan bir həqiqət də var ki, o da Nostradamusun, Vanqanın, Edqar Keysi kimi fövqəltəbii insanların tarixdə buraxdığı izlərdir. Çünki onlara təkcə zəmanələrinin cahil insanları deyil, eyni zamanda dövlət rəhbərləri, məmurlar, o cümlədən alim və tarixi şəxsiyyətlər də müraciət edib, inanıblar. Adlarını çəkdiyimiz şəxslər tarixə düşməyi də bacarıblar. Məsələnin dini, fəlsəfi və siyasi tərəflərini sonrakı görüşümüzə saxlayaq”.

Z.Rzayev deyib ki, məqsədi gerçək ekstrasensləri, mediumları dələduzlardan ayırmaq və ortaya sübutlar qoymaqdır:

“Necə deyərlər, “izah olunmazdır, ancaq həqiqətdir”. Baxmayaraq ki, hər kəsin öz həqiqəti var, lakin əsl həqiqət qarşısında hər kəs acizdir. Hansı həqiqətlərlə “ekstrasens” adlandırdığımız fövqəladə şəxsləri dələduzlardan ayırmaq olar, gəlin məntiqlə araşdıraq:

1. Ekstrasenslər öncədən verdikləri proqnozlarla tanınmalıdırlar;

2. Onlar kütləvi informasiya vasitələrinin diqqətini özlərinə cəlb etməlidirlər. Yəni verdikləri proqnozlar diqqətləri cəlb etməlidir ki, bu da kütləvi informasiya vasitələrinin marağına səbəb olsun;

3. Proqnozlar ümumi və ehtimal olunan olmamalıdır. Yəni sosial şəbəkə “qəhrəmanları” həmişə ümumi proqnozlarla ictimaiyyətdə ciddi qarşılanmırlar və eyni zamanda onlara intellektual səviyyəsi aşağı olan təbəqələr inanırlar”.

Zirəddin Rzayevin dediklərinə görə, əsl ekstrasenslər tez-tez proqnozlar vermirlər:

“Onların verdikləri proqnozlar ildə bir və ya iki dəfə olur.

1. Əsl ekstrasenslər dövlət nəzarətində olurlar, dövlətin onlara qarşı xüsusi və həssas münasibətləri olur.

2. “Ekstrasensəm” deyən şəxsin ən azından bir və ya bir neçə cinayət hadisəsinin üstünün açılmasında xidmətləri olmalıdır.

3. Ekstrasens elə proqnozlar verməlidir ki, həmin proqnozlar ümumi olmamaqla yanaşı eyni zamanda məntiqə də tabe olmasın. Yəni özünü doğruldacaq olan proqnozlar insanları heyrətləndirməlidir, məntiq və təsadüflərə əsaslanmamalıdır.

4. Kimlərsə hansısa “ekstrasensi” təriflədi deyə onlara inanmaq ən zəif sübutlardan biridir. Yalnız və yalnız kütləvi informasiya vasitələrində yer alan və izahı olunmayan heyrətləndirici proqnozlardan sonra ekstrasenslərə inanmaq olar”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri