Icma.az
close
up
RU
Gerçəklik və xəyallar arasında

Gerçəklik və xəyallar arasında

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Edmon Marukyan İranın vurulması fonunda siyasi oyunbazlığa qurşanıb

“İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan regionda baş verən proseslər və bunun Ermənistana mümkün təsirləri, habelə yaratdığı təhdidlərlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, bölgədə gərgin vəziyyət mövcuddur: qonşu İran müharibə vəziyyətindədir: “ABŞ və İsrailin hədəfləri sırasında İranda rejim dəyişikliyi də var, yəni ölkənin bütün siyasi elitasına sui-qəsd cəhdi olub. Əli Xamenei və digər yüksək vəzifəli şəxslər öldürülüb”.

Marukyan deyib ki, dünyada suveren dövlətlərin rəhbərlərinin hədəfə çevrildiyi təhlükəli presedentlər yaranır: “Venesuela Prezidentinin oğurlanması, həbs edilməsi və Nyu-Yorkda mühakimə olunması kimi hallar baş verir. Hazırda İranda yeni ali rəhbər seçiləcək və çox güman ki, o da yenidən hədəfə çevriləcək. Donald Trampın bəyanatlarına əsasən ehtimal etmək olar ki, yaxın günlərdə İranda rejim dəyişikliyinə və regiondakı vəziyyətin sabitləşdirilməsinə cəhd göstəriləcək. Əgər müharibə davam edərsə, ticarət, biznes, neft və qaz bazarlarında son dərəcə ağır vəziyyət yarana bilər”.

Partiya lideri daha sonra diqqəti ölkəsinə yönəldib: “Bəs Ermənistanda nə baş verir? Cümə günü (fevralın 27-də) Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı. Əslində, region ölkələrinin hamısı zərbələr barədə məlumatlandırılmışlar. Ermənistan Respublikası da məlumatlandırılmış ola bilər və bunun ardınca Təhlükəsizlik Şurasının iclası keçirildi. Orada nələrin müzakirə edildiyi bizə məlum deyil. Martın 1-də yenidən Təhlükəsizlik Şurasının iclası çağırılıb və regiondakı gərgin vəziyyət bir daha müzakirə olunub. Ermənistan indiyədək İranın bütün rəhbərliyi ilə dostluq münasibətlərini qoruyub saxlayıb. Bir neçə gün əvvəl müdafiə nazirimiz fevralın 28-də səhər öldürülən və müharibənin gedişi zamanı həlak edilən digər şəxslərlə görüşlər keçirmişdi. Burada çox mühüm sual yaranır: Ermənistan hakimiyyəti nə etməlidir? Ali liderin vəfatı ilə bağlı başsağlığı verməlidirmi, yoxsa yox? İranın İrəvandakı səfirliyində başsağlığı kitabı açılacaq. Hamı həmin kitaba başsağlığı yazmalıdırmı, yoxsa yox? Nə baş verəcək? Bütün bu məsələlər, təbii ki, Ermənistan hakimiyyətinin masası üzərindədir. Çünki hakimiyyət dəyişməzsə və mövcud quruluş qalarsa, Ermənistan bu hakimiyyətlə münasibətləri davam etdirməli olacaq. Lakin əgər daxildən hakimiyyət dəyişikliyi baş verərsə və 92 milyonluq ölkədə yeni rejim qurularsa, kim zəmanət verə bilər ki, bu dövlət indiki formada qalacaq? Ölkənin hissələrə parçalanması baş verə bilərmi? Azərbaycan bu imkandan istifadə edərmi? Nə baş verəcək? Bunlar qonşu ölkəyə hücum zamanı “pirojki” yeməklə yanaşı, məşğul olunmalı vacib çağırışlardır. Bizim hakimiyyətin adekvat davranacağına ümid varmı? Mən onları şəxsən tanıyıram və hesab edirəm ki, yoxdur”.

E.Marukyan qeyd edib ki, bu baxımdan bütün bu çağırışlar qarşımızdadır və onlarla ciddi məşğul olmaq lazımdır: “Bütün dövlət qurumlarımız, təhlükəsizlik orqanlarımız öz yerlərində çox möhkəm şəkildə dayanmalı və baş verən proseslər diqqətlə izlənilməlidir. Bütün mümkün ssenarilər Baş nazirin masasının üzərində olmalı, hər bir varianta uyğun fəaliyyət planı hazırlanmalıdır”.

* * *

Qeyd edək ki, E.Marukyan Ermənistan Milli Assambleyasının beşinci, altıncı və yeddinci çağırış deputatı, yeddinci çağırış parlamentdə “Maarifləndirilmiş Ermənistan” fraksiyasının rəhbəri olub. O qanunverici orqana 2021-ci il iyunun 20-də keçirilən seçkilərdə mandat qazana bilməyib. Bundan sonra – 2022-ci ilin martında Baş nazir Nikol Paşinyan onu Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri təyin etmişdi. Həmin müddət ərzində Marukyan Azərbaycanla sülh sazişi üzərində işləyən əsas şəxslərdən biri idi. Ancaq o, 2024-cü il fevralın 29-da N.Paşinyanla fikir ayrılıqlarına görə vəzifəsindən istefa verdiyini açıqlamışdı. O, “Facebook” səhifəsində “Son vaxtlar bir sıra fundamental xarici siyasət məsələləri üzrə baxışlarımızdakı fərqlər mənim xarici siyasət cəbhəsində fəaliyyətimi davam etdirməyimi mümkünsüz edir”, – yazaraq istefa verdiyini açıqlamışdı. Hamıya məlumdur ki, sonradan sülh sazişinin hazırlanması istiqamətində ciddi irəliləyiş əldə edildi və sənəd 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflandı. Bunu xatırlatmaqda məqsədimiz odur ki, E.Marukyan Azərbaycana qarşı radikal revanşist baxışları ilə seçilən şəxsdir. Belə şəxslər sülhə yaxınlaşmaq yolunda hər zaman ciddi maneə olublar.

Onun son açıqlamaları da ilk baxışda regional təhlükəsizliklə bağlı narahatlıq təsiri bağışlasa da, mahiyyət etibarilə emosionaldır və faktoloji baxımdan mübahisəli tezislər üzərində qurulub. Marukyan İranda baş verən prosesləri Ermənistan üçün böyük təhdid, risk kimi təqdim edir, eyni zamanda, Azərbaycanın “mümkün davranışları” barədə əsassız ehtimallar irəli sürür. Bu yanaşma reallıqdan çox daxildə revanşistlərin dəstəyini qazanmaq istəyinə xidmət edir. İlk növbədə, Marukyanın Azərbaycan amilini potensial təhlükə kimi qabartması onun ölkəmizə mənfi münasibətindən irəli gəlir. Halbuki, ona yaxşı məlumdur ki, rəsmi Bakı hər zaman regionda sabitliyin və beynəlxalq hüquqa əsaslanan münasibətlərin tərəfdarı kimi çıxış edib. Azərbaycan heç zaman İrana qarşı yönəlmiş hər hansı ssenaridə rol almayıb. Rəsmi Bakı öz ərazisinin üçüncü tərəflər tərəfindən İran əleyhinə istifadə olunmasına imkan verməyəcəyini dəfələrlə bəyan edib. Bu mövqe həm ikitərəfli təmaslarda, həm də beynəlxalq platformalarda açıq şəkildə ifadə olunub. Bakı–Tehran münasibətlərində zaman-zaman fikir ayrılıqları yaransa da, Azərbaycan qarşılıqlı hörmət və suverenliyə riayət prinsipini əsas götürdüyünü bildirib. Ölkəmiz üçün prioritet regionda sabitliyin qorunması və qonşu dövlətlərlə münasibətlərin qarşıdurma müstəvisinə keçməməsidir. Bu baxımdan, Azərbaycanın hansısa anti-İran planında yer alacağı iddiaları siyasi spekulyasiyadan başqa bir məna daşımır.

Digər tərəfdən, İranın daxili taleyi ilə bağlı ssenariləri şişirdərək bölgədə xaos təsviri yaratmaq da doğru yanaşma deyil. 92 milyonluq ölkənin dərhal parçalanacağı və bunun region dövlətləri tərəfindən fürsət kimi qiymətləndiriləcəyi iddiası daha çox qorxu ritorikasına əsaslanır. Region dövlətləri, o cümlədən Azərbaycan, sərhədlərin toxunulmazlığı prinsipini dəfələrlə vurğulayıb. Belə bir fonda Bakının hansısa addıma gedəcəyini iddia etmək siyasi reallıqla qətiyyən uzlaşmır.

Marukyanın çıxışında diqqətçəkən başqa məqam Ermənistan hakimiyyətini qeyri-adekvatlıqda ittiham etməsidir. O, şəxsi münasibətlərə istinad edərək mövcud iqtidarın vəziyyəti düzgün idarə edə bilməyəcəyini bildirir. Lakin regional böhranlar fərdi simpatiya və antipatiya ilə deyil, dövlət maraqları və rasional hesablamalarla idarə olunur. Təhlükəsizlik Şurasının iclaslarının keçirilməsi isə əksinə, hökumətin prosesləri nəzarətdə saxlamağa çalışdığını göstərir.

Ən narahatedici məqam isə Azərbaycanın adının ehtimal olunan destabilizasiya kontekstində hallandırılmasıdır. Bu, Ermənistan cəmiyyətində kök salmış təhlükə sindromunu yenidən qızışdırmağa xidmət edir. Nəticə etibarilə, keçmiş diplomatın bəyanatı daha çox daxili auditoriyaya hesablanmış siyasi çıxış təsiri bağışlayır. O, regional prosesləri dramatik çalarlarla təqdim edir və Azərbaycanla bağlı ehtimalları əsaslandırmadan gündəmə gətirir. Halbuki Cənubi Qafqazda uzunmüddətli sabitlik yalnız əməkdaşlıq və qarşılıqlı etimad mühitində mümkündür. Ermənistanın maraqları da qonşularla qarşıdurma ssenarilərini düşünməkdə deyil, iqtisadi inteqrasiya və nəqliyyat əlaqələrinin bərpasındadır. Bu həqiqəti görməmək nə Ermənistanın təhlükəsizliyinə, nə də regionun gələcəyinə xidmət edir.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Mart 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see433

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see320

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see310

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see295

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see216

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see213

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see195

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see190

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see186

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see181

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see177

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see174

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see173

Vens: “Razılaşmanın əldə olunmaması məğlubiyyət demək deyil”

12 İyul 2026 11:47see170

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see162

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see161

Maldiniyə İtaliya Futbol Federasiyasında vəzifə verildi

12 İyul 2026 00:19see159

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see155

SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb

12 İyul 2026 03:41see153

İran üçün böyük plan AKTUAL

12 İyul 2026 11:50see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri