Icma.az
close
up
RU
Ermənistan NATO: xəyal və gerçəklik

Ermənistan NATO: xəyal və gerçəklik

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda baş verən hərbi-siyasi dəyişikliklər regionun təhlükəsizlik arxitekturasını yenidən formalaşdırıb. Xüsusilə Ermənistan–Azərbaycan münasibətlərində yaranan reallıq, Rusiyanın bölgədəki rolunun dəyişməsi və Qərb institutlarının, o cümlədən NATO və Avropa İttifaqının regiona artan marağı Ermənistanın xarici siyasət kursunu mürəkkəbləşdirib. Bu fon üzərində Ermənistan–NATO əlaqələri də yenidən aktuallaşıb və müxtəlif ekspert qiymətləndirmələrində həm imkanlar, həm də ciddi məhdudiyyətlər kontekstində təhlil edilir.

Məsələn, rəsmi İrəvan son dövrlərdə Şimali Atlantika Alyansı ilə dialoqun genişləndirilməsinə maraq göstərdiyini bəyan etsə də, mövcud geosiyasi mühit bu münasibətlərin strateji transformasiyasına imkan vermir. Çünki Ermənistanın Qərb strukturlarına inteqrasiya cəhdləri ilə Rusiya və digər regional güc mərkəzləri arasındakı balansı qorumaq zərurəti ölkənin xarici siyasətində ziddiyyətli və çoxvektorlu bir xətt formalaşdırıb.

NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonun İrəvana səfəri və keçirilən yüksək səviyyəli görüşlər tərəflər arasında dinamikanın artdığı təəssüratını yaratsa da, yerli və beynəlxalq ekspertlər bu təmasların daha çox planlı xarakter daşıdığını vurğulayır. Hazırkı “aktivlik” real strateji dönüşdən ziyadə, mövcud əməkdaşlıq mexanizmlərinin saxlanılmasına xidmət edir. Yəni söhbət strateji inteqrasiyadan deyil, idarə olunan və balanslaşdırılmış tərəfdaşlıq modelindən gedir.

Erməni politoloq Beniamin Poqosyanın qənaətinə görə, Ermənistan–NATO münasibətlərinin dərinləşməsi üçün nə kifayət qədər siyasi iradə, nə də uyğun regional mühit mövcuddur: “Alyansa üzvlük perspektivi uzunmüddətli və qeyri-müəyyən bir ssenari olaraq qalır. Onun sözlərinə görə, hətta bu, Avropa İttifaqına inteqrasiya ehtimalından belə daha uzaq görünür. Bu durum İrəvanın xarici siyasətinin hələ də “balanslaşdırma” prinsipi üzərində qurulduğunu, bir tərəfdən Qərb ilə əlaqələri artırarkən, digər tərəfdən Rusiya, İran və digər regional oyunçularla münasibətləri qorumağa çalışdığını göstərir.

Hazırkı mərhələdə NATO öz tərəfdaşlıq siyasətini yeniləyərək daha çevik və fərdiləşdirilmiş modellərə (ITPP) keçid etməyə çalışır. Lakin bu formatın Ermənistanla tam razılaşdırılmaması regiondaxili siyasi balansın həssaslığını nümayiş etdirir. Xüsusilə NATO daxilində Fransa və Türkiyə kimi aktorların fərqli mövqeləri qərarların yekdilliklə qəbulunu çətinləşdirən əsas faktorlardandır”. Ekspert Ermənistanı illərdir dərin inteqrasiya yolu seçən Gürcüstan modeli ilə müqayisə edərək bildirib ki, İrəvan bu prosesdə hələ də xeyli geridədir. Səbəb isə dəyişməz qalır: “İrəvan NATO ilə əməkdaşlığı genişləndirməyə çalışsa da, eyni zamanda, Rusiya ilə strateji təhlükəsizlik bağlarını tam kəsmək riskini gözə ala bilmir. Bu isə Ermənistanın strateji seçimlərini məhdudlaşdıran əsas amillərdəndir”.

Son dövrlər Ermənistan–Rusiya münasibətlərində müşahidə olunan gərginlik bu balansı daha da mürəkkəbləşdirib. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini faktiki olaraq dondurması, “Zvartnots” hava limanından Rusiya sərhədçilərinin çıxarılması və İrəvanın Moskvaya ünvanladığı tənqidi bəyanatlar regionda təhlükəsizlik arxitekturasının dəyişməkdə olduğunu göstərir. Ermənistan hakimiyyətinin mövqeyinə görə, 2021–2022-ci illərdə baş verən hərbi eskalasiyalar zamanı KTMT-nin gözlənilən dəstəyi göstərməməsi bu qərarların əsas səbəblərindən biridir. Rusiya tərəfi isə bu addımları qeyri-dost siyasət kimi qiymətləndirir.

Eyni zamanda, Ermənistan daxilində Qərblə yaxınlaşma prosesi birmənalı qarşılanmır. Bəzi siyasətçilər NATO və Aİ ilə əməkdaşlığın genişlənməsini “yeni təhlükəsizlik modeli” kimi qiymətləndirsələr də, digərləri bunu riskli balanssızlıq kimi görür. Erməni politoloq Suren Sarkisyanın dediyi kimi ölkənin NATO ilə münasibətlər gündəliyində son 10 ildə fundamental dəyişiklik baş verməyib və onun alyansa üzvlük perspektivi real deyil: “Əlbəttə, Ermənistan Fransa, ABŞ və Yunanıstanla ikitərəfli hərbi əməkdaşlığı artırıb. Bu ilk baxışda NATO ilə əlaqələrin aktivləşməsi kimi görünür. Əslində, bu, görüntüdür və KTMT üzvlüyü ilə uzunmüddətli perspektivdə ziddiyyət təşkil edir”.

Ümumiyyətlə, rəsmi İrəvanın mövqeyi daha ehtiyatlı və balanslıdır. Baş nazir Nikol Paşinyan və digər yüksək vəzifəli rəsmilər NATO nümayəndələri ilə görüşlərdə əməkdaşlığın davam etdirilməsini vacib hesab etsələr də, bunu üzvlük istiqamətində strateji seçim kimi təqdim etmirlər. Əksinə, Ermənistanın prioriteti təhlükəsizlik sahəsində islahatlar, institusional gücləndirmə və beynəlxalq sülhməramlı missiyalarda iştirak kimi praktiki əməkdaşlıq istiqamətləridir. Eyni zamanda, Paşinyan açıq şəkildə bəyan edir ki, Ermənistanın Gürcüstan və İranla xüsusi münasibətləri qorunmalı və heç bir xarici əməkdaşlıq regionun sabitliyinə qarşı yönəlməməlidir.

NATO rəsmiləri isə öz növbəsində Ermənistanla tərəfdaşlığı yüksək qiymətləndirdiklərini bildirir, lakin bu əməkdaşlığın üzvlük perspektivinə çevrilməsi ilə bağlı konkret siqnallar vermirlər. Alyans daxilində prioritetlər daha çox Şərqi Avropa və Rusiya ilə bağlı təhlükəsizlik gündəliyinə fokuslanmış vəziyyətdədir. Bütün bu amillər ümumilikdə onu göstərir ki, Ermənistan–NATO münasibətləri hazırda “məhdud institusional tərəfdaşlıq” çərçivəsində inkişaf edir. Bu model müəyyən sahələrdə əməkdaşlığa imkan versə də, strateji inteqrasiya və ya hərbi-siyasi əməkdaşlığa çevrilmə üçün yetərli deyil. Regiondakı mürəkkəb geosiyasi balans, Ermənistanın çoxvektorlu xarici siyasət məcburiyyəti və Azərbaycanla davam edən normallaşma prosesi bu münasibətlərin gələcək trayektoriyasını müəyyən edir.

Politoloq Elməddin Behbud mövzu ilə bağlı XQ-yə bildirdi ki, Ermənistanın qarşısında duran əsas strateji sual NATO-ya inteqrasiya deyil, balans siyasətinin nə qədər davamlı və effektiv ola biləcəyidir: “Mövcud tendensiyalar göstərir ki, İrəvan yaxın perspektivdə böyük geosiyasi bloklara tam inteqrasiyadan çox, müxtəlif güc mərkəzləri arasında çevik manevr imkanlarını qorumağa üstünlük verəcək. Bunun isə dayanıqlılığı birbaşa regionda formalaşacaq yeni təhlükəsizlik arxitekturasından və xüsusilə Ermənistan–Azərbaycan münasibətlərinin gələcək inkişafından asılı olacaq”.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2026 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri