Icma.az
close
up
RU
Almaniyanın gerçək üzünü göstərən rəssam O, hansı məşhur jurnalistin tablosunu çəkmişdi?

Almaniyanın gerçək üzünü göstərən rəssam O, hansı məşhur jurnalistin tablosunu çəkmişdi?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün alman rəssam Otto Diksin doğum günüdür.
Kulis.az bu münasibətlə müəllif haqqında materialı təqdim edir.


"Müharibə" (1919-1932)

Bu əsər Otto Diksin Birinci Dünya Müharibəsində başına gələnlərin ən güclü təcəssümüdür. Triptixin quruluşu məhz orta əsr dini altarlarına istinad edir, lakin burada müqəddəslər yox, dağıdılmış insan bədəni göstərilir. Mərkəzi paneldə əsgərin “şok ifadəsi” müharibənin qorxusunu birbaşa tamaşaçıya yönəldir. Sol panel skelet və çürümüş bədənləri göstərərək müharibənin dağıdıcı gücünü rəmziləşdirir. Sağ panel ölümün qaçılmaz nəticəsini, predella hissəsi isə səngərlərin daxili dəhşətini təsvir edir. Rəng palitrası insanın torpağa qayıdışı metaforası kim qaranlıq və torpaq tonlarına əsaslanır. Bu əsər XX əsrdə çəkilmiş ən güclü anti-müharibə əsərlərindən biri hesab olunur.

"Skat oynayanlar" (1920)

Müharibədən qayıdan əsgərlərin protezlər, taxma çənələr və süni ətraflarla dolu qrotesk qiyafələri burada əsas mövzudur. Rəssam qəsdən real protez modellərindən istifadə edib ki, deformasiya “həqiqi” təsir bağışlasın. Diks burada müharibənin qəhrəmanlıq deyil, “bədənləri məhv edən sənaye” olduğunu göstərir. Satirik ton veteranların bir tərəfdən həyatda qalmasına, digər tərəfdən məhv olmasına işarədir. Fiqurların üz cizgiləri karikatura ilə hiperrealizm arasında dayanır. Bu əsər Almaniyada müharibə sonrası reabilitasiya problemini kəskin şəkildə gündəmə gətirdi. Ən çox reproduksiya edilən Diks tablolarından biridir.

"Jurnalist Silviya fon Hardenin portreti" (1926)

1926-cı illərin "Weimar" dövrü Almaniyasının intellektual və mədəni atmosferini ən dəqiq ifadə edən əsərlərdən biridir. Rəssam burada qadını klassik gözəllik anlayışından uzaq, lakin müasir şəhər həyatının simvolu kimi təsvir edir. Silviya dar, sərt üz cizgiləri, tünd dodaqları, nazik bədən quruluşu və ciddi baxışı ilə dövrün “Yeni qadın” obrazını təcəssüm etdirir. Onun siqaret tutması, yanında içki dolu stəkan və masa üzərindəki aksesuarlar Berlinin bohem həyatının gündəlik səhnəsini xatırladır. Diks bu portretdə qadının fiziki görünüşünü deyil, onun intellektual enerjisini və daxili sərtliyini vurğulayır. Fon rənglərinin kəskinliyi və kompozisiyanın sadəliyi Silviyanın şəhər həyatının ritmini və emosional tənhalığını daha da qüvvətləndirir. Portretdəki qeyri-mükəmməl, künclü forma və xəttlər dövrün modernist düşüncə tərzini və sosial dəyişikliklərini əks etdirir. Bu əsər təkcə bir jurnalistin portreti deyil, 1920-ci illərin qadın azadlığının, şəhər mədəniyyətinin və modernlik ideyasının vizual manifestidir.
Əsərin qəhrəmanı Sylvia von Harden 1894-cü ildə Almaniyanın Hamburq şəhərində doğulmuşdu. Əsl adı Sylvia von Halle idi. O, jurnalist, şair və ədəbiyyat tənqidçisi idi. Rəssam Otto Diks onunu kafelərin birində təsadüfən görmüş və demişdi: “Mən səni çəkməliyəm. Sən dövrün təcəssümüsən!”.

"Biznesmen Maks Roesberq" (1922)
Rəsmdə biznesmen Max Roesberq göstərilir. Masa, telefon, kalender və kağız-sənəd materialları onun peşəkar fəaliyyəti ilə bağlı elementlərdir. Bu detallar onun “iş adamı” kimliyini vurğulayır. Palitrada daha çox yaşıl və mavi tonlarından istifadə edilib. Bu rənglər pul, ticarət və kommersiya ilə əlaqəli simvolik təsəvvür yaradır. Roesberqin bədəni demək olar ki, kostyum və geyimi ilə tamamilə örtülüb. Bu da onun şəxsiyyətini daha çox “biznesmen” kimi təqdim edir. Yəni fiziki insan yox, sosial status və peşə identifikasiyası ön plandadır. Bu portret həm Diksin karyerasında, həm də müasir Alman realist portreti tarixində əhəmiyyətli yer tutur. Əsər 1920-ci illərdə realist sənət anlayışının bir nümunəsidir və muzey kolleksiyasına daxil olmuş ilk Alman realist portretlərindən biridir

"Praqa küçəsi" 1920
Bu əsər Otto Diksin Birinci Dünya Müharibəsindən sonrakı Almaniya cəmiyyətinə sərt baxışını əks etdirən ən güclü əsərlərindən biridir. Rəssam tablodakı fiqurlarla sosial bərabərsizliyin, iqtisadi çöküşün və fiziki-mənəvi fəlakətin canlı təsvirini yaradır. Fiqurların protez ayaqları, qırıq arabaları və sərt baxışları müharibənin insanları necə yaraladığını vizual bir sənəd kimi nümayiş etdirir. Eyni zamanda arxa planda öz işinə davam edən, həyatdan çox da təsirlənməmiş insanlar vardı ki, bu da sosial laqeydliyi vurğulayır. Rəsmin rəng palitrası çirkli, sərt və cansıxıcı çalarlardan ibarətdir. Bu isə tablonun ümumi pessimist ruhunu daha da gücləndirir. “Praqa küçəsi” həm sənət əsəri, həm də tarixi şahidlik rolunu oynayı.


"Rəqqas Anita Berberin portreti" (1925)

1925-ci illərin Berlin gecə həyatının cazibəsini və qaranlıq tərəflərini bir araya gətirən ən dramatik əsərlərindən biridir. Rəssam Anita Berberi tamamilə qırmızı rəngə bürünmüş şəkildə təsvir edərək onun ehtiraslı, eyni zamanda dağıdıcı enerjisini simvolik şəkildə vurğulayır. Onun bədəni sərt, teatrik bir pozada dayanır və bu poza həm güc, həm də özünəinam hissi yaradır. Üzündəki ağır makiyaj və tünd gözlər Berberin kabare səhnəsində yaratdığı vamp imicini daha da gücləndirir. Diks burada rəqqasənin cazibədar, lakin kövrək mahiyyətini göstərir. Ancaq cazibəsi qədər daxili boşluğu da hiss olunur. Qırmızı fon və qırmızı paltar onun həyatının ehtiras, şou, risk və özünü məhv etmə elementləri ilə sıx bağlı olduğunu simvollaşdırır. Portretdəki sərt xətlər və açıq konturlar "Yeni obyektivlik" hərəkatının estetikasını tam şəkildə əks etdirir.

Qədir Rüstəmovun yubileyinə həsr olunmuş konsert keçiriləcək Divardakı yazı - “Səksənincilər" layihəsindən Aydın Tağıyevin hekayəsi Həmid Herisçi: "Müəllif üçün əsərini qısaltmaq onu sünnət eləmək kimi bir şeydir... " - Müsahibə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Dekabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri